Fənn: Beynəlxalq matketinq dos.,i.e.n. Allahverdiyeva Müslümat allahverdiyeva_muslumat@mail.ru
Mövzu 21.Beynəlxalq marketinqdə ticarət evləri universal ticarət firmaları
Mövzunun planı:
1.Beynəlxalq marketinqdə satış strukturlarının üc tipi.
2.Beynlxalq ticarətdə ticarət evləri (universal ticarət firmaları )və onların funksiyaları.
3.Yaponiyanın unversal ticarət firmasının xüsusiyyətləri .
4.Avropa ABŞ Çin və Cənubi Koreya ticarət şirkətlərinin xüsusiyyətləri.
1. Beynəlxalq marketinqdə satış strukturlarının üc tipi
Beynəlxalq ticarətlə məşqul olan şirkətlər arasında üc əsas növü fərqləndirmişlər .
1.beynəlxalq universal şirkətlər –müxtəlif təsərrüfat dairələrinin istehsalşı firmalarının böyük sayda mallarını toplayırlar və onları lokal bazarların topdan və pərakəndə satışına vəya son istehlançılara göndərirlər.Belə ticarət firmalarının malarını böyük ehtiyatları olur:
2.İxtisaslaşmış beynəlxalq ticarət şirkətləri –malların bir növü (və ya ərzaq xətti)ilə işləyirlər və onların yüksək səmərəli satışını təmin edirlər (məsələnqara metallurgiyavə ya kimya sənayesinin məhsullarının bütün növləri):
3.beynəlxalq ticarət şirkətləri –istehsalçı firmanın tabeliyində olan filial şirkətlərdir,istehsalçı firma öz məhsulunu onların vasitəsilə satır.