Tədqiqatın elmi yeniliyi. Tədqiqatın başlıca elmi yeniliyi görkəmli Amerika yazıçısı Cerom Devid Selincerin ən məşhur əsərlərindən biri olan “Çovdarlıqda uçurumdan qoruyan” romanındakı frazeoloji birləşmələrin araşdırılması və Azərbaycan dilinə tərcüməsində istifadə olunmuş transformasiyasının araşdırılmasıdır. Əsər Azərbaycan dilinə originaldan tərcümə edilmişdir. Lakin tərcümə nəzəriyyəsində yer alan transformasiya prosesi və onun növləri məsələsi bundan öncə tədqiqata cəlb edilməmişdir. Ancaq əsər üzərində frazeoloji birləşmələrin təhlili baxımından tədqiqat işi aparmaq da əhəmiyyətlidir. Buna görə, əsərin frazeoloji tərkibinin araşdırılması və təhlili, eləcə də tərcümə üsullarının öyrənilməsi də diqqətəlayiqdir.