Mövzu: TƏdarükat logiSTİkasi plan: TƏdarükatin mahiYYƏTİ, MƏzmunu və obyektiv zəruriLİYİ TƏdarükatin planlaşdirilmasi



Yüklə 325 Kb.
səhifə7/22
tarix02.01.2022
ölçüsü325 Kb.
#38970
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   10   ...   22
M-vzu-81

8.2. MƏHSULGÖNDƏRƏNLƏRİN SEÇİLMƏSİ
Tədarükat prosesi bir-birilə qarşılıqlı əlaqədə olan fəaliyyətləri özündə birləşdirir. İlkin olaraq bu proses sifarişlərin hazırlanması mərhələsindən başlayaraq tələb edilən material resurslarının nəzərdə tutulan keyfiyyət parametr­lərinə əməl olunmaqla verilən vaxt çərçivəsində lazımi yerlərə əlverişli şərtlərlə çatdırılmasından ibarətdir. Daha doğrusu, tədarükat prosesi istehsal proqramı və hazır məhsul satışı bazarının tələbləri əsasında hazırlanmış və konk­ret məhsul­gön­dərənlərə ünvanlanmış sifariş-lərin yerinə yetirilməsilə yekun­laşır. Buna görə də material resurslarının tədarükatı üçün hazır­lanan və ayrı-ayrı məhsulgöndərənlərə təqdim edilən sifarişlər vaxtında tərtib olunmalı, məhsulgöndərənlər dəqiq və düzgün seçilməli, məhsulgöndərmə müqavilələri tərəflərin bütün mə'suliyyət və öhdəliklərini nəzərə almaqla vaxtında tərtib edilməli və bağlanmalıdır.

Bu və ya digər növ material resurslarının tədarük edilməsi haqqında qərar qəbul etdikdən sonra məhsulgöndərənlərlə münasibətlərin rəsmiləşdirilməsi ilə bağlı məsələ meydana çıxır.

Məhsulgöndərənlərlə münasibətlərin rəsmiləşdirilməsi üçün tələbnamələrdən və sifarişlərdən istifadə olunur.

Tələbnamə – bu müəssisələrlə tədarükat münasibətlərinə girən və onların göndəriləcək məhsullara hər hansı konkret vaxt kəsiyində potensial tələbatını əks etdirən sənəddir.

Sifariş – məhsulgöndərənlərdən zəruri kəmiyyətdə və razılaşdırılmış keyfiyyətdə lazımi məhsulların tələb olunan vaxt müddətində göndərilməsi üzrə tələbləri özündə birləşdirən direktiv sənəddir. Beləliklə, sifarişə tələbnamənin konkretləşdirilmiş və detallaşdırılmış hissəsi kimi baxmaq olar. Alıcı­la­rın məhsulgöndərənlərə təqdim etdiyi sifarişlər əsasında tədarükat müqavi­lələri bağlanır.

Mütəmadi olaraq konkret bazar və ya bazar seqmenti üçün məhsul istehsalı ilə məşğul olan firma və müəssisələr tədarükat üzrə sifarişlərini əvvəlcədən tərtib etməlidirlər. Bu sifariş paketində konkret material resursları üçün nəzərdə tutulan potensial tələblər bir qayda olaraq yaranan faktiki tələbdən artıq olmalı, onu qabaqlamalıdır. Doğrudur, böyük zaman kəsiyi üçün bu qabaqlama bir tərəfdən material ehtiyatlarının səviyyəsinin artmasına, əmtəə formasında pul vəsaitlərinin dondurulmasına, istehsalın məhsul üzrə differensiasiyasında dəyişikliklərin aparılma-masına səbəb olsa da, digər tərəfdən isə məhsulgöndərmənin ahəngdarlığında əmələ gələ bilən kənarlaşmaları zəiflətməyə (demp­fir­ləşdirməyə) imkan verir. Buna görə də sifarişlərin verilməsi zamanı qabaqlama vaxtının seçilməsi üçün mövcud optimal variantlardan istifadə olun­malıdır.



  • Sifarişlərin tərtib edilməsi üzrə siyasət iqtisadi ədəbiyyatlarda əsasən «cırıldayan təkər» effekti adlanır. Belə yanaşmanın mahiyyəti ondan ibarətdir ki, tələbnamələrinə tez və çevik reaksiya verilməsini arzulayan istehlakçılar – alıcılar özlərini rəqiblərlə müqayisədə aktiv aparır və necə deyərlər «hamıdan daha çox səs salmaqla» çıxış edirlər

Xammal, material və dəstləşdirici mə'mulatların tədarükatı və göndərilməsi prosesinin öz – özünə tənzimlənməsi nəticəsində bu prosesləri iqtisadi və hüquqi baxımdan tənzimləyən müqavilələr, kontraktlar və digər normativ - hüquqi sənədərin rolu əhəmiyyətli dərəcədə artır.

Beləliklə, sifarişlərin hazırlanması (kalkulyasiyası) və emalı sahəsində maddi-texniki təchizat bölmələrinin sərən­camında olan metodoloji və texniki üsulları nəzərə almaqla sifarişlərin hazırlanması və emalı üzrə əməliyyatları məhz bazar münasibət-ləri sisteminin tələbləri baxımından «qurmaq» lazımdır. Təbii ki, bütün bunları ilkin mənbədən son istehlakçıya qədər material axınlarının hərəkətinə vahid tam kimi baxılmasını nəzərdə tutan logistik prinsip­lərin vasitəsilə həyata keçirmək lazımdır.



Bir sözlə tədarükat logistikasının iqtisadi səmərəliliyi maddi-texniki təminatın iqtisadi səmərəliliyindən və ya əksinə asılıdır.


Yüklə 325 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin