Frazeoloji birləşmələrin tərcümə yolları.
Bədii ədəbiyyatın tərcüməsi daha çətindir və dəqiqlik məsələsi burada bir qədər başqa cür həll olunur. Tərcüməçi bütün detalları diqqətlə ölçüb biçməli, bu detalların əmələ gətirdiyi bədii təəsüratı olduğu kimi saxlamağı bacarmalıdır. Nəticədə tərcümə orijinalın parlaqlığını və aydınlığını, bədiiliyini müəllifin öz stilini maksimum surətdə özündə əks etdirməlidir. Dəqiqliyi formal surətdə başa düşmək olmaz. Hətta orijinala maksimum yaxınlıq zamanı belə (elmi və rəsmi materialların tərcüməsi) tərcümə heç vaxt hərfi xarakter daşımamalıdır. Hərfilik
tərcümə materialının təhrif olunması deməkdir. Leksik yaxud qrammatik hərfilik həmişə məzmun və mənanın pozulmasına gətirib çıxarır. Bu hala xüsusilə frazeoloji vahidlərin (birləşmələrin) tərcüməsi zamanı rast gəlmək mümkündür.
Belə ki, tərcümə zamanı orijinala ən çox uyğun gələn, ona təxminən bərabər olan tərcümə adekvat tərcümədir. Xüsusilə frazeoloji birləşmələrin tərcüməsi zamanı belə tərcümə daha çox əhəmiyyət kəsb edir. Tərcüməçi öz fəaliyyəti ərzində hər bir frazeoloji birləşmənin bu və ya digər şəraitdə yaxud bu və ya digər yazıçı tərəfindən işlədilməsi ilə əlaqədar olaraq müxtəlif məna çalarlığı kəsb etdiyinin şahidi ola bilər. Məlumdur ki, frazeoloji lüğətlərdə bu birləşmələrin ancaq ümumiləşdirilmiş, əsas və konkret mənaları verilir. Tərcüməçinin birinci vəzifəsi məhz orijinallı tərcüməni üslub cəhətdən uyğunlaşdırmaq, birləşmənin mətn daxilində ifadə etdiyi məna çalarlığını dəqiq təyin etməkdir. Tərcümənin orijinalla uyğunluğu, başqa sözlə onun adekvat xarakterini saxlamaq üçün tərcüməçi müxtəlif vasitələrlə əlamətlərin, daha doğrusu frazeoloqizmin lüğətdən götürülmüş mənaları ilə onun tərcümədə özünü göstərən əlamətlərinin uyğunlaşdırmağı bacarmalıdır. Birləşmənin mənaları və onun üslub xüsusiyyətləri müqayisə edilməlidir.
Əlbəttə frazeoloji birləşmələr sahəsində həmişə ekvivalentlik və onların hər iki dildə tam uyğunluğunu axtarmaq düzgün olmazdı. Belə bir ekvivalentliyə çox nadir hallarda təsadüf edilir, belə ki, müxtəlif dillər öz dil qohumları əsasında inkişaf edir lakin frazeoloqizmin bütün göstəriciləri və mənaları içərisində ən başlıcalarını seçmək olar ki, bunların da uyğunlaşdırılması və əvəz edilməsi adekvat tərcümənin meyarı sayıla bilər.
Mətn daxilində frazeoloji birləşmənin işlədilməsi onun əsas mənasına müəyyən təsir göstərməyə bilməz. Bu vaxt tərəflərdən hər hansı birinin mənasının (birləşmənin əsas mənasında) gücləndirilməsi, konkretləşdirilməsi məqsədilə frazeoloji birləşmə öz formasını müəyyən dərəcədə dəyişə bilər.
Frazeoloji birləşmənin əlamət və göstəriciləri bir-biri ilə sıxı surətdə bağlıdır. Birləşmə bir neçə cür ifadə edilə bilərsə bununla yanaşı müxtəlif emosional istiqamət ala bilər. Müxtəlif vasitələrlə verilən emosional təsir dinləyicidə də müvafiq əhval ruhiyyə əmələ gətirir-gülüş, istehza, qəzəb, pərtlik və s.
Başqa sözlə tərcüməçinin təcrübəsi göstərir ki, tərcümənin adekvatlığını saxlamaq üçün frazeoloji birləşmənin emosional xüsusiyyətlərinin də uyğunlaşdırılması əsas şərtdir.
Beləliklə, tərcümənin adekvatlığı frazeoloji birləşmənin əsas mənaları, onların işlədilmə formaları emosional və üslub xüsusiyyətləri kimi əsas əlamət və göstəricilərinin uyğunlaşdırılması deməkdir. Tərcümənin adekvatlığının təmin edilməsi üçün müxtəlif dillərdə kifayət qədər uyğun göstəricilər vardır.
Hər bil dilin özünəməxsus frazeoloji vahidlərinin formalaşmasında həmin dil daşıyıcılarının mədəniyyəti, adət-ənənələri, dini inancları, tarixi, məişəti və
s. bu kimi xüsusiyyətləri əsas rol oynayır. Verilənlər frazeoloji birləşmələrin yaranmasında insan faktorunun önəmli rolu olduğunu və həmin vahidlərin insanların həyat fəaliyyətinə uyğun olaraq formalaşdığını deməyə əsas verir. Biz yeni dil öyrənərkən onun frazeologizmləri ilə tanış olduqda həmin xalqın həyat və yaşayış tərzi, eləcə də mədəniyyəti ilə də dolayı yolla əlaqədə olmuş oluruq.
Dilin yaşayan bir məhfum olduğu artıq məlumdur. Belə ki insanların həyat fəaliyyəti günü gündən təkmilləşərkən onun leksikasına hər gün müxtəlif sayda söz daxil olur və eynilə də digərləri get gedə köhnəlir və sıradan çıxır. Eynilə də bu prosesə frazeoloji vahidlərin təhlili zamanı rast gələ bilərik. Bu nöqteyi-nəzərdən frazeologiya elminin əsas vəzifəsi və predmetinə frazeoloji birləşmələrin dildə mövqeyini müəyyənləşdirmək, dilə yeni daxil olmuş vahidlərin təhlilini aparmaq, həmin vahidlərin dilə uyğunlunu nəzərdən keçirmək, onların yaranma yollarını aşkar etmək və təhlil etmək
Gündəlik həyatda frazeoloji vahidlər insanların fikirlərini ifadə etməsinə əsaslı təsir göstərməklə, onların dəqiq, lakonik, qısa və eləcə də daha ifadəli səslənməsinə xidmət göstərir. Əsərlərdə frazeologizmlərin istifadəsi isə onun daha anlaşıqlı olmasında, əsərdə emosionallığın artırılmasında böyük rol oynayır. Frazeoloji vahidlırin zəngin olduğu əsəri üslubi cəhətdən dəyərləndirdikdə isə əsərə canlılıq və ifadəlilik qatır. Bu cür frazeoloji vahidlərə hər bir dildə rast gəlirik. Eləcə də İngilis dili bu cür ifadələrin zəngiliyi və müxtəlifliyi ilə seçilir. İngilis dilində frazeologizmlər leksikonu o qədər geniş və çoxşaxəlidir ki, danışıq zamanı həmin vahidlərin istifadəsi ilə rahat və aydın şəkildə başqasına fikirləri çatdırmaq mümkündür. Belə ki, bu zənginliyin formalaşmasında İncilin müstəsna rolu olmuşdur. Bu müqəddəs kitabdan götürülmüş ifadələrin sayı çoxluq təşkil edir və ingilis dilinin zəngin lüğət tərkibinin bir hissəsini təşkil edir. Bunlara nümunə olaraq aşağıdakıları göstərə bilərik:
Can the leopard change his spots - qozbeli qəbir düzəldər, New wine in old bottle - üstü bəzək altı təsək,
In the twinking of an eye - bir göz qırpımında və s.
İncildə öz əksini tapmış dualarda da bu cür frazeoloji birləşmələrə tez-tez rast gəlinir.
Bu ifadələrin dildə çoxluq təşkil etməsinin bir səbəbi olaraq onun keçdiyi tarixi yolu göstərə bilərik. Belə ki, xalqın keçdiyi minillik tarix zamanı onlar müxtəlif ictimai şəraitdə olmuş və çox mürəkkəb şəraitdə formalaşmışdırlar. İngilis dilindəki frazeoloji vahidlərin yaranmasında da əsasən xalq ədəbiyyatı və folklor mühüm rol oynamışdır.
Günümüzdə ingilis dilinin öyrənilməsi geniş yayılmışdır və digər dillərdə olduğu kimi həmin dilin leksiokonu ilə yanaşı frazeoloji vahidlərin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Bir dilin frazeologimlərinin öyrənilməsi həmin
dili mükəmməl qavramaq və dili daha asan mənimsəmək üçün bilavasitə önəmlidir. Lakin həmin xalqın həyat və yaşayış tərzi həmin vahidlərdə əks edildiyinə görə bu cür idafadələrin öyrənilməsi və təhlili çətinlik törədən məsələlərdən birinə çevrilir.
Belə ki, sərbəst söz birləşmələri və sözlər birbaşa tərcümə olunur, lakin frazeoloji birləşmələrin çox cüzi bir hissəsi bilavasitə, yəni eyni qarşılığı varsa tərcümə olunur. Onların böyük əksəriyyətinin məcazi mənaları qarşılıqlı dildə tapılmaqla açılır, məsələn:
to have a sense of responsibility - məsuliyyət hissinə malik olmaq to go to sleep - yuxuya getmək , yuxuya dalmaq
to have a look at smth - nəyə isə nəzər salmaq , baxış atmaq
to look about - ətrafına boylanmaq və s. kimi frazeoloji birləşmələrində ingilis dilindəki variantının Azərbaycan dilindəki qarşılığı çox yaxın olduğu üçün onların mənasını tapmaq elə də çətinlik törətmir. Əsasən də tərcümə prosesi zamanı bu cür çətinliklərlə tərcüməçilər üzləşirlər. Adətən bu cür ifadələr həmin xalqın özünəməxsus olduğuna görə başqa dillərə ya tərcüməsi olmur, ya da edilən tərcümələr çox gülünc səslənir (hərfi tərcümə nəzərdə tutulur).
İngilis dilində verilmiş həmin frazeoloji birləşmələrin hərfi tərcüməsi əksər hallarda dilimizdə leksik normalara uyğun gəlmədiyinə görə bu prosesi adətən müxtəlif üsullarla həyata keçirmək mümkündür. Bunun üçün tərcüməçi bu zaman tərcümənin müxtəlif növlərində istifadə edir ki, bunlara da ekvivalent, analoq, təsviri, kalka və ya hərfi, antonim, müştərək, paralel tərcümə növləri aiddir. Əvvəl də qeyd edildiyi kimi frazeoloji birləşmələrin əmələ gəlməsi birbaşa xalqın milli kaloritinin dil sistemində leksik, eləcə də qrammatik formada əks etdirdiyinə görə onların azərbaycan dilinə tərcüməsi çox zaman yalnış olur. Bu cür səhvlərə nəinki təcrübəsiz tərcüməçilərin eləcə də professional tərcüməçilərin işlərində də bəzən rast gəlmək olar. Bu cür səhvlər
isə əsərin oxucuya düzgün ötürülməməsinə, mənanın təhrif olunmasına, yazıçı ilə oxucu arasında dolayı yolla yalnış anlaşılmaya səbəb olur. Həmin səhvlərin yaranmasının bir səbəbi olaraq sabit söz birləşmələri olan fazeologimlərin adətən sərbəst söz birləşmələri ilə qarışdırılması nümunə ola bilər. Bu təhriflərin yaranmasının bir digər səbəbi isə onların tərcüməçi tərəfindən düzgün dərk edilməməsidir və nəticə etibarı ilə hədəf dilə də bu yalnış formada ötürülür. Eyni zamanda bir frazeolji birləşmənin kontekstdən asılı olaraq müxtəlif mənalarda istifadə olunması da tərcüməçi üçün çətinlik yaradan məqamlardan biridir. Belə ki, hətta bəzən bir birləşmə bir mətndə sabit söz birləşməsi olduğu halda digərində sərbəst söz birləşməsi olaraq çıxış edir. Bu məqamlara diqqət yetirilmədikdə isə tərcümə oxucuya təhrif olunmuş formada verilir.
Tərcümənin həmin dilə düzgün şəkildə, səhvə yol vermədən, eyni zamanda da hədəf dilin üslubi qaydalarını da qoruyaraq çatdırmaq üçün birinci və əsas addımlarda biri olaraq həmin frazeoloji birləşmələrin tərcüməçi tərəfindən düzgün başa düşülməsi durur. Frazeoloji söz birləşmələrini düzgün başa düşmək üçün tərcüməçi ilk öncə məxəz dilin sahib olduğu xalqın mədəniyyətini bilməli, onun məişət xüsusiyyətlərini dərk etməlidir. Bunun düzgün dəyərləndirilməsi və dərk edilməsi üçün vacib məsələlərdən biri isə dilin lüğət tərkibinin düzgün araşdırılması, eynilə də düzgün lüğətlərdən istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Düzgün mənanı başa düşdükdən sonra əsas məsələ tərcümə zamanı kontekstdən uzaqlaşmamaq və hədəf dilin üslubi qaydalarına riayət etməkdir.
İngilis dilinin frazeologiyası və onun Azərbaycan dilinə tərcüməsi sahəsində aparılmış tədqiqatlar belə nəticəyə gəlməyə əsas verir ki, tərcümə zamanı İngilis dili frazeologiyası Azərbaycan dilində verilərkən əsas struktur semantik tiplər aşkar olunmalıdır. Belə ki, idiomlar olaraq bildiyimiz frazeoloji vahidlər Azərbaycan dilinə müvafiq idiomatik ifadələrlə, yaxud leksik müvafiqliklərlə tərcümə edilməlidir. Bu zaman həm unutmaq olmaz ki, ingilis dilindəki frazeoloji vahidlərinin bir çoxunun Azərbaycan dilində müvafiq
analoqları vardır. Əvvəldə vurğulandığı kimi bu analoji vəziyyətin birinci və başlıca səbəbi xalqların həyat və məişətində, düşüncə tərzində özünü göstərən ümumi, oxşar cəhətlərdir. İkinci səbəb frazeologiya sahəsində beynəlxalq mübadilə ilə bağlıdır, İngilis dili frazeologiyasının Azərbaycan dilində leksik və frazeoloji müvafiqlikləri olmayan tiplərinin tərcüməsi zamanı onların ya ümumi frazeoloji mənası, ya da əsas tərkib hissələrinin semantikasına əsaslanmaq lazım gəlir;
Dostları ilə paylaş: |