Mövzunun aktuallığı



Yüklə 45,23 Kb.
səhifə13/15
tarix11.05.2022
ölçüsü45,23 Kb.
#57499
1   ...   7   8   9   10   11   12   13   14   15
İmarət Diplom işi-converted

başladım girişməyə.
Birinci fəsildə frazeoloji birləşmələrin tərcüməsi üsul və vasitələrindən söz açarkən mütərcümin lüğət bazası savadlılığının önəmi də vurğulanmışır. Ancaq lüğət və söz bazası heç də həmişə bədii tərcümədə effektiv nəticənin olması anlamına gəlmir. Tərcüməni ana dilinə uyğunlaşdırarkən bədii təsirlilik də mühüm əhəmiyyət kəsb edir.

If he was so goddam stupid not to realize it was Saturday night and everybody was out or asleep or home for the weekend, I wasn't going to break my neck telling him.

Bir halda ki, bu kütbaş heyvərənin ağlı kəsmir, bu gün şənbə günüdür, kimi gəzməyə çıxıb, kimi bekarçılıqdan yıxılıb yatıb, kimi də istirahət üçün evlərinə gedib – mən niyə havayı yerə ağzımı yormalıydım.

Əvvəlki fəsildə də qeyd edildiyi kimi frazeoloji birləşmələrin yaranması həmin xalqın keçdiyi tarixi yol, adət-ənənə, yaşayış tərzi ilə əlaqədardır. Elə verilmiş nümunədə də bunun dəqiq şahidi ola bilərik. Belə ki, danışılanın qarşı tərəfə təsirsiz qalması dilimizdə “ağzını yormaq”, “çənə döymək” şəklində verildiyi halda ingilis dilində xalqın milli motivləri səbəbilə “break one’s neck”, yəni hərfi tərcümədə “boynunu qırmaq”, “boynunu yormaq” şəklində verilir.

Ümumilikdə, dilin frazeologiyasını nəzərdən keçirdikdə onun nə qədər rəngarəng olduğunu görə bilərik. Etnik mənşəyini araşdırdıqda isə bu rəngarəngliyin, müxtəlifliyin yaranma yolları ilə bağlı maraqlı məqamlar nəzərə çarpır. C. D. Selincerin “Çovdarlıqda uçurumdan qoruyan” əsəri ümumi götürüldükdə sabit söz birləşmələri ilə zəngin, canlı danışıq dilində, vulqarizmlərin olduğu, gəmc nəslin nümayəndələrinə daha çox xitab edən əsərdir. Əsəri dilimizə tərcümə edən Tehran Vəliyev dilin bədiiliyinə, üslub xüsusiyyətlərinə xələl gətirmədən, orijinala ən uyğun formada, dilimizin bədii vasitələrindən ostifadə edərək oxucuya çatdırmağa müvəffəq olmuşdur.


Yüklə 45,23 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin