Mövzunun adı: Vergi uçotu ilə


Mühasibat ucotu registirləri



Yüklə 0,6 Mb.
Pdf görüntüsü
səhifə8/21
tarix02.01.2022
ölçüsü0,6 Mb.
#44569
1   ...   4   5   6   7   8   9   10   11   ...   21
vergi muhasibat ucotu

Mühasibat ucotu registirləri 

Mühasibat  uçotu  registrləri  –  təsərrüfat  əməliyyatlarının  ilkin  uçot  sənədlərinə  əsasən 

sistemləşdirilməsidir. Müəyyən dövr ərzində baş vermiş təsərrüfat əməliyyatları haqqında 

məlumatlar  uçot  registrlərindən  qruplaşdırılmış  şəkildə  mühasibat  uçotu  hesablarına 

köçürülür.  Registrlər  xüsusi  qrafalara  bölünmüş  kitablarda  (jurnallarda),  kartlarda,  ayrı-

ayrı  vərəqələrdə  və  hesablama  texnikası  istifadə  edilən  zaman  müxtəlif  məlumat 

daşıyıcılarında  başdan-başa,  fasiləsiz,  xronoloji  və  sistemli  qeydiyyatdan  keçirmə  üsulu 

ilə  aparılır.  Registrlərin  formalaşdırılması  qaydası  mühasibat  uçotunun  standartları  ilə 

nizamlanır. Mühasibat uçotu registrləri kağızda və maşına məlumat daşıyıcılarında tərtib 

edilə bilər.  

   Kiçik sahibkarlıq subyektləri aşağıdakı uçot registrləri formalarından istifadə edə bilər:  

 Baş kitab  

 Dövriyyə cədvəli 

 Hesablaşma-ödəmə cədvəli (Forma № 1HÖC)   

 Ödəmə cədvəli (Forma № 2ÖC) 

 Əmlakın (qiymətlilərin) uçot kartı (Forma № 1Q) və s.  

   Uçot  registrlərində  həmçinin  qeydsiz  düzəlişlərin  edilməsinə  yol  verilmir.  Buraxılmış 

səhvlərin  düzəlişi  həmin  sənədi  imza  etmiş  şəxs  tərəfindən  imzalanmaqla  və  düzəlişin 

tarixi göstərilməklə təsdiq edilməlidir.  

   Azərbaycan  Respublikası  ərazisində  fəaliyyət  göstərən  kiçik  sahibkarlıq  subyektləri 

mühasibat  uçotu  registrlərini  Azərbaycan  dilində  aparmalıdır.  Baş  kitabın  dövriyyə 

cədvəlinin düzgün tərtib edilməsinə, o cümlədən digər uçot registrlərinin və onlarda əks 

etdirilmiş məlumatların saxlanmasına baş mühasib və ya rəhbərlik tərəfindən bunun üçün 

xüsusi təyin edilmiş şəxs məsuliyyət daşıyır.  




Yüklə 0,6 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin