Aparılmlş araşdırmaları yekunlaşdıraraq aşağıdakı nəticələrə gəlmək olar.
1.Bazar münasibətləri şəraitində əmək bazarında işçi qüvvəsinə olan tələb və təklifin razılaşdırılmış mexanizminin çevikliyinin təmin edilməsinə yönəldilmiş fəaliyyətin genişləndirilməsi, insanların motivasiyasının gücləndirilməsi və ixtisaslı işçilərin rəqabətədavamlılığının yüksəldilməsi istiqamətində tədbirlər görülməlidir.
2. Regionlarının inkişaf etdirilməsi üçün kənd təsərrüfatına diqqətin artırılması, kənd yerlərdə məşğulluq səviyyəsinin yüksəldilməsi, birgə təsərrüfatlarının təşkili, əhalinin lazımi texnika və avadanlıqlarla təmin olunması istiqamətində istər dövlət, istər bələdiyyə, istərsə də ayrı – ayrı sərmayiçilər müştərək fəaliyyət tədbirləri həyata keçirilməlidir. Hər şeyi yalnız dövlətdən gözləməklə iqtisadi inkişafa nail olmaq real deyil, ölkənin inkişafında hər bir vətəndaş maraqlı olmalı, imkanı çatdığı qədər bu işə öztövhəsini verməlidir.
3. Hazırki mərhələdə əmək bazarında mövcud olan əsas problemlərdən biri işsizlər arasında gənclər və 50 yaşından yuxarı olan vətəndaşların sayının yüksək olmasıdır. Bu baxımdan qanunvericiliyə müəyyən dəyişikliklərin edilməsi çox yaxşı olardı.
4. Bazar iqtisadi sistemi şəraitində məşğulluq əmək bazarı, tələb və təkliflə birbaşa olsada elə aspektlər və problemlər mövcuddur ki, onlar yalnız əmək bazarı ilə təmin etmək qeyri – mümkündür. Bazar sistemi şəraitində mütəşəkkil və planlı qaydada kadrların işlə təmin edilməsi qaydası olmasada belə məşğulluq mərkəzlərinin, əmək birjalarının fəaliyyəti və məsuliyyəti daha da yüksəlməlidir.
5. Əmək bazarı və məşğulluğun tənzimlənməsi problemi hər bir dövlətin və cəmiyyətin bütün problemləri ilə üzvü şəkildə bağlıdır. Qabaqcıl ölkələrdə (xüsusilə Yaponiyada), bizdədə əhalinin inkişaf Proqramları tərtib edilməli və bu proqramlarda məhsuldar qüvvələrin yerləşdirilməsi səviyyəsi, demoqrafik proseslərin təhlil edilməsi, demoqrafik proseslərin dəyişilməsi meyilləri aşkara çıxarılmalıdır. Bu istiqamətdə sosioloji tədqiqatların aparılmasına xüsusi əhəmiyyət verilməlidir.