3.Milli Mühasibat Uçotu Standartları barədə ümumi anlayış, onların qısa
xarakteristikası
Mühasibat uçotu haqqında qanuna müvafiq olaraq Azərbaycan Respublikasında tətbiq
edilən mühasibat uçotu standartları aşağıdakılardır:
İctimai əhəmiyyətli qurumlar tərəfindən tam şəkildə istifadə edilmək məqsədilə
qəbul olunmuş Maliyyə Hesabatlarının Beynəlxalq Standartları. Bu standartlara
dəyişikliklər yalnız Beynəlxalq Mühasibat Uçotu Standartları Şurası tərəfindən
edilə bilər və onlar həmin şura tərəfindən rəsmi şəkildə qəbul edildikdən sonra
qüvvəyə minir;
İctimai əhəmiyyətli qurumlar və kiçik sahibkarlıq subyektləri istisna olmaqla
kommersiya təşkilatları tərəfindən istifadə edilmək məqsədilə müvafiq icra
hakimiyyəti orqanının qəbul etdiyi Kommersiya təşkilatları üçün Milli
Mühasibat Uçotu Standartları. Bu standartlar Maliyyə Hesabatlarının
Beynəlxalq Standartları əsasında hazırlanaraq, Maliyyə Hesabatlarının
Beynəlxalq Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir.
Maliyyə hesabatlarının beynəlxalq standartlarının hər hansı birinin bütövlükdə
və ya onun hər hansı müddəasını Kommersiya təşkilatları üçün Milli Mühasibat
Uçotu Standartlarına daxil etməmək və ya daxil etməzdən əvvəl dəyişiklik
etmək zəruriyyəti yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən Maliyyə
Hesabatlarının Beynəlxalq Standartlarının ilkin formasının tətbiq edilməməsinin
səbəbi və Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları ilə
Maliyyə Hesabatlarının Beynəlxalq Standartları arasında mövcud olan hər hansı
digər fərq müvafiq Milli Mühasibat Uçotu Standartlarının əlavəsində
açıqlanmalıdır;
Bələdiyyə orqanları, büdcə təşkilatları və büdcədənkənar dövlət fondları
tərəfindən istifadə edilmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının qəbul
etdiyi Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları. Bu
standartlar İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları
əsasında hazırlanaraq İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartları ilə nizamlanan bütün məsələləri əhatə etməlidir. İctimai sektor üçün
Mühasibat Uçotunun Beynəlxalq Standartlarının hər hansı birinin bütövlükdə və
ya onun hər hansı müddəasını büdcə təşkilatları üçün Milli Mühasibat Uçotu
Standartlarına daxil etməmək və ya daxil etməzdən əvvəl dəyişiklik etmək
zəruriyyəti yaranarsa, müvafiq icra hakimiyyəti orqanı tərəfindən İctimai Sektor
üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının ilkin formasının tətbiq
edilməməsinin səbəbi və Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu
Standartları ilə İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq
Standartları arasında mövcud olan hər hansı digər fərq müvafiq Milli Mühasibat
Uçotu Standartlarının əlavəsində açıqlanmalıdır;
Qeyri-hökumət təşkilatları tərəfindən istifadə edilmək məqsədilə müvafiq icra
hakimiyyəti orqanının qəbul etdiyi Qeyri-hökumət Təşkilatları üçün Milli
Mühasibat Uçotu Standartları.
Dostları ilə paylaş: |