Mövzu№13:Ətriyyat-kosmetika mallarının və sintetit-yuyucu vasitələrin eyniləşdirilməsi və saxtalaşdırılması. Plan: Ətriyyat-kosmetika mallarının eyniləşdirilməsi və saxtalaşdırılması


Paltaryuyan maşınların informasiya eyniləşdirməsi



Yüklə 87,19 Kb.
səhifə39/40
tarix15.12.2022
ölçüsü87,19 Kb.
#74984
1   ...   32   33   34   35   36   37   38   39   40
Mövzu ime

Paltaryuyan maşınların informasiya eyniləşdirməsi – maşında yuma proqramlarının sayının, yuma proseslərinin avtomatlaşdırılması və mexanikləşdirilməsi dərəcəsinin, durulamasının və sıxmasının pasportunda, markalanmasının rekvizitlərində, əmtəə-müşayətedici sənədlərində göstərilmiş məlumatlara, standartların tələblərinə uyğunluğunun təyin edilməsidir.
Paltaryuyan maşınların markalanması aydın və aşağıdakı məlumatlardan ibarət olmalıdır:

  • maksimal quru paltar yüklənməsi, kq;

  • nominal gərginlik;

  • gərginliyin növünün simvolu;

  • nominal tezlik;

  • nominal güc sərfiyyatı;

  • istehsalçı müəssisənin adı;

  • modelin adı;

  • maşının tipölçüsü;

  • nəmişlikdən qoruma dərəcəsinin işarəsi;

  • standartın işarəsi;

  • dövlət keyfiyyət nişanı;

  • buraxılış ili;

  • istehsalçı müəssisənin nömrələmə sistemi üzrə maşının sıra nömrəsi;

  • 2-ci sinif maşınlar üçün elektrik cərəyanı vurmasından qorunma dərəcəsinin işarəsi.

Zəmanət müddəti:

  • pərakəndə ticarət şəbəkəsi vasitəsilə satıldığı gündən sonra 24 ay müddətinə;

  • pərakəndə ticarət şəbəkəsi vasitəsilə istehlakçıya dövlət keyfiyyət nişanı ilə satıldığı gündən sonra 30 ay müddətinə;

  • ixrac üçün nəzərdə tutulan paltaryuyan maşınların istifadəyə verildiyi gündən sonra 12 ay, lakin dövlət sərhədindən keçdiyi gündən sonra 24 aydan çox olmamaq şərti ilə.

İxrac üçün nəzərdə tutulan paltaryuyan maşınların markalanması xarici ticarət təşkilatlarının sifariş-naryadlarının tələblərinə uyğun olaraq aparılır. Bu zaman pərakəndə satış qiyməti, texniki şərtlərin işarələri və dövlət keyfiyyət nişanı, istehsalçı müəssisənin adı yazılmır.
Nəqliyyat markalanması GOST 14192-77 tələblərinə, ixrac üçün istehsal edilən maşınlar üçün isə, əlavə olaraq xarici ticarət təşkilatının sifarişinə uyğun olmalıdır.
Nəqliyyat tarasının üzərində “Ehtiyyatlı olun, tez sınandır!”, “Nəmdən qorxur”, “Yuxarı, çevirməyin” kimi xəbərdaredici işarələr qeyd olunur.

  • istehsalçı müəssisənin adı;

  • modelin adı;

  • maşının tipölçüsü;

  • əmtəə nişanı;

  • standartın nişanı;

  • kütləsi (brutto).


Yüklə 87,19 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin