Mövzunun adı: Vergi uçotu ilə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə7/21
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44569
1   2   3   4   5   6   7   8   9   10   ...   21
vergi muhasibat ucotu

İlkin sənədlər 

   İlkin  uçot  sənədi  -  təsərrüfat  əməliyyatlarını  və  onların  aparılması  üçün  müəssisə 

rəhbərliyinin  (sahibkarın)  göstərişini  təsdiqləyən  yazılı  şəhadətnamədir.  İlkin  uçot 

sənədləri  ya  əməliyyatların  baş  verdiyi  anda,  ya  da  bilavasitə  əməliyyatlar  başa 

çatdırıldıqdan  sonra  tərtib  edilirlər.  Mühasibat  uçotu haqqında Azərbaycan  Respublikası 

qanununun 15.1-ci maddəsinə görə ilkin uçot sənədlərinin, mühasibat uçotu reyestrlərinin 

və digər uçot sənədlərinin məzmunu qanunvericiliyə müvafiq olaraq kommersiya sirridir.  

İlkin uçot sənədlərində sənədin adı, nömrəsi, kodu, tərtib edilmə tarixi, yeri, sənədi tərtib 

edən  müəssisənin  adı,  təsərrüfat  əməliyyatlarının  məzmunu,  ölçüləri  və  məbləği,  məsul 



şəxslərin  vəzifələri,  soyadı,  adı,  atasının  adı  kimi  zəruri  rekvizitlər  əks  etdirilməlidir. 

Əməliyyatların  xarakterindən  və  uçot  məlumatlarının  işlənməsi  texnologiyasından  asılı 

olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlər daxil edilə bilər.  

Kiçik sahibkarlıq subyektləri Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 

təsdiq edilmiş aşağıdakı ilkin uçot sənədləri formalarından istifadə edə bilər:  

   Avans hesabatı (Forma № 1AH);  

   Kassa mədaxil orderi (Forma № KO-1);  

   Kassa məxaric orderi (Forma № KO-2);  

  Qaimə faktura (Forma № 2Q);  

  Hesab faktura (Forma № 4Q) və s.  

İlkin  sənədlərin  keyfiyyətli  tərtibatına,  onların  mühasibat  uçotunda  vaxtında  əks 

etdirilməsi  üçün  müəyyən  edilmiş  müddətlərdə  təqdim  olunmasına,  sənədlərdəki 

məlumatların  doğruluğuna  məsuliyyəti  həmin  sənədləri  tərtib  və  imza  etmiş  şəxslər 

daşıyırlar.  Pul  və  hesablaşma  sənədlərini,  maliyyə  və  kredit  öhdəliklərini  rəhbərlik 

(sahibkar) tərəfindən təsdiq olunmuş siyahıya əsasən imza etmək hüququ olan ən azı iki 

şəxs imzalamalıdır. Birinci imza müəssisədə ümumi rəhbərlik funksiyasını, ikinci imza isə 

mühasibata  rəhbərlik  funksiyasını  icra  edən  şəxsə  mənsub  olur.  Müxtəlif  dəyərlilərin 

qəbulu  və  ya  təhvili  ilə  əlaqədar  əməliyyatlar  ilkin  sənədlər  əsasında  həyata  keçirilərsə, 

əməliyyatlarda  iştirak  edən  hüquqi  və  ya  fiziki  şəxslərə  sənədlərin  bir  nüsxəsi  təqdim 

edilir.  Bu  öhdəlik  həmin  əməliyyatları  rəsmiləşdirən  şəxsin  üzərinə  düşür.  İlkin  uçot 

sənədlərində qeydsiz düzəlişlərə yol verilmir. Səhvlərin düzəlişi həmin sənədi imza etmiş 

şəxsin  imzası  ilə  düzəlişin  tarixi  göstərilməklə  təsdiq  edilməlidir.  Kassa  və  bank 

sənədlərində heç bir düzəlişə yol verilmir. İlkin uçot sənədləri müəyyən edilmiş qaydada 

və müddətdə saxlanılmalıdır. İlkin sənədlər uçot registrlərində yazılışlar üçün əsas hesab 

olunur.  Ciddi  hesabat  blanklarının  istifadəsinə  nəzarət  öz  səlahiyyətləri  çərçivəsində 

Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyi  və  Azərbaycan  Respublikasının  Vergilər 

Nazirliyi  tərəfindən  həyata  keçirilir.  Mühasibat  uçotu  subyekti  ləğv  edildikdə,  təşkilati-

hüquqi forması, adı və VÖEN-i dəyişdikdə, fəaliyyəti dayandırıldıqda, onlarda istifadəsiz 

qalmış  ciddi  hesabat  blanklarının  məhv  edilməsi  məqsədi  ilə  həmin  mühasibat  uçotu 

subyekti tərəfindən 15 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə 

və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə bu barədə müvafiq məlumat verilir. 

Ciddi hesabat blankları təşkilati-hüquqi formasından asılı olmayaraq, təşkilatların və fərdi 

sahibkarların  maliyyə-təsərrüfat  fəaliyyətində  əmtəə-pul  dövriyyəsini  əks  etdirən,  forma 

və  rekvizitləri  müəyyən  olunmuş  qaydada  təsdiq  edilən,  xüsusi  seriya  və  nömrəsi  olan 

ilkin uçot sənədidir. 

    


Ciddi  hesabat  blankları  müəyyən  olunmuş  qaydada  təşkilatların  və  fərdi  sahibkarların 

anbarlarında və ya bu məqsəd üçün ayrılmış xüsusi yerlərdə saxlanılır. Bu  ciddi hesabat 

blankları  təşkilatın  rəhbərinin,  habelə  fərdi  sahibkarın  icazəsi  ilə  anbardan  və  ya  bu 

məqsəd  üçün  ayrılmış  xüsusi  yerlərdən  təhtəlhesab  şəxslərə  (icraçılara)  qaimə-faktura 

əsasında verilir. Ciddi hesabat blanklarının uçotu təşkilatlar və fərdi sahibkarlar tərəfindən 

«Ciddi hesabat blankları» adlı balansarxası hesabda, mədaxil və məxaric üzrə hərəkətinin 

qeydiyyatı  isə  «Əmlakın  (qiymətlilərin)  uçot  kartı  (forma  №  1Q)»  üzrə  aparılır.  Ciddi 

hesabat  blanklarını  cırmaq,  pozmaq,  ləkələmək  və  onların  üzərində  düzəliş  aparmaq 

olmaz. Korlanmış ciddi hesabat blankları müvafiq qaydada mühasibatlığa təhvil verilir və 



növbəti  yoxlama  (təftiş)  keçirilənə  qədər  üzərində  «korlanıb»  sözü  yazılmaqla 

mühasibatda saxlanılır. İstifadəsiz qalmış və korlanmış ciddi  hesabat blankları təşkilatlar 

və  fərdi  sahibkarlar  tərəfindən  bu  barədə  akt  tərtib  edilməklə,  Azərbaycan  Respublikası 

Maliyyə Nazirliyinin və Azərbaycan Respublikası Vergilər Nazirliyinin nümayəndələrinin 

iştirakı ilə yaradılmış müvafiq komissiya tərəfindən məhv edilir.

 

Ciddi hesabat blankları 



itirildikdə  və  ya  digər  səbəbdən  çatışmayan  ciddi  hesabat  blanklarının  mövcudluğu 

müəyyən edildikdə, bu barədə təşkilatlar və fərdi sahibkarlar tərəfindən müvafiq qaydada 

akt  tərtib  olunur,  mətbuat  orqanında  müvafiq  məlumat  dərc  etdirilir,  blankları  itirilmiş 

təsərrüfat  subyektləri  tərəfindən  Azərbaycan  Respublikasının  Maliyyə  Nazirliyinə  və 

Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müvafiq məlumat verilir. 

 Əllə doldurulmalı olan ciddi hesabat blanklarının bütün rekvizitləri aydın və səlis xətlə 

doldurulmalı,  rəqəmlər  dəqiq  oxunmalı,  qaralamalara  və  düzəlişlərə  yol  verilməməlidir. 

Qaralamalara,  düzəlişlərə  yol  verilmiş,  yararsız  hala  düşmüş  ciddi  hesabat  blankları 

etibarsız  sayılır.Ciddi  hesabat  blankları  doldurularkən,  onun  boş  qalmış  sətirləri  və 

sütunları xətlənməlidir. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin