Mövzunun adı: Vergi uçotu ilə



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə3/21
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44569
1   2   3   4   5   6   7   8   9   ...   21
vergi muhasibat ucotu

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


    1.Mühasibat uçotunun mahiyyəti və məqsədi. 

     Mühasibat  uçotu müəssisənin,  idarənin,  təşkilatın  və  başqa  təsərrüfat  subyektlərinin 

əmlakının,  öhdəliklərinin,  kapitalının,  dövriyyə  vəsaitlərinin  və  ümumiyyətlə,  bütün 

maliyyə-təsərrüfat  fəaliyyətinin,  natural  göstəricilər  əsasında,  pul  ifadəsində,  fasiləsiz, 

başdan-başa, sənədləşdirilmiş və mühasibat registrlərində qarşılıqlı əlaqələndirilmiş bütün 

təsərrüfat  əməliyyatlarının  mühasibat  hesablarında  ikili  yazılış  üsulu  ilə  yığılması  və 

qaydaya  salınması  sistemini  özündə  əks  etdirir.

 

Bütün  mühasibat  uçotu  subyektlərində 



mühasibat 

uçotunun "Mühasibat 

uçotu 

haqqında" Azərbaycan 



Respublikasının 

Qanununda  müəyyən  edilmiş  müvafiq  mühasibat  uçotu  standartlarına  və  ya 

sadələşdirilmiş uçotun qaydalarına uyğun aparılması məcburidir.  

     “Mühasib”  sözü  ərəb  sözü  olub  hesab  aparan,  hazırlayan  şəxs  mənasını  verir.  Geniş 

mənada mühasibat uçotu maliyyə xarakterli, pul ilə ifadə oluna bilən iqtisadi hadisələrin 

qeydiyyatdan keçirilib təsnifləşdirilməsi və hesabat şəklinə gətirilərək təqdim olunması və 

təhlilini öyrənən bir elm sahəsidir.  

     Mühasibat uçotunun əsas məqsədi (vəzifəsi) aşağıdakılardır :

 

maliyyə,  bank,  vergi  orqanları,  investorlar,  mal  satanlar,  mal  alanlar,  kreditorlar, 



dövlət  orqanları  və  digər  marağı  olan  təşkilatlar  və  şəxslər  tərəfindən  operativ 

rəhbərlik  və  idarəetməni  həyata  keçirmək,  təqdim  ediləcək  maliyyə  (mühasibat) 

hesabatlarının  tərtibi  üçün,  həmçinin  müəssisənin  təsərrüfat  prosesləri  və  maliyyə-

təsərrüfat  fəaliyyəti  haqqında  zəruri  olan  məlumatları  tam  və  düzgün 

formalaşdırmaq; 

əmək,  material  və  maliyyə  ehtiyatlarının təsdiq  edilmiş  normalara, normativlərə  və 

smetalara  müvafiq  olaraq  istifadəsi,  əmlakın  mövcudluğu  və  hərəkəti,  mülkiyyət 

hüququ və öhdəlikləri üzərində nəzarəti təmin etmək; 

maliyyə-təsərrüfat  fəaliyyətindəki  mənfi  halların  qarşısını  vaxtında  almaq, 

təsərrüfatdaxili ehtiyatları aşkara çıxarmaq və onları səfərbər etmək. 




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin