Xassə 5: Hər bir variantın qiymətinin orta kəmiyyətdən kənarlaşmasının cəmi sıfra bərabərdir. ∑(X-Xor ) = 0
3. Quruluş orta kəmiyyətləri İctimai hadisələrin ümumiləşdirici xarakteristikasına vermək üçün iqtisadi hesablamalarda moda və medianadan istifadə edilir. Öyrənilən ictimai hadisədə ən çox təsadüf edilən variant moda adlanır. Başqa sözlə, ən yüksək çəkiyə malik olan variant moda adlanır. Diskret variasiya sırasında modanı müəyyən etmək üçün heç bir əlavə hesablama aparılmır. Ən böyük rəqəm seçilir. Bərabər fasiləli variasiya sıralarında isə modanı hesablamaq üçün aşağıdakı düsturdan istifadə edilir:
X0 –moda olan variantda fasilənin aşağı sərhədi
d- fasilənin kəmiyyəti
f1 – moda olan variantdan əvvəlki variantın çəkisi
f2 – moda olan variantın çəkisi
f3 – moda oaln variantdan sonra gələn variantın çəkisi
Modadan əsasən əmtəələrin pərakəndə satış qiymətlərinin öyrənilməsində istifadə edilir.
Müəyyən qayda ilə düzülmüş (artan və ya azalan qaydada) sıranı iki hissəyə bölən ədədə mediana deyilir. Fasiləli variasiya sıralarında mediana aşağıdakı düsturla hesablanır:
fm – mediana olan variantın çəkisini göstərir.
Mediana olan variantı aşkar etmək üçün son variantın artan yekunla çəkisini 2-yə bölüb alınmış ədədi artan yekunla çəkilər arasında axtarmaq lazımdır. Moda və medianadan ən çox variasiya sırasının quruluşunu xarakterizə etmək üçün istifadə edilir. Ona görə də onları bəzən quruluş orta kəmiyyətləri də adlandırırlar.