Mövzunun adı Məşğulluq və işsizlik: Növləri, formaları və xüsusiyyətləri


Regionlarda məşğulluq və işsizliyin səviyyəsinin müasir vəziyyəti



Yüklə 46,08 Kb.
səhifə4/7
tarix14.04.2023
ölçüsü46,08 Kb.
#98093
növüXülasə
1   2   3   4   5   6   7
Firuzeee

Regionlarda məşğulluq və işsizliyin səviyyəsinin müasir vəziyyəti


Əhali məşğulluğunun təmin edilməsi istər inkişaf yolunu keçmiş, istərsə də inkişaf yolunda olan ölkələrdə bir sıra amillərdən asılıdır. Bunlara misal kimi ölkə iqtisadiyyatındakı struktur dəyişiklikəri, sosial-iqtisadi siyasətin tipini, məhsuldar qüvvələrin inkişaf dərəcəsini misal göstərmək olar. Məşğulluğun səviyyəsi həmçinin ölkədə olan iş qüvvəsinə olan tələbin göstəricisidir. Bu təlabatın səviyyəsi isə ölkədə formalaşmış bazar münasibətlərinin, bu sahədə həyata keçirilən iqtisadi islahatların inkişaf səviyyəsini gözlər önünə sərir.İqtisadi islahatlar isə son nəticədə iqtisadiyyatda həyata keçirilmiş struktur dəyişikliklərini, iqtisadi mühitin yaradılıb inkişaf etdirilməsini bu isə öz növbəsində iqtisadi fəal əhalinin məşğulluğuna əhəmiyyətli dərəcədə təsir edir. Bildiyimiz kimi, insanların rifah halının yaxşılaşdırılması, əhali gəlirlərinin artırılması iqtisadi tərəqqinin əsas şərtlərindən biridir. Buna isə səmərəli məşğulluq ilə nail olmaq olar. Səmərəli məşğulluq işə təlabatla iş təklifi arasındakı tarazlığı göstərir bu isə son nəticədə sosial-iqtisadi tərəqqi üçün münbit zəmin hazırlayır. Məşğulluğun aşağı səviyyədə olması kəskin sosial-iqtisadi problemlərə səbəb olur. Burada yaranan destruktiv nəticələrin aradan qaldırılması üçün bazara qismən də olsa dövlət tənzimlənməsinin tətbiq edilməsi mühüm əhəmiyyət kəsb edir. Burada dövlətin rolu qanunvericiliklə iqtisadi subyektlər arasındakı münasibətləri tənzimləmək, əhalinin təhsil və peşə hazırlığını təşkil etmək, sahibkarlıqla məşğul olanlara və sahibkarlıqla məşğul olmaq istəyənlər üçün güzəştlər və.s tətbiq etməkdən ibarətdir. Onu da qeyd etmək lazımdır ki, işsizliyin aşağı salınmasına yönəldilmiş tədbirlər həmçinin sosial sabitliyin təmin edilməsində mühüm rol oynayır[2].
Bazar iqtisadiyyatı şəraitində işsizliyin normal səviyyəsi xarakterik cəhətlərdən biridir. İşsizliyə səbəb bir neçə faktor ola bilər. Bunlardan biri isə iqtisadi böhranlardır. Bazar iqtisadiyyatında iqtisadi böhranlar müxtəlif səbəblərdən baş verə bilər. Son nəticədə isə bu işsizliyin yaranmasına gətirib çıxaran ən mühüm faktorlardan biridir. Bu böhranların nəticəsi olacaq iqtisadi subyetklərin öz fəaliyyətini dayandırması və ya tam gücləri ilə işləməmələri səbəbindən aşağı səviyyədə məhsul istehsal etmək və xidmətlər göstərmək adi hala çevrilir. Bu isə əhali gəlirlərinin aşağı düşməsinə səbəb olur. Bunun nəticəsi olaraq isə əhalinin əksər hissəsi yalnız dövlət tərəfindın ödənilən müavinətlərdən asılı olaraq yaşayır . Bazar iqtisadiyyatında müxtəlif sahələrdə fəaliyyət göstərən iqtisadi subyektlərin işlə təmin edilməsində yaranan problemlər, işçilərin ixtisar olunması işsizliyin daha da artmasına gətirib çıxarır. Bu is cəmiyyətə sosial-iqtisadi cəhətdən mənfi təsirsiz ötüşmür. Bu cür destruktiv nəticələrin aradan qaldırılması, effektiv şəkildə neytrallaşdırılması üçün dövlətin iqtisadi siyasətinin tərkib hissəsi kimi məşğulluq siyasətindən istifadə edilməsi mühüm əhəmiyyət kəsb edir. İstər indiki istərsə də gələcək dövr üçün məşğulluq siyasətinin ən mühüm tərkib hissəsi əmək ehtiyatlarından səmərəli şəkildə istifadəyə nail olmqdır. Dövlətin iqtisadiyyatı tənzimləmək üçün ən mühüm iqtisadi alətlərindən olan məşğulluq siyasəti son nəticədə bazarın özünütənzimləməsinə təzyiq vasitəsi kimi sayılmır.Əksinə dövlətin yardımı ilə iqtisadiyyatın daha da dirçəlməsində mühüm əhəmiyyət kəsb edir.

  1. Yüklə 46,08 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin