Keyfiyyət eyniləşdirməsi – televizorun normativ sənədlərin tələblərinə və təhlükəsizlik tələblərinə uyğunluğunun müəyyən edilməsidir.
Qiymətləndirmə havası yaxşı dəyişdirilən və əsasən gün işığı lampaları ilə işıqlandırılmış otaqda aparılır. Nümunələr ekspertlər qrupu tərəfindən yoxlanılır və 10 və ya 100 bal sistemi ilə qiymətləndirilir.
İlk növbədə qabın (taranın) bütünlüyünü və aşkar nöqsanların olması yoxlanılır. Daha sonra nümunələrin seçimi aparırlar.
Seçilmiş nümunələr vizual olaraq yoxlanılır. İlk olaraq korpusa baxış keçirilir: onun forması və rəngi, rənginin aşkarlılığı, boyanın və ya lakın keyfiyyəti və dayanıqlılığı qeyd olunur. Korpusun və köməkçi detalların hazırlandığı material müəyyənləşdirilir. Bəzən kifayət qədər yüksək keyfiyyətli materiallardan istifadə edilməməsi nəticəsində korpusda ola biləcək qoxunun dərəcəsi müəyyən edilir.
Korpusda olan bütün düymələr yalnız istismar üzrə təlimatda göstərilən funksiyaları yerinə yetirməlidir. Düymələr maksimum erqonometrik olmalıdır.
Uİ pultu, kalonkalar, qulaqcıqlar, bəzən LCD televizorların tutqacları kimi komplektləşdirici qurğuların mövcudluğu və keyfiyyəti qeyd olunur.
Eyniləşdirmənin bu mərhələsində keyfiyyəti aşağı salan nöqsanların vaxtında aşkar edilməsi çox vacibdir.
Televizorların yolverilməz nöqsanlarına kəskin, pardaxlanmamış kənarların, tilişkənin, çatların, qopuqların, cızıqların, битостей, kənar əlavələr aiddir.
Televiziya təsvirləri parametrlərinin eyniləşdirilməsi yalnız ağ-qara təsvirləri yoxlamaq üçün nəzərdə tutulmuş sınaq cədvəlinə ТИТ-0249 və həm ağ-qara, həm də rəngli təsvirlər üçün nəzərdə tutulmuş universal elektrik sınaq cədvəlinə (UESC) əsasən həyata keçirilir.
UESC 20 üfiqi və 25 şaquli ağ xətlərdən ibarət cədvəldən ibarətdir. Cədvəlin şaquli sahələri A hərfindən Э hərfinə qədər hərflərlə, üfiqi sahələri isə 1 dən 20 – yə qədər rəqəmlərlə göstərilib. Cədvəl qara və ağ kvadratlarla haşiyələnmişdir. Qara kvadratlar ağ xətlərlə kəsilib. Ekranın mərkəzində dörd kiçik küncü olan böyük dairə yerləşir.
Nəzarət və tənzimləmə üçün lazım olan parametrlər:
ağın balansını kanala parlaqlığı əlavə edərkən yoxlayırlar;
müxtəlif aydınlıqlı və dolğunluqda rənglərin əks etdirməsinin düzlüyü;
ayrı-ayrı rənglər arasında keçidlərin keyfiyyəti.
Təsvirlərin formatının və rastrın təhrifinin eyniləşdirilməsi. Cədvəl 4:3 formatında olduğu halda kineskopların ölçüsü 5:4 nisbətində olur. Kineskopda olduğu kimi, tərəflərinin nisbəti 5:4 olan təsvirin alınması üçün horizontal üzrə ölçünü elə müəyyən edirlər ki, sağdan və soldan çərçivəyə salınmış ağ-qara kvadratlar kvadratın arxasında olsunlar. Ekran 4:3 formatında olduğu halda kineskopun çərçivəsi ilə qabırğa xətti üst-üstə düşməlidir. Cədvəlin formasının düzbucaqlıdan kənara çıxması rastrın həndəsi təhrif olunmasını göstərir.