Turizm müəssisəsində keyfiyyətli servis yaratmağın şərtləri.
Birincisi – müasir servisin turizm sahəsi üçün olan əsas və daha vacib prinsiplərinə riayət edilməsi:
göstərilən xidmətlərin istehlakçıların tələblərinə və istehlak xüsusiyyətinə maksimum uyğunluğu;
servisin marketinqlə, onun əsas prinsip və məsələləri ilə ayrılmaz əlaqəsi;
servisin elastiklyi, onun bazarın dəyişən tələblərinin nəzərə alınmasına meyilliliyi, turizm xidmətləri istehlakçılarlnln tələblərinin üstünlüyü.
Ikinci – keyfiyyətli servisi təmin etməyə çağırılmış personal üçün lazımi şəraitin yaradılması. Bunlara aiddir:
Iş yerlərinin erqonomikliyi;
Hər əmyəkkdaşın yerinə yetirməsi vacib olan qaydaların dəqiq tərtibi;
Servisin kəmiyyət və keyfiyyətcə effektivliyini obyektiv olaraq ölçməyə imkan verən, xüsusən də xoşməramlıq və nəzakətlik kimi qeydiyyata alına bilməyən elementlərə görə hər əməkdaşın işinin keyfiyyətinin qiymətləndirilməsinin dəqiq sistemi;
Personalın motivasiyası, bütün müəssisənin inkişafında onun səmimi olaraq maraqlanması, işi maksimum dərəcədə effektiv görmək həvəsi və bacarığı, özünü təkmilləşdirməyə yönəltmək;
Personalın peşəkarlığının artırılması sistemi.
Üçüncü – turxidmətlər göstərən müəssisələrin təşkilati strukturlarının optimallaşdırılması.
Dördüncü – servizin keyfiyyətinə aşağıdakıları ehtimal edən hərtərəfli, tam, obyektiv, fasiləsiz nəzarət:
keyfiyyət və ona nəzarətin qiymətləndirilməsində qonaqların iştirakı;
Standartların tələblərinin işin faktiki vəziyyəti ilə uyğunlaşdırılmasına imkan verən metodlar və kriterilərin yaradılması;
Personalın özünənəzarət sisteminin yaradılması;
Keyfiyyət qrupları ilə daimi işləmək;
Göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirilməs üçün dəqiq formalaşdırılmış kəmiyyət kriteriyalarının tətbiqi;
Keyfiyyətin sistem və kriteriyalarının yaradılmasında personalın iştirakı;
Keyfiyyətə nəzarətin texniki vasitələrinin tətbiqi;
Müxtəlif xidmətlərin nümayəndələrinin daxil olduğu nəzarət xidmətinin yaradılması: müdiriyyət, maliyyə şöbəsi, təhlükəsizlik şöbəsi, kadr xidməti, bütün fəaliyyət xidmətlərinin rəhbərləri və ya əməkdaşları.