Mövzu Statistika elmi haqqında anlayış, onun predmeti və statistik fəaliyyətin təşkili



Yüklə 1,48 Mb.
Pdf görüntüsü
səhifə1/18
tarix21.04.2017
ölçüsü1,48 Mb.
#14978
  1   2   3   4   5   6   7   8   9   ...   18

 

Mövzu  1. Statistika elmi haqqında anlayış, onun predmeti  



və statistik fəaliyyətin təşkili 

Plan: 


     

1.Statistika elmi haqqında anlayış.



  

      

2. Statistika elminin tarixi haqda 

      3. Statistikanın predmeti 

      4. Azərbaycan Respublikasında statistik fəaliyyətin təşkili  

 

I. Müasir iqtisadi şəraitdə sosial və iqtisadi hadisələrin mövcud vəziyyətinin və inkişaf qanunauyğun-

luqlarının öyrənilməsində statistika mühüm, əhəmiyyətli vasitələrdən hesab olunur. Hal-hazırda yaşadığı-

mız  həyatı  statistikasız  təsəvvür  etmək  mümkün  deyil.  Əsrlərlə  davam  edən  mövcudluğu  iqtisadi  inki-

şafın faktiki vəziyətinin “güzgüsü” rolunda çıxış etməsi ilə səciyyələnən statistika cəmiyyətdə baş verən 

sosial  və  iqtisadi  hadisə  və  proseslərin  hər biri üzrə  sistemli  informasiyanı təqdim  edən  vasitəyə  çevril-

mişdir.  Statistika  həm  təbiət  hadisələrini,  həm  də  insanların  fəaliyyətinin  bütün  istiqamətlərini  özünün 

uyğun göstəricilər sistemi  vasitəsilə xarakterizə edir. Statistik  məlumatlar bu elmin öz dili  hesab olunan 

və "rəqəm dili" adını daşıyan bir dildə informasiya istehlakçılarına təqdim olunur.  

Müasir bazar  münasibətləri  şəraitində  statistikadan  istifadənin əhəmiyyəti daha da artmışdır. Müasir 

dövrdə “statistika” termininin çoxmənalı şəkildə istifadəsinə rast gəlinir. Məsələn, əksər hallarda statisti-

ka külliyyatlarında və dövrü olaraq mətbuatda dərc edilən məlumatlar statistika adlandırılır. Hər birimizin 

müntəzəm olaraq KİV-lər vasitəsilə əldə etdiyimiz həm öz özümüzün, həm də xarici ölkələrin və ümumi-

likdə daha geniş beynəlxalq miqyasların iqtisadi inkişafı, sosial vəziyyət və sosial inkişafın vəziyyəti (do-

ğulanlar və ölənlər, evlənənlər və boşananlar, məşğuliyyəti olanlar və  işsizlər, əhalinin gəlir və xərcləri, 

orta aylıq əmək haqqı və s.), aparıcı maddi-istehsal sahələrində  istehsalın həcminin, inflyasiyanın səviy-

yəsinin  vəziyyəti  qeyd  olunan  məlumatlardan  hesab  olunur.  Ölkəmizin  ayrı-ayrı  inzibatı-ərazi,  istehsal 

vahidləri  üzrə  toplanmış  məlumatlar  son  nəticədə  Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitə-

sində (Dövlətstatkom) qruplaşdırılır, ümumiləşdirilir və yekunlaşdırılır.  

     Qeyd  olunanlarla  bərabər,  statistika  özünün  predmetinə  və  tədqiqat  metodlarına  malik  müstəqil  və 

mühüm  bir  elmdir.  Müxtəlif  tədqiqat  mənbələrindən  aydın  olmuşdur  ki,  statistika  sözünün  ilkin  olaraq 

əmələ gəlməsi  fərqli  şərh edilir. Bir qrup alimlərin  fikrincə, statistika  latın sözü “status”-dan əmələ gəl-

miş,  mənası  isə  hadisələrin  vəziyyətinin öyrənilməsi kimi şərh edilmişdir. Digər qrup onun  italyan sözü 

stato”-dan  (mənası-dövlət)  kökünü  götürdüyünü  bildirir.  Statistika  XIX  əsrin  iqtisadçı-filosoflarının 

fikrincə “hesab, hesaba alma” mənasında başa düşülmüşdür.  

“Statistika” terminindən ilk dəfə 1746-cı ildə alman alimi Qotfrid Axenval istifadə etsədə, onun sta-

tistikanın məzmunu, predmeti və  vəzifələri haqqında baxışları müasir statistika elmi-nə olan baxışlardan 

əsaslı fərqlənirdi. Alman təsviri məktəbin-dən 100 il qabaq əmələ gəlmiş ingilis siyasi hesab məktəbinin 

statistikaya baxışları müasir statistika elminə olan baxışlara da-ha yaxın olmuşdur. Həmin dövrdə ingilis 

“Siyasi hesab” məktəbinin yaradıcıları görkəmli ingilis alimləri Vilyam Petti (1623-1687) və Con Qraunt 

(1620-1674) olmuşdur. Vilyam Pettinin düşüncə və baxışları müasir statistikanı sistemləşdirməyə və elmi 

meydanlara  çıxarmağa  imkan  vermişdir.  O,  “cəmiyyət  –  iqtisadiyyat”  qarşılılqlı  əlaqələrində  qanun  və 

qa-nunauyğunluq  anlayışlarını  müəyyən  etmiş,  statistik  məcmu,  məcmu  vahidi  haqda  fikirləri  daha 

təkmil  sə-viyyədə  formalaşdırmış,  kəmiyyətlər  sistemindən  kompleks  (qarşılıqlı)  şəkildə  istifadənin 

mümkünlüyünü  və  məqsədəmüvafiqliyini  irəli  sürmüşdür.  Heç  də  təsadüfi  deyil  ki,  V.Petti  kapitalist 

istehsal üsulunun tədqiqatçıları tərəfindən “statistikanın yaradıcısı” kimi qəbul edilirdi.  

Statistikanın əmələ gəlməsi həmçinin dövlətin yaranması və inkişafı ilə sıx əlaqədar olmuşdur. Statis-

tika təcrübəsinin inkişafının umumiləşdirilməsi nəticəsində statistika elmi yaranmışdır. Statistikanın tari-

xi  formalaşması  uzun  və  mürəkkəb  olmuşdur.  Onun  yaranmasının  kökündə  təsərrüfat  uçotunun  yaran-

ması durur, təsərrüfat uçotunun yaranması isə qədim dövrə mənsubdur. Müvafiq uçot əsasında əldə edi-

lən maksimum məlumat olmadan dövlətin fəaliyyətini həyata keçirmək mümkün deyildir.  



                  

 

     II.Statistika qədim köklərə malik bir elm sahəsidir. O, insan cəmiyyətinin ehtiyacından irəli gələn sta-



tistikanın inkişaf təcrübəsinin ümumiləşdirilməsi nəticəsində əmələ gəlmişdir. Statistikanın yaranması və 

inkişafı  ictimai  təlabatdan:  əhalinin,  torpaq  sahələrinin,  mal-qaranın,  əmlakın  və  s.  uçota  alınması  eh-

tiyacı ilə əlaqədar olmuşdur. Belə məlumatlar Çində e.ə. XXIII əsrdə toplanılmışdır. Qədim Romada azad 

vətəndaşların  və  onların əmlaklarının  senzləri (uçotu) aparılmışdır. Cəmiyyətin  inkişafı,  beynəlxalq əm-



 

təə-pul münasibətlərinin, daxili və xarici ticarətin inkişafı statistika informasiyasının əhəmiyyətli dərəcə-



də artmasını tələb etdi. Bunlar öz növbəsində statistikanın fəaliyyət dairəsini daha da genişləndirdi, onun 

metodologiyasının  əhəmiyyətli  dərəcədə  təkmilləşməsinə  səbəb  oldu.  IX  əsrin  axırlarında  ilk  uçot  əmə-

liyyatları  aparılmağa  başlandı.  Bu  dövrlərdə  sosial-iqtisadi  hadisələr  haqqında  məlumat toplanması  əsa-

sən hərbi va maliyyə məsələlərilə əlaqədar təşkil olunurdu.  

     Statistika  məlumatlarının  eramızdan  xeyli  əvvəl  toplanmasına  baxmayaraq,  onların  işlənilməsi  va 

təhlilinə XVII əsrin ikinci yarısında təsadüf olunur. Həmin dövrdə alman alimi Q.Axenval ilk dəfə elmə 

statistika  sözünü  daxil  etmişdir.  O,  1746-ci  ildə  əvvəlcə  Marburq  Universitetində,  sonra  isə  Gettinq 

Universitetində  yeni  fənn  tədris  etməyə  başladı  və  həmin  fənni  statistika  adlandırdı.  Lakin  bu  elmin  nə 

predmeti, nə də metodu dəqiq müəyyən edilmədi. Bu məktəbin nümayəndələri əsasən təsviri informasiya 

materialları toplayır, ancaq toplanmış məlumatlar təhlilsiz qalırdı. Bir qədər sonra Gettinq Universitetinin 

professoru  A.Şletser  (1736-1809)  “təsviri  məktəbin  nümayəndələrinin  statistikada  ancaq  dövlətin  siyasi 

quruluşunu təsvir etməlidir” baxışlarını rədd edərək göstərdi ki, statistikanın predmeti bütün cəmiyyətdir. 

    Müasir statistika  baxışlarına daha  yaxın  ingilis  siyasi  hesab  məktəbi olmuşdur. "Siyasi  hesab"  məktə-

binin  əsası  D.Qraunt,  E.Qalley  və  V.  Petti  tərəfindən  qoyulmuşdur.  İngilis  alimlərinin  əsərlərində  iki 

istiqamət:  həyatın  sığortası  ilə  məşğul  olan  demoqrafıya  məsələləri  va  iqtisadi  məsələlərlə  məşğul  olan 

statistika istiqaməti özünü aydın biruzə vermişdir. Bu istiqamətlərdən birincisi (demoqrafiya) D.Qrauntun 

və  E.Qalleyin  əsərlərində,  ikinci  istiqamət  (statistika)  V.Pettinin  əsərlərində  özunə  geniş  yer  tapmışdır. 

V.Petti statistika üzrə bir neçə elmi iş nəşr etdirmişdir. Bu əsərlərdə o, sosial-iqtisadi hadisələri xarakte-

rizə etmək üçün rəqəm dilindən istifadə olunmasını məqsədəuyğun hesab etmişdir. O, özünün “Siyasi he-

sab”  əsərində  faktları  ümumiləşdirmək  və  təhlil  etmək  yolu  ilə  cəmiyyətin  vəziyyətini  və  inkişafını 

rəqəmlərlə xarakterizə edə və kütləvi məlumatlarda ictimai hadisələrin inkişaf qanunauyğunluqlarını gös-

tərə bilmişdir.  

    Statistika  bir elm kimi XIX əsrin I  yarısında daha  sürətlə  inkişaf etməyə  başlamışdır. Buna kapitalist 

istehsal münasibətinin, azad rəqabətin inkişafı səbəb olmuşdur. Statistika elminin riyazi istiqamətinin in-

kişafında  Belçika  statistiki  A.Ketlenin  xüsusi  xidməti  olmuşdur.  Ketle  statistikanı  “sosial  fizika”  adlan-

dırmışdır.  Onun  fikrincə,  statistika  kəmiyyət  metodları  ilə  ictimai  sistemlərin  qanunlarını  öyrənir.  Ket-

lenin  “orta  adam”  nəzəriyyəsi  kütləvi  məlumatlarda  qanunauyğunluqların  müəyyənləşdirilməsinə  yö-

nəldilmişdir.  Statistikada  riyazi  istiqamət  XIX  və  XX  əsrlərdə  F.  Qaitonun,  K.Pirsonun,  V.Qossetin, 

R.Fişerin, M.Mitçelanın əsərlərində daha da inkişaf etdirilmişdir.   

    Statistikanın təcrübəsinin və elminin inkişafında rus statistiklərinin böyük xidmətləri olmuşdur. I Pyotr 

dövründə  İ.K.Kirilovun,  B.H.Tatişevin,  M.V.Lomonosovun,  İ.İ.Qoliqovun,  M.İ.  Çulkovun  və  digərləri-

nin əsərlərində statistika təsviri elm kimi şərh edilmişdir. XIX əsrin II yarısından Rusiyada statistika bir 

elm kimi siyasi hesab məktəbinin nümayəndələrinin əsərlərində şərh olunmuşdur, yəni onlar ictimai hadi-

sələri  öyrənərkən  ölçü,  çəki  və  rəqəmdən  istifadə  etmişlər.  Rus  statistikasında  siyasi  hesab  məktəbinin 

əsas nümayəndələri sırasına D.Bernulli, İ.German, V.Poroşin, İ.Sreznevski, K.Arsenyevvə s. daxildir. Bu 

dövrdə  statistikanın  ümumi  nəzəriyyəsi  üzrə  sanballı  işlər  nəşr  olunur  (məs:  Germanın  “Statistikanın 

ümumi nəzəriyyəsi”, D.Juravskinin “Statistika məlumatlarının mənbəyi və istifadəsi haqqında” və s.).  

    Statistikanın inkişaf tarixində (xüsusilə XIX əsr) Rusiya statistiklərinin xüsusi rolu olmuşdur. Bu mək-

təbin görkəmli nümayəndələrindən A.İ. Çuprovu, A.A.Çuprovu, E.Y.Yansonu və  s. göstərmək olar. Ru-

siyada  statistikanın  riyazi  istiqamətinin  inkişafında  rus  riyaziyyatçıları  P.Çebışevin,  A.Markovun,  A. 

Lyapunovun əsərləri  mühüm rol oynamışdır. Keçmiş sovet məkanında statistikanın tarixi elmi təcrübəsi  

V.Xotinski, V.Nemçinov, V. Staroyski, A.Boyarski, B.Yastremski və d. alimlərin əsərlərində ümumiləş-

dirilmiş və daha da inkişaf etdirilmişdir. 

Tarixi yanaşma müəyyən edir ki, statistikanın təşəkkülü və təkamülü keçmiş dövrlərdə əsasən inkişaf 

etmiş ölkələrdə mümkün olmuşdur.   

    Hal-hazırda  müstəqillik  əldə  etmiş  respublikamızda  statistika  metodologiyasının  təkmilləşdirilməsi, 

beynəlxalq təcrübədə  qəbul edilmiş  və  bazar  iqtisadiyyatının  inkişaf tələblərinə  uyğun uçot və  statistika 

sisteminə  keçmək  sahəsində  böyük  işlər  həyata  keçirilməkdədir.  Nəzəriyyəçi-alimlər  tərəfindən  statis-

tikanın  müasir  vəziyyəti  haqda  fikirlərin  formalaşdırılması  müasir  inkişaf  mərhələsində  ölkəmizdə  də 

qeyd olunan istiqamətdə görülən işlərin səviyyəsinin yüksəldilməsi ilə müşayət olunur. Belə ki, statistika 

sahəsində  iqtisadçı-alimlərdən  S.Hacıyevin,  S.Yaqubovun,  O.Məmmədlinin,  M.İsmayılovun,  M.Bağıro-

vun,  F.İsmayılovun,  A.Məmmədovun  və  başqalarının  əsərləri  müvafiq  istiqamətdə  ölkədə  potensalın 



 

yüksəldilməsi  ilə  yanaşı,  zəruri  elmi  əsasların  formalaşmasına  və  onlardan  təcrübədə  istifadəyə  geniş 



şərait yaratmaqdadır.           

 

    III.  Statistika  uzun  inkişaf  tarixinə  malik  olan,  elmlər  sistemində  mühüm  yer  tutan,  özünəməxsus 

predmet  və  tədqiqat  metodlarına  malik  olan  bir  elm  sahəsidir.  Eyni  zamanda  o,  içtimai  elmlər  qrupuna 

daxildir. Təbiət və cəmiyyətdə baş verən bütün ictimai-kütləvi hadisələr bu elmin tədqiqat obyektləri he-

sab  olunur.  Onun  predmetinin  əsas  xüsusiyyəti-  həyatda  baş  verən  kütləvi  sosial-iqtisadi  hadisələrin 

kəmiyyət tərəflərini (keyfiyyət tərəfləri nəzərə alınmaqla) və onların inkişaf qanunauyğunluqlarını tədqiq 

etməkdir. Statistika elminin birinci mühüm xüsüsiyyəti ondan ibarətdir ki, o ayrı-ayrı faktları deyil, küt-

ləvi, irimiqyaslı hadisə və prosesləri tədqiq edir. Belə təsərrüfat uçotunun növləri arasında miqyas etibarı 

ilə  bölgüdə  statistik  uçotun  əhatəsi  daha  geniş  nəzərdə  tutularaq  eyni  növ  faktların,  hadisələrin  və  pro-

seslərin bir tədqiqat məcmusunda toplanılmasına, onların müəyyənləşdirici əlamətlər əsasında sistemləş-

dirilməsinə şərait yaradılmışdır.     

Statistika  tədqiqatının  mühüm  vəzifələrindən  və  fəaliyyət  qaydalarından  biri  də  umumiləşdirici  gös-

təriciləri almaqdan və ictimai-kütləvi hadisələrdə baş verən qanunauyğunluqları konkret məkan və zaman 

şəraitində tədqiq etməkdir. Məhs bu əsasda statistika hər hansı hadısənin harada və nə zaman baş verməsi 

haqda məlumatları formalaşdırır. Bu həm sosial, həm də iqtisadi yönümlü hadisə və proseslərə şamil edi-

lə bilər.    

    Statistika sosial-iqtisadi hadisələrin kəmiyyət tərəfini konkret məkan və zaman şəraitində öyrənir.  

   Statistika  elminin  digər  xüsusiyyətlərindən  biri  ondan  ibarətdir  ki, o  ictimai  hadisələrin  kəmiyyət  nis-

bətlərini də öyrənir.   

    Statistika elmində rəqəmlər sadə deyil, adlı, müəyyən məkan və vaxta aid olurlar, həmçinin sosial-iqti-

sadi  hadisələrin  zaman  ifadəsi  nəzərə  alınmaqla  səviyyələrini  xarakterizə  edirlər.  Bu  mənada  statistika 

riyaziyyatdan tamamilə  fərqlənir. Statistika tərəfindən müəyyənləşdirilən kəmiyyət xarakteristikası məc-

munun bütün vahidləri üçün qeydə alınmış birdəfəlik və dəyişməz deyildir, onlar bir məcmu vahidindən 

digər məcmu vahidinə doğru məkan və zamanda dəyişirlər. Mövcud sosial-iqtisadi hadisələrin variasiya-

sının qarşısını almaq mümkün deyildir və onların variasiyası statistika elminin labüdlüyünün mühüm şər-

tidir. Əlamətin variasiyası dedikdə statistika məcmusunun ayrı-ayrı vahidlərinin bir-birindən fərqlənməsi 

başa  düşülür.  İstənilən  sosial-iqtisadi  hadisənin  kəmiyyət  xarakterizəsi  statistikada  müəyyən  raqəmlərlə 

ifadə edilır və həmin rəqəm statistika göstəricisi adlanır. Mürəkkəb hadisələri hərtərəfli əks etdirən gös-

təricilər məcmusu göstəricilər sistemini təşkil edir. Qeyd etmək lazımdır ki, statistik məcmunun hərtərəfli 

xarakterizə  edilməsində  mütləq göstəricilərlə  yanaşı, araşdırma obyektindən  və  formasından asılı olaraq 

nisbi və orta kəmiyyətlər də istifadə olunmalıdır. Qeyd olunanlarla bərabər, statistika sosial-iqtisadi hadi-

sələrin quruluşunu da xarakterizə edir. Kütləvi sosial-iqtisadi hadisələrin quruluşu təhlil edilərkən onların 

tərkib  hissələri  aşkar  olunur,  sonra  isə  bu  tərkib  hissələrin  tamla  və  özləri  arasında  müqayisəsi  təşkil 

olunur.  

     Sosial  və  iqtisadi  hadisələrin  müəyyən  məkanda dəyişilməsi onların quruluşunun təhlili  vasitəsilə  aş-

kar edilir. Hadisələrin səviyyə və quruluşunun dəyişilməsi dinamikada tədqiq olunur. Həyatda baş verən 

hadisə  və  proseslərin dinamikada təhlilinə  onların müəyyən vaxt  momentinə,  yaxud zaman kəsiklərində 

səviyyələrinin, həcminin və orta səviyyələrinin müəyyən edilməsi, dəyişilməsinin kəmiyyətinin və sürəti-

nin,  onların  əsas  meylinin  müəyyənləşdirilməsi  və  qanunauyğunlularının  aşkar  edilməsi,  statistik  proq-

nozların verilməsi daxildir. Baş verən hadisələr və onların əlamətləri qarşılıqlı əlaqə və asılılıqdadır, yəni 

onların birinin dəyişilməsi digərinin dəyişilməsinə səbəb olur.    

 Ümumiləşdirilmiş  şəkildə  statistika  elminə  aşağıdakı  tərifi  vermək  olar:  statistika  ictimai  elmlərdən 

biri  olub,  baş  verən  kütləvi  sosial-iqtisadi  hadisələrin  kəmiyyət  tərəfini,  onların  keyfiyyət  tərəfi  nəzərə 

alınmaqla,  özünün  çoxsaylı  göstəricilər  sistemi  vasitəsilə,  müəyyən  məkan  və  zaman  daxilində  öyrənən 

bir elmdir.  

 

IV. Hər bir ölkə və ya iqtisadi-inzibati rayonları haqqında müfəssəl informasiyanın əldə edilməsi sa-

həsində onun icra-inzibati və digər orqanları mühüm rol oynayır. Qeyd olunan sahədə ölkəmizin statisti-

ka  orqanlarının  payına  böyük  vəzifələr  düşür.  Ölkədaxili  və  beynəlxalq  kəmiyyət  informasiyasının təq-

dim  edəni  və  qəbuledicisi  hesab  olunan  bu  təşkilat  geniş  və  mərkəzləşdirilmiş  fəaliyyət  mexanizminə, 

çoxşaxəli məlumat toplama istiqamətlərinə, əldə olunmuş materialların müxtəlif emal, ümumiləşdirmə və 

yekunlaşdırma alətlərinə malikdir. Ölkəmizdə statistik fəaliyyətin təşkili ilk növbədə onun prinsipləri ilə 

əlaqələndirilməlidir ki, bunlardan da mühüm olanlarını aşağıdakı kimi sadalamaq olar: 


 



 

respublikamızda  bütün  təsərrüfat  uçotu  sisteminin,  o  cümlədən  statistika  işlərinə  rəhbərliyin  ciddi 

şəkildə mərkəzləşdirilməsi və vahid şəkildə idarə olunması; 

 



işlərin vahid metodologiyaya əsaslanan metodologiya ilə aparılmasını təmin edəcək mərkəzi statistika 

orqanının yaradılması; 

 

mərkəzi  və  yerli  statistika  orqanlarının  biri-birilə  və  digər  dövlət  orqanları  ilə  qarşılıqlı  əlaqələrinin 



təmin edilməsi; 

 



əldə olunan  və  istifadə  edilən  məlumatların  həqiqiliyinə, düzgünlüyünə, obyektivliyinə tamlığına  və 

dizər şərtlərinə nəzarətin təmin edilməsi və s.  

Öz fəaliyyətində  Azərbaycan Respublikasının qanunvericilik bazasını  əsas tutaraq fəaliyyət göstərən 

statistika  orqanları  cəmiyyətdə  baş  verən  bütün  ictimai-kütləvi  hadisə  və  proseslər  haqqında  informa-

siyaya malik olmalı və onun məqsədyönlü mübadiləsində iştirak etməlidirlər. 

Beynəlxalq təcrübədə  statistikanın təşkilinin  iki  forması  istifadə  olunmaqdadır:  mərkəzləşdirilmiş və 

qeyri-mərkəzləşdirilmiş. Ölkəmizdə  mərkəzləşdirilmiş  formanın tətbiqi  hələ  keçmiş Sovetlər dovründən 

baş vermiş,  müstəqilik əldə etdikdən sonra isə  müvafiq forma saxlanılmaqla onun quruluşunda zamanın 

tələbini qarşılayacaq, beynəlxalq statistik standart və qaydalarla uyğunlaşacaq dəyişikliklər edilmiş, tək-

milləşdirmələr aparılmışdır. Bu sahədə  hazırlanan və  ölkə  statistikasını tənzimləyən  ilk sistemli  hüquqi-

normativ akt Azərbaycan Respublikasının “Statistika haqqında” 18 fevral 1994-cü il 789№-lı Qanunudur 

(sonradan  həmin  qanunun  adına  dəyişiklik  edilmiş  və  o,  Azərbaycan  Respublikasının  “Rəsmi  statistika 

haqqında”  Qanunu  adlandırılmışdır).  Qanunvericilik  bazasının  gücləndirilməsi  və  müvafiq  sahədə  fəa-

liyyəti  nizamlamaq,  onun  kompleksliliyini  təmin  etmək  məqsədilə  müxtəlif    illərdə  adı  çəkilən  Qanuna 

əlavə  və  dəyişikliklər  edilmiş,  Azərbaycan  Respublikasının  Dövlət  Statistika  Komitəsi  haqqında  Əsas-

namə  işlənilmiş,  bu  sahənin  ayrı-ayrı  istiqamətlərinin  fəaliyyətini  özündə  əks  etdirən  qanunlar  və  digər 

qanunvericilik  aktları  (Dövlət  Proqramları,  Azərbaycan  Respublikası  Prezidentinin  Fərmanları,  sərən-

camlar)  hazırlanmışdır.  Azərbaycanda  statistik  fəaliyyəti  həyata  keçirən  mərkəzi  orqan  –  Azərbaycan 

Respublikası Dövlət Statistika Komitəsidir. O, çoxşaxəli daxili və ərazi strukturlarına malikdir. 

Azərbaycan  Respublikası  Dövlət  Statistika  Komitəsi  ölkəmiz-də  statistika  və  uçot  işlərinə 

mərkəzləşdirilmiş rəhbərliyi həyata keçirir, onun vahid elmi metodologiya-sını işləyib hazırlayır, iqtisadi 

sahədə  fəaliyyət  göstərən  hökümət  orqanları  ilə  birlikdə  (İqtisadi  İnkişaf  Nazirliyi,  Maliyyə  Nazirliyi, 

Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosi-al İnnovasiyalar üzrə Dövlət 

Agentliyi və s.) statistik hesabatların və  mühasibat uçotu formalarının tək-milləşdirilməsi sahəsində işlər 

aparır,  sosial-mədəni,  iqtisadi  inkişafı  əks  etdirən  kəmiyyət  göstəricilərinin  toplanması  və  emalı  ilə 

məşğul olur.     

Ümumiləşdirdiyimiz məsələlər statistik fəaliyyətlə bağlı qarşımızda iki mühüm məsələnin zəruriliyini 

göstərir.  Bunlardan  birincisini  öyrənilən,  statistikanın  öbyekti  hesab  olunan,  sonradan  işlənilməli,  ümu-

miləşdirilməli  və  müvafiq  səviyyəli  yerli  və  beynəlxalq  orqanlara  təqdim  edilməli,  onlarla  mübadilə  də 

istifadə edilməli informasiyanın əldə olunması üçün müvafiq orqanlar nə kimi vəzifələri icra etməkdədir 

Hər  bir  orqanın  fəaliyyətinin  görünən  üzü  onun  fəaliyyətidir  ki,  bu  da  hüquq  və  səlahiyyətlərlə  ya-

naşı, onların üzərinə qoyulmuş vəzifələrlə müəyyənləşir. Bu vəzifələr özü ilə biri-biri ilə əlaqələndirilmiş, 

vahid fəaliyyət üzrə ardıcıl qurulan icra istiqamətlərindən ibarətdir. Onlardan mühüm olanlarını aşağıdakı 

ardıcıllıqla  nəzərdən  keçirək:  ölkə  ərazisində  vahid  statistika  siyasəti  yeridir;  statistik  məlumatların 

düzgünlüyünü və obyektivliyini, öl-kədə  bazar münasibətlərinin formalaşdırğı şəraitdə onların baş verən 

sosial-iqtisadi hadisə və proseslərə tam uyğunluğunu, vaxtında toplanmasını təmin edir; ölkə iqtisadiyya-

tının vəziyyətini səciyyələndirən, elmi cəhətdən əsaslandırılmış statistik məlumatları toplayır, işləyir, təh-

lil edir və hökümətə təqdim edir; beynəlxalq statistik tədqiqatlarda iştirak edir və s.     



Statistika  –  vahid  uçot  sisteminin  tərkib  hissəsi  kimi.  Azərbaycan  Respublikasında  vahid  təsərrüfat 

uçotu sistemi yaradılmış və o üç növdən ibarətdir: 1.operativ (operativ-texniki) uçot; 2.mühasibat uçotu; 

3.statistik uçot. 

Hər  bir  uçot  növünün  öz  xüsusi  vəzifələri  vardır  və  ona  xas  olan  xüsusi  metodlardan  istifadə  edir. 

Lakin  bütün  uçot  növləri  qarşısında  bir  ümumi  vəzifə  durur  ki,  bu  da  əmək,  istehsal  və  bölgü  ölçüləri 

üzərində  ümumxalq  uçotu  və  nəzarəti  rolunu  oy-namaqdan  ibarətdir.  Uçotun  ümumi  vəzifəsi 

zəhmətkeşlərin xalq təsərrüfatı sahələrində sərf etdiyi əmək məsrəflərini, onla-rın nə  istehsal etdiklərini, 

əmək məhsulunun necə bölündüyünü və necə istifadə edildiyini hesaba almaqdan ibarətdir. 



 

Operativ  və  mühasibat  uçotu  məlumatı  istehsal  prosesinə  rəhbərliyi  asanlaşdırır,  bu  prosesin 



proqnozlara  müvafiq  nizam-landırılmasına  və  istiqamətləndirilməsinə  kömək  edir,  habelə  is-tehsal 

proqramının yerinə yetirilməsini təmin edən növbəti təd-birlər hazırlamaq üçün baza materialı olur. 

Statistika  uçot  sistemində  son  mərhələdir.  O,  mühasibat  və  operativ  uçot  məlumatlarından  istifadə 

edir. Bu məlumat ye-kunlaşdırılır, işlənir və nəticədə bütün xalq təsərrüfatının, onun ayrı-ayrı sahələrinin 

artım və inkişafını xarakterizə edən kəmiy-yət göstəriciləri əldə edilir. 

     Uçot  mürəkkəb  məsələləri  ona  görə  həll  edə  bilir  ki,  onun  növlərinin  üçü  də  bir-biri  ilə  sıx  əlaqədə 

olur, biri-birini ta-mamlayır və uçot məlumatlarından qarşılıqlı istifadə edir. Mü-hasibat və operativ uçot 

məlumatlarından  statistikada  istifadə  et-mək  üçün  bütün  uçot  statistika  qaydasında  təşkil  olunmalıdır. 

Uçotun statistika qaydasında təşkil olunmasının I şərti- onun xalq təsərrüfatının bütün sahələrində vahid 

şəkildə  aparılmasından  ibarətdir.  Bu,  uçot  məlumatlarını  sənaye,  kənd  təsərrüfatı  sahələri  və  inşaatın 

müxtəlif növləri üzrə statistika qaydasında yekunlaşdırmağa imkan verir. II və əhəmiyyətli şərt vahid ilk 

sənədlərin  tətbiqindən  ibarətdir.  Bütün  uçot  növlərinin  obyekti  (xüsusilə  də  maddi  istehsal  sahələrində) 

əsas etbarı ilə eyni faktlardan, hadisələrdən yaxud proseslərdən ibarət olduğu üçün onların əsasını vahid 

ilk  sənədlər  təşkil  edir.  İstehsal  yaxud  təsərrüfat  əməliyyatları  əks  etdirilən  bu  sənədlərdə  operativ  və 

mühasibat uçotuna lazım gələn məlumat mövcud olur ki, bu məlumatlardan da statistikada istifadə etmək 

mümkündür. 

    Vahid ilk sənədlər işə çıxma tabellərindən, mədaxil və məxaric orderlərindən, qaimələrdən, iş tapşırıq-

larından, işsiz dayanma və əlavə ödəniş vərəqələrindən və s. sənədlərdən ibarətdir. Statistika qaydasında 

təşkil olunmuş uçot müəssisə və təşkilatların fəaliyyətini təhlil etmək və müvafiq təşkilatlara hesabat ver-

mək üçün həm mühasibat uçotuna, həm də operativ uçota lazım olan bir çox statistik göstəriciləri hesab-

lamağa imkan verir. Sənaye müəssisələrində ilk uçot əsasında icmal sənədlərdə və başlıca olaraq hesabla-

malarda  müəssisənin rentabelliyini,  hazırlanmış  məhsulun həcmini, əmək  haqqı  fondunu, əmək  məhsul-

darlığını  və  s.-ni  xarakterizə  edən  statistika  göstəriciləri  hesablanır.  İri  müəssisələrdə  statistika  işlərini 

planlaşdırma və statistika şöbələri, kiçik müəssisə, təşkilat və idarələrdə isə mühasibat şöbələri aparırlar. 

     Statistikanın  digər  elmlərlə  əlaqəsi.  Statistika  ilə  bir  sıra  iqtisadi  istiqamətlərin  qarşılıqlı  əlaqələri 

mövcuddur. Məsələn, statistika ilə planlaşdırmanın arasındakı əlaqə ondan ibarətdir ki, ictimai hadisə və 

proseslərin xarakterizə olunması üçün onlar eyni göstəricilərdən istifadə edirlər. Göstəricilər statistika və 

planlaşdırmada ayrı-ayrı hadisələrin kəmiyyət xarakteristikasını göstərən ədədlərə deyilir. Bu ədədlər sta-

tistikanın müəyyənləşdirdiyi ciddi qaydalar üzrə hesablanır. Göstəricilərin məzmunu hadisənin məhs ne-

cə və hansı tərəfdən xarakterizə olunduğunu əks etdirir. Məsələn, “ümumi məhsul” göstəricisi müəssisə-

nin işinin son nəticəsini təşkil edən məhsulu pul ifadəsində xarakterizə edir. Statistikanın vəzifəsi maddi 

istehsal sahələrində  gedən hadisə  və  prosesləri öyrənməklə  yanaşı, həm də  digər həyat hadisələrini, mə-

sələn, elm, səhiyyə və s. sahələrdə gedən hadisələri öyrənməkdən ibarətdir. Ona görə də statistikada nəin-

ki maddi istehsal sahələrinin statistik məlumatlarından istifadə olunur, həm də əhalinin və s.-nin siyahıya-

alma  işləri  aparılır,  məktəblərdə,  kitabxanalarda,  nəqliyyatda,  elmi  idarələrdə,  səhiyyə,  ədliyyə,  məişət 

xidməti idarələrində, mədəniyyət evlərində, teatrlarda və s.-də görülən işlərin məlumatı yekunlaşdırılir. 

     İctimai  hadisələri  xarakterizə  etmək  üçün  statistikada  göstəricilər  sistemi  işlənib  hazırlanmışdır.  Sta-

tistika göstəricisi anlayışı yuxarıda izah edilmişdir. Məsələn, sənayedəki hadisə və prosesləri xarakterizə 

etmək üçün sənaye müəssisələrinin təsər-rüfat fəaliyyətini əks etdirən göstəricilər işlənib hazırlanmışdır. 

Xalq təsərrüfatının digər sahələrində,  məsələn, kənd təsərrüfatında,  nəqliyyatda, rabitədə, ticarətdə,  icti-

mai iaşədə və s. müəssisələrin vəziyyətini və inkişafını xarakterizə edən göstəricilər işlənib hazırlanmış-

dır.  Xalq  təsərrüfatının  müxtəlif  sahələri  bir-birilə  sıx  bağlıdır,  ona  görə  də  hər  bir  sahəni  xarakterizə 

edən  statistika  göstəriciləri  də  qarşılıqlı  əlaqəli,  vahid  ümumi  xalq  təsərrüfatı  göstəriciləri  sistemində 

birləşdirilir.  



 

Mövzu 2. Statistika elminin nəzəri-metodoloji əsasları və vəzifələri 

Yüklə 1,48 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin