Mövzunun adı: Vergi uçotu ilə


Azərbaycan Respublikasında mühasibat və vergi uçotu üzrə normativ sənədlər



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə4/21
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44569
1   2   3   4   5   6   7   8   9   ...   21
vergi muhasibat ucotu

 

     2.Azərbaycan Respublikasında mühasibat və vergi uçotu üzrə normativ sənədlər,     

        onların tərkibi və təyinatı. 

Azərbaycan  iqtisadiyyatının  dayanıqlı  inkişafı,  onun  dünya  sisteminə  inteqrasiyası 

biznesin  dili  olan  uçot  və  hesabatın  yenidən  qurulması,  bu  sahədə  mövcud  beynəlxalq 

qaydaların və standartların ölkə müəssisələrində tətbiqini obyektiv zərurətə çevirdi. Bunun 

nəticəsi  kimi  mühasibat  uçotu  və  hesabatı  üzrə  müvafiq  normativ-hüquqi  aktlar  işlənib 

hazırlandı.  Həmin  sənədlər  əsasında  Azərbaycan  Respublikası  Prezidentinin  29  iyun 

2004-cü  il  tarixli  sərəncamı  ilə  təsdiq  edilmiş  “Mühasibat  uçotu  haqqında”  Qanunu 

xüsusi  əhəmiyyət  kəsb  edir.  Qanun  Azərbaycan  Respublikasının  ərazisində  fəaliyyət 

göstərən  hüquqi  şəxslər,  həmçinin  hüquqi  şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə 

məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılmasını, eləcə də 

maliyyə hesabatının hazırlanması və təqdim olunmasının ümumi qaydalarını tənzimləyir. 

Qanun bütövlükdə konseptual və çərçivə xarakteri daşıyır. 

    Mühasibat  uçotu  haqqında  AR  Qanununun  7-ci  maddəsinə  uyğun  olaraq  AR  Nazirlər 

Kabineti özünün 18 iyun 2005-ci il tarixli qərarı ilə “2005-2008-ci illərdə Milli Mühasibat 




uçotu Standartlarının tətbiqi üzrə Proqram” təsdiq etdi. Həmin proqrama uyğun olaraq AR 

Maliyyə  Nazirliyinin  təşkilati  və  metodoloji  rəhbərliyi  altında  kommersiya  təşkilatları 

üçün 37 Milli Mühasibat uçotu Standartları (MMUS), büdcə təşkilatları üçün 24 MMUS, 

qeyri-hökumət təşkilatları üçün 1 MMUS işlənib hazırlandı və təsdiq olundu. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin