1.Mühasibat uçotunun mahiyyəti və məqsədi.
Mühasibat uçotu müəssisənin, idarənin, təşkilatın və başqa təsərrüfat subyektlərinin
əmlakının, öhdəliklərinin, kapitalının, dövriyyə vəsaitlərinin və ümumiyyətlə, bütün
maliyyə-təsərrüfat fəaliyyətinin, natural göstəricilər əsasında, pul ifadəsində, fasiləsiz,
başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün
təsərrüfat əməliyyatlarının mühasibat hesablarında ikili yazılış üsulu ilə yığılması və
qaydaya salınması sistemini özündə əks etdirir.
Bütün mühasibat uçotu subyektlərində
mühasibat
uçotunun "Mühasibat
uçotu
haqqında" Azərbaycan
Respublikasının
Qanununda müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və ya
sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.
“Mühasib” sözü ərəb sözü olub hesab aparan, hazırlayan şəxs mənasını verir. Geniş
mənada mühasibat uçotu maliyyə xarakterli, pul ilə ifadə oluna bilən iqtisadi hadisələrin
qeydiyyatdan keçirilib təsnifləşdirilməsi və hesabat şəklinə gətirilərək təqdim olunması və
təhlilini öyrənən bir elm sahəsidir.
Mühasibat uçotunun əsas məqsədi (vəzifəsi) aşağıdakılardır :
maliyyə, bank, vergi orqanları, investorlar, mal satanlar, mal alanlar, kreditorlar,
dövlət orqanları və digər marağı olan təşkilatlar və şəxslər tərəfindən operativ
rəhbərlik və idarəetməni həyata keçirmək, təqdim ediləcək maliyyə (mühasibat)
hesabatlarının tərtibi üçün, həmçinin müəssisənin təsərrüfat prosesləri və maliyyə-
təsərrüfat fəaliyyəti haqqında zəruri olan məlumatları tam və düzgün
formalaşdırmaq;
əmək, material və maliyyə ehtiyatlarının təsdiq edilmiş normalara, normativlərə və
smetalara müvafiq olaraq istifadəsi, əmlakın mövcudluğu və hərəkəti, mülkiyyət
hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək;
maliyyə-təsərrüfat fəaliyyətindəki mənfi halların qarşısını vaxtında almaq,
təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək.
Dostları ilə paylaş: