Mövzu —Sual Lentli nəqletdiricilərin əsas elementləri: Lentlər, İntiqal qurğuları və barabanlar Lentlər


Mövzu 7—Sual 2 /Lentli nəqletdiricilərin əsas elementləri



Yüklə 36,68 Kb.
səhifə2/2
tarix17.04.2023
ölçüsü36,68 Kb.
#99055
1   2
Mövzu 7 Sual 2-3

Mövzu 7—Sual 2 /Lentli nəqletdiricilərin əsas elementləri: Diyircə1kli dayaqlar, Gərginlik verən qurğular.
Diyircəkli dayaqlar. Diyircəkli dayaqlar birdiyircəkli və 2  5 diyircəkdən ibarət novalça şəkilli olurlar

Novçalı diyircəkli dayaqlar lentə horizontal müstəvi ilə 360 bucaq altında mailliyi olan örtük formasını verir ki, bu da nəqletdiricinin məhsuldarlığını artırır. Maillik bucağının qiyməti lentin möhkəmliyindən asılıdır, belə ki, bucağın qiyməti artdıtja lentin jırılıb dağılması intensivləşir.


Adətən üç diyircəkli dayaqlar tətbiq edilir,bəzən dar lentlər üçün B 400 mm iki diyircəkli dayaqlar tətbiq edilir. Lentin enliyi B  1400  1500 mm olduqda beş diyircəkli dayaqlar tətbiq edilir. Lentin enliyi B  400  650 mm oluqda diametri 83  108 mm olan diyircəkli, enli lentlər üçün isə diyircəyin diametri Dr = 102, 127, 159, 194 mm qəbul edilir. bir diyircəyin ümumi uzunluğu və ya novçalı dayaqlarla diyircəklərin uzunluqlarının cəmi, lentin enliyindən 100 – 200 mm çox qəbul edilməlidir. İşçi qolda diyircəkli dayaqlar arasındakı məsafə nəql etdirilən yükün növündən və lentin enliyindən asılı olaraq qəbul edilir və l = 1000  1500 mm olur. Yükləmə zonasında l1 = ( 0,4  0,5 ) l, boş qolda isə l2 = 2 l qəbul edilir. Ədədi yükləri nəql etdirildikdə l məsafəsinin uzunluğunu elə seçilir ki, yükün iki diyircəkdə çox diyircək üzərində oturması şərti təyin edilsin. Uzunluğu 25 metrdən çox olan nəqletdiricilərdə, lent enliyi boyunja qeyri bərabər yükləndikdə, diyircəklər üzərindən sürüşüb düşməsini təmin etmək üçün mərkəzləşdirici diyircəkli dayaqlar yerləşdirilir.
Gərginlik verən qurğular. Lentə gərginlik verici qurğunun vasitəsi ilə dartılır ki, onun diyircəkli dayaqlar arasında asılmasını məhdudlaşdırır və lentin barabanı ilə lazım olan ilişmə qüvvəsini təmin edir. Vintli və yük gərginlik qurğuları tətbiq edilir. Vintli qurğular uzunluğu 50 m olan stasionar və yerini dəyişən nəqletdiricilərdə istifadə edilir. Bu qurğularda sonuncu barabanın oxu vintin fırlanması zamanı hərəkət edən sürünjəklərin yuvasına geydirilir. Vint qurğularının çatışmayan cəhəti, lentin gərginliyinin sabiq saxlamaq mümkün olmaması və barabanını gedişinin az olmasıdır. Yüklü arabacığıqlı gərginlik qurğusu ,yük 3 asılmış kanat vasitəsilə dartılan yük arabacığı 2 üzərində yerləşdirilmiş gərginlik barabanından 1 ibarətdir.
Arabacıq 2 diyircəkləri üzərində yerləşdirilmişdir və 4 çərçivəsi üzərində hərəkət edir. Uzunluğu 100 metrdən çox olan nəqletdiricilərdə şaquli yüklü gərginlik verici qurğulardan istifadə edilir. Belə qurğulardan baraban yüklə birlikdə, lentin boş qolundan asılır.
Yüklə 36,68 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin