2.Azərbaycan Respublikasında mühasibat və vergi uçotu üzrə normativ sənədlər,
onların tərkibi və təyinatı.
Azərbaycan iqtisadiyyatının dayanıqlı inkişafı, onun dünya sisteminə inteqrasiyası
biznesin dili olan uçot və hesabatın yenidən qurulması, bu sahədə mövcud beynəlxalq
qaydaların və standartların ölkə müəssisələrində tətbiqini obyektiv zərurətə çevirdi. Bunun
nəticəsi kimi mühasibat uçotu və hesabatı üzrə müvafiq normativ-hüquqi aktlar işlənib
hazırlandı. Həmin sənədlər əsasında Azərbaycan Respublikası Prezidentinin 29 iyun
2004-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Mühasibat uçotu haqqında” Qanunu
xüsusi əhəmiyyət kəsb edir. Qanun Azərbaycan Respublikasının ərazisində fəaliyyət
göstərən hüquqi şəxslər, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə
məşğul olan fiziki şəxslər tərəfindən mühasibat uçotunun təşkili və aparılmasını, eləcə də
maliyyə hesabatının hazırlanması və təqdim olunmasının ümumi qaydalarını tənzimləyir.
Qanun bütövlükdə konseptual və çərçivə xarakteri daşıyır.
Mühasibat uçotu haqqında AR Qanununun 7-ci maddəsinə uyğun olaraq AR Nazirlər
Kabineti özünün 18 iyun 2005-ci il tarixli qərarı ilə “2005-2008-ci illərdə Milli Mühasibat
uçotu Standartlarının tətbiqi üzrə Proqram” təsdiq etdi. Həmin proqrama uyğun olaraq AR
Maliyyə Nazirliyinin təşkilati və metodoloji rəhbərliyi altında kommersiya təşkilatları
üçün 37 Milli Mühasibat uçotu Standartları (MMUS), büdcə təşkilatları üçün 24 MMUS,
qeyri-hökumət təşkilatları üçün 1 MMUS işlənib hazırlandı və təsdiq olundu.
Dostları ilə paylaş: |