Şüşə və keramika məmulatlarının saxtalaşdırılması üsulları. Saxtalaşdırma keramika məmulatlarının istehsalı prosesi zamanı keyfiyyətli məhsulların digər öz adına uyğun olmayan məhsullarla dəyişdirilməsi, qəlpləşdirilməsi kimi müəyyənləşdirilir.
Çeşid saxtalaşdırılması zamanı istehlakçının aldadılması keramikanın görünüşünün və növünün dəyişdirilməsi yolu ilə həyata keçirilir.
Miqdar saxtalaşdırması zamanı istehlakçıların aldadılması malın miqdarının qablaşdırmasında və ya fakturasında qeyd olunmuş miqdara uyğun olmaması və ölçülərinin dəyişdirilməsi yolu ilə həyata keçirilir. Məsələn, malın qəbulu zamanı daxil olan məhsulların faktiki sayı müşayətedici sənədlərdə göstərilən miqdara uyğun olmaya bilər.
Qiymət saxtalaşdırması – istehlakçının qiymətlərin yüksəldilməsi yolu aldadılmasıdır. Bir qayda olaraq, belə saxtalaşdırma informasiya və keyfiyyət saxtalaşdırması ilə müşaiyət olunur.
İnformasiya saxtalaşdırılması - mal barədə şübhəli və ya açıq-aşkar yalan məlumatın köməyi ilə istehlakçının aldadılmasıdır.
Keyfiyyət saxtalaşdırması zamanı yüksək keyfiyyətli xammal istehlak xassələri daha az olan digər ucuz materiallar ilə dəyişdirilir. Bunun nəticəsində keramikanın ağlığının keyfiyyəti və termik xüsusiyyətləri aşağı düşür.
Mövzu№15:Elektrik-məişət mallarının eyniləşdirilməsi və saxtalaşdırılması.
Plan: Televizorların eyniləşdirilməsi və saxtalaşdırılması
Paltaryuyan maşınların eyniləşdirilməsi və saxtalaşdırılması
1.Televizorların eyniləşdirilməsi və saxtalaşdırılması Televizor - televiziya siqnallarını qəbul etmək və ekranda görünən hərəkət edən təsvirləri dinamiklərdən-reproduktorlardan çıxan səsin müşayiəti ilə təsvir etmək üçün qurğudur.
Televizorların eyniləşdirməsi – məmulatın onun adına, yayımın rənginin tipinə, ekranın ölçüsünə, təsvir alma texnologiyasına, komplektləşdirmənin miqdarına, ştrixkoduna, markalanmasında göstərilən informasiya ilə rənginə (xarici və ya birbaşa televizorun arxa panelində) uyğunluğunun müəyyən edilməsidir.
Televizorların eyniləşdirməsi üçün aşağıdakı vəzifələr qoyulur: