Mövzular: Stress və onun aradan qaldırılması yolları


Dərsdə şagirdlərin diqqətinin inkişaf etdirilməsi



Yüklə 13 Kb.
səhifə2/2
tarix30.12.2021
ölçüsü13 Kb.
#49344
növüDərs
1   2
Belge

.Dərsdə şagirdlərin diqqətinin inkişaf etdirilməsi.

Məktəbə getmək , təlim fəaliyyəti ilə məşğul olmaq diqqətin inkişafına təsir göstərən çox güclü amillərdən hesab olunur. Burada qarşılıqlı dialektik münasibətlər aydın görünür. Belə ki, uşağın uğurlu təlim fəaliyyətinin əsas şərtlərindən biri də onun dərs zamanı diqqətli olmasıdır. Digər tərəfdən isə diqqət özü təlim prosesində daha yaxşı inkişaf edir.Uşaq öz diqqətini idarə etməyə , istənilən obyekt üzərinə yönəltməyə səy göstərir. İxtiyari diqqətin davamlılığı isə kiçik məktəblidə 10-15 , orta məktəb yaşlarında 15-20, böyük məktəb yaşlıda isə 25 dəqiqəyə çatır. Bu dövrdə qeyri – ixtiyari diqqətin də davamlılığı çox olur. Üç yaşlı uşağın qeyri – ixtiyari diqqəti oyun zamanı 20-25 dəqiqə davam etdiyi halda , yeddi yaşında olanda isə bu müddət 40-45 dəqiqəyə çata bilir. Müəllimin ən əsası şagirdlərin diqqətinin yaş xüsusiyyətlərini bilməyi çox vacibdir. Kiçik məktəblilər uzun müddət gərgin surətdə bir iş üzərində cəmləşə bilmirlər , çünki diqqətlərini paylamaq onlar üçün çox çətin olur. Əgər ki , dərslə bərk məşğul olursa, davranışına nəzarət edə bilməyəcək , bərkdən danışır, yerindən durursa deməli, əsas məsələ uşaqları maraqlandırmayacaqdır. Məzmunu yaxşı olan maraqlı materialın canlı,aydın və emosional şəkildə çatdırılması şagirdlərin dərsdə diqqətliliyi üçün əsas şərtlərdəndir.

Psixoloji tədqiqatların nəticələri onu göstərir ki , diqqət kimi ali psixi funksiyanın inkişafı və tərbiyə edilməsi tənzimlənən və idarə edilə bilən bir prosesdir.

Nəzərə almaq lazımdır ki , diqqətin tərbiyəsi mahiyyət etibarı ilə məsuliyyət hissinin tərbiyəsi və iradi cəhd sahəsində məşqlərlə bağlı olur. Bunun üçün uşaqlardan tələb edilməlidir ki , hər hansı bir işi yerinə yetirərkən , iş asan , yüngül , yaxşı mənimsənilmiş olsa da daimi hər zaman diqqətli olsunlar. Heç zaman diqqətsiz işləməsinlər. Uşaqda yalnız bu halda diqqətli olmaq adəti yarana bilər. Bir cəhəti qeyd etmək lazım gəlir. Bəzən uşağın hər hansı işi, fəaliyyəti yerinə yetirməsi prosesində diqqətli olmasını təmin etmək üçün mütləq ideal vəziyyət tam sakitlik , kənar qıcıqlayıcıların olmaması və bir çox başqa prosesləri yaratmaq nəzərdə tutulur. Belə bir şəraitdə , necə deyərlər , zərif əzizlənmiş diqqət inkişaf edər, kiçik kənar qıcıqlayıcı təsir edən kimi belə diqqətin fəaliyyəti pozular. Belə olduqda nəinki uşaq , hətta yaşlı adam belə müəyyən maneələr , kənar qıcıqlayıcılar təsir etdiyi şəraitdə işləyə bilməzlər. Ona görə də bəzən şagirdlərin diqqətini mürəkkəb şəraitdə məşq etdirmək , möhkəmləndirmək lazımdır, yəni ki onlarla hər cür , hətta əlverişsiz şəraitdə belə işləməyə alışdırmaq lazımdır.

Dərsin dəqiq təşkili şagirdlərdə diqqətli olmaq vərdişinin yaradılması üçün vacib hallardan biridir. Dərsin dinamik gedişi , yaxşı iş qaydası , şərhin aydın, anlaşıqlı, cəlbedici, obrazlı olması , məntiqi və emosional cəhətlərin düzgün uzlaşdırılması uşaqlarda diqqətli olmağa yönəliş yaradır. Xüsusən də dərsin aparılmasının ən əlverişli gedişini tapmaq çox önəmlidir. Belə ki , dərsi çox sürətlə , tələsə-tələsə aparmaq uşaqlarda diqqətsizliyə gətirir, onlar çoxlu səhvlərə yol verir, bəzən də şərhin əsas yerlərini, başlıca məğzini tuta bilmirlər. Dərsin ağır templə , sönük aparılması da ziyandır çünki diqqəti yayındırır. Çünki monoton qıcıqlayıcı şagirdləri yorur, onlarda yuxulu vəziyyət yaradır. Odur ki , dərs rəngarəng şəkildə qurulmalı , onların diqqətinin əsas fəaliyyət növündən yayınmasına imkan verməmək lazımdır.

Bunun üçün də dərs zamanı şagirdlərin fəal, müstəqil və yaradıcı fəaliyyətinə şərait yaradılmalıdır. Müşahidələr onu göstərir ki , müəllimin tez-tez diqqətli olun , diqqətinizi yayındırmayın və bu kimi başqa fikirlər söyləməsi lazımi effekt vermir. Əgər müəllim şagirdlərin fikri fəallığını artırır, onları fikri işə cəlb edə bilirsə, onda vəziyyət tamamilə başqa cür olur. Bu halda şagirdlər passiv müşahidəçiyə çevrilmirlər və materialı fəal surətdə qavramağa , mənasını anlamağa , oradan zəruri nəticələr çıxarmağa müvəffəq olurlar. Bunun üçün şagirdlərin təhlil etmək, müqayisələndirmək, ümumiləşdirmək kimi fikri əməliyyatlardan düzgün istifadə etməsinə nail olmaq lazımdır. Hətta sorğu prosesində də bütün şagirdlərin diqqəti səfərbər edilməli , cavab verən yoldaşının şərh etmə üsuluna nəzarətə istiqamətləndirilməlidir. Təlim materialını nə çox çətinləşdirmək , nə də çox asanlaşdırmaq lazımdır. Material çox asan olanda da diqqəti çox cəlb etmir.

Şagirdlərdə diqqəti tərbiyə etmək üçün mühüm şərtlərdən biri də onların təlim məktəbyanı sahələrdə əməyin səmərəli təşkil olunmasıdır. Ciddi əmək rejimi , onun müəyyən qayda- qanunları , iş yerinin düzgün təşkili, təlimatçının göstərişlərini dəqiq surətdə yerinə yetirmək zərurəti diqqəti səfərbər edir, şagirdləri gördükləri iş üzərində cəmləşdirməyə alışdırır.



Şagirdlərdə müşahidəçiliyi inkişaf etdirmək sayəsində ixtiyari diqqəti müqayisə etdirmək də vacib faktorlardan biridir. Həm də uşaqları dərsdə , küçədə , evdə hər şeyə fikir verməyə öyrətmək , onlarda müşahidəçiliyi inkişaf etdirməklə yanaşı öz diqqətlərini idarə və tənzim etmək üçün də vacib rol oynayır. Müəllim şagirdlərdə diqqəti inkişaf etdirmək üçün hər şagirdin fərdi xüsusiyyətlərinə yaxından tanış olmalıdır . Yalnız bu halda şagirdə fərdi yanaşmaq , diqqətini inkişaf etdirməkdə ona köməklik göstərmək olar. Hər bir uşaqda bu və ya digər halda diqqətsizlik hallarının səbəbini düzgün müəyyənləşdirmək, ona qarşı təsirli tədbirlər görmək vacibdir.
Yüklə 13 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin