Mövzu Ümumi makroiqtisadi tarazlıq və onun səmərəliliyi



Yüklə 110,84 Kb.
səhifə3/9
tarix08.10.2022
ölçüsü110,84 Kb.
#64745
1   2   3   4   5   6   7   8   9
Makro 7

İlk strateji hədəfə uyğun olaraq Azərbaycanda fiskal dayanıqlılıq təmin ediləcək və monetar siyasət üzən məzənnə rejimi üzərində qurulacaqdır. Fiskal və monetar siyasətlərin uzlaşdırılması makroiqtisadi sabitliyi təmin edəcəkdir.
Milli iqtisadiyyat perspektivində ikinci hədəf paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir.
Üçüncü hədəf insan kapitalının inkişafı ilə bağlıdır ki, bununla əmək bazarının inkişafı milli iqtisadiyyat perspektivinə uyğunlaşdırılacaqdır.
Nəhayət, dördüncü hədəf biznes mühitinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur.
Milli iqtisadiyyat perspektivində müəyyən edilmiş 11 sektorun dayanıqlı inkişafını təmin edəcək ümumi məsələlər əhatə olunmuşdur. 
7.3. İstehlak və yığım, istehlak və yığıma orta və son hədd meylliyi.
İstehlak insanın ehtiyaclarını aradan qaldırmaq məqsədiylə əmtəə və xidmətlərdən istifadə etməsidir. İnsan ehtiyaclarını qarşılamaq üçün əmtəə və xidmətlərin satın alınması məqsədiylə edilən xərclərin cəminə isə məcmu istehlak xərcləri deyilir. İstehlak xərcləri milli gəlirin əhəmiyyətli bir hissəsini (təxminən ¾"nü) təşkil edir:
•İstehlak xərcləri investisiya xərclərinə nisbətən sabitdir,
•İstehlak vərdişlərə, həyat tərzinə və ənənələrə bağlı olduğu üçün qısamüddətli dövrdə dəyişməsi gözlənilmir.
C.M. Keyns istehlak xərclərinin həcmini təyin edən subyektiv və obyektiv amillər mövcuddur. Subyektiv amillər - ümumiyyətlə insanların yaradılışı, vərdişləri və həyat tərzləri ilə əlaqədar engogen dəyişənlərdir (nümunə: yığım vərdişləri, gözlənilməyən hallar üçün fond yaratma meylləri kimi). Obyektiv amil isə milli gəlirin həcmidir.
Keynsə görə, qısamüddətli dövrdə subjektiv amillərdə bir dəyişiklik gözlənilmir. Bu səbəblə də qısamüddətli dövrdə istehlak xərclərini milli gəlirin miqdarı təyin edəcək. Belə olan halda, qısamüddətli dövrdə istehlak xərcləri gəlirin bir funksiyasıdır. İstehlak funksiyası anlayışından da məhz bu əlaqəni ortaya qoymaq üçün istifadə edilir.
İstehlak funksiyası, müxtəlif milli gəlir səviyyələriylə, istehlakçıların bu milli gərlir səviyyəsində reallaşdırmağı planladıqları istehlak xərcləri arasındakı funksional əlaqədir.
C = f(Y)
Bu funksiya bir iqtisadiyyatda milli gəlirlə istehlak xərcləri arasında eyni istiqamətli bir əlaqənin olduğu başa düşülür. Lakin burada, gəlirdə ortaya çıxan bir artımın istehlak xərcləmələrində də eyni nisbətdə bir artıma səbəb olacağını düşünmək yanlış ola bilər. Bu mövzuda aparılan tədqiqatlar, insanların gəlirləri artdıqca istehlak xərclərinin artdığını, ancaq bu artımın gəlirdəki artım qədər olmadığını və əksinə gəlirləri azaldıqca istehlak xərclərinin də azaldığını, ancaq bu azalışın gəlirdəki azalmadan daha az olduğunu ortaya qoymuşdur. Gəlirlə istehlak xərcləri arasındakı bu əlaqələri araşdırmaq üçün Keyns orta istehlak meylliliyi və son hədd istehlak meylliliyi anlayışlarından istifadə etmişdir.

Yüklə 110,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin