Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması



Yüklə 87,19 Kb.
səhifə36/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   32   33   34   35   36   37   38   39   40
Mövzu ime

Çeşid saxtalaşdırılması zamanı istehsalçı və ya satıcı bilərəkdən bir malı yaxşı əlamətləri ilə səciyyələnən çeşid qrupuna aid edir. Belə malın alınmasından qaçmaq üçün istehlakçı televizorların təsnifat əlamətlərin haqqında məlumatlı olmalıdır.
Qiymət saxtalaşdırması zamanı bu televizorun qiyməti istehsal xərcləri və televizorun keyfiyyəti ilə müqayisə etdikdə çox yüksək olur. Bir qayda olaraq, belə saxtalaşdırma informasiya və keyfiyyət saxtalaşdırması ilə müşaiyət olunur.
İnformasiya saxtalaşdırılması zamanı istehlakçı mal barədə şübhəli və ya açıq-aşkar yalan məlumatların köməyi ilə aldadılır. Bir qayda olaraq, markalanmasında və əmtəə müşaiət edici sənədlərində göstərilən istehsalçı və ya funksiyalar haqda məlumatlardan fərqli məlumatlar verilir.
Son vaxtlar istehlakçılar daha çox onunla rastlaşırlar ki, məhsula verilən marka əslində həmin istehsalçının kolleksiyasında yoxdur, bundan belə nəticə çıxarmaq olar ki, mal həmin firma tərəfindən istehsal olunmayıb. Bu halda istehlakçı eyni zamanda bir neçə saxtalaşdırmadan əziyyət çəkir – bu informasiya, qiymət və əlbəttə ki, keyfiyyət saxtalaşdırılmasıdır. Markanın dəyişdirilməsi istehlakçıya nəinki bilavasitə aldığı zaman ziyan vurur, həm də gələcəkdə təmir zamanı istehlakçıya ziyan vurur. Belə ki, detalların parametrlərinin müəyyən edilməsi mümkün olmadığı üçün sıradan çıxmış detalların yenisi ilə əvəz edilməsi mümkün olmur. Məsələn, "Eldorado" məişət texnikası mağazasında aşkarlanmışdı ki, Panasonic markalı televizorun qiymət cədvəlində istehsalçı kimi - Malayziya göstərilir, Konka televizorunda isə iki markalanma var: birində - ÇXR, digərində isə istehsalçı kimi "Zavod "Okean" MMC göstərilib.
Keyfiyyət saxtalaşdırması daha geniş fəaliyyət sahəsinə malikdir. Bu saxtalaşdırma növündə əsas və köməkçi materialların əvəzinə istehlak xassələri daha az olan digər ucuz və keyfiyyəti aşağı olan materiallar istifadə edilə bilər. Məsələn, televizorun korpusunu hazırlamaq üçün icazə verilmiş zəhərsiz polipropilen və poliamid qarışığı əvəzinə daha ucuz PVX və asetilen qarışığı istifadə etməklə yalnız onun keyfiyyətini azaltmırlar, həm də insan sağlamlığını təhlükə qarşısında qoyurlar.

Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin