Mövzunun planı: Beynəlxalq marketinqdə satış strukturlarının üc tipi



Yüklə 89,95 Kb.
səhifə4/11
tarix02.01.2022
ölçüsü89,95 Kb.
#41534
1   2   3   4   5   6   7   8   9   10   11
Movzu 21

Unversal ticarət firmaları

Unversal ticarət firmaları aşağıdakı rollarda çıxış edə bilərlər:
    • Vasitəçi agent.o müəyyən haqq olmaqla satıcını və alıcını tapır və görüşdürür;
    • Öz adından, lakin üçüncü şəxslərin hesabına fəaliyyət göstərən komissioner ;
    • Məsləhətçi. O müəyyən haqq almaqla müştərilərinə xarici ticarət məsələlri üzrə məsləhət verir;
    • İnvestor- kreditor və s.

3.Yaponiyanın universal firmalarının xüsusiyyətləri

Beynəlxalq və qlobal marketinq sistemində əmtəə hərəkəti kanallarının qurulmasının və beynəlxalq əməliyyatların təşkilinin xüsusiyyətləri yaponiyada ilk öncə universal ticarət firmalarının (Soqo Syosya) və ya ticarət evlərinin inkişafında özünü göstərmişdir, onlar yaponiya iqtisaduyyatının, xarici və daxili ticarətinin bütün tarixi inkişafı ərzində mərkəzi rol oynayırlar. Yaponiya firmalarının beynəlxalq fəaliyyətinin təşkilində və həyata keçirilməsində 17 “Soqo syosya” universal ticarət vasitəçilik firmaları xüsusi yer tutur. Onların ən böyükləri bunlardır: Mitsubishi busson, Mitsui busson, İtochy, Marubeni, Sumitomo, Sodzutsy, Kanematsu. Yaponiyanın xarici ticarətinin təxminən yarısı onların payına düşür.

“Soqo syosya”-nədir?

“Soqo syosya” bir qayda olaraq, yeni malların hazırlanmasını və yeni bazarlarda satılmasını öz üzərinə götürür, bu isə ən çətin marketinq strategiyasıdır. Həm də ölkədəki daxili satışların təxminən 20-30% -i onların vasitəsilə həyata keçirilir.
  • Bu firmaların xarıcı və daxili ticarət kanalları üzrə satışlarının ümumi məbləği ölkənin UDM-nin təxminən ¼-ə bərabərdir. Yalnız ABŞ-dan bu şirkətlər hər il 15 milyard dollardan çox məbləğdə mallar və xidmətlər alırlar. Yalnız Mitsui və Mitsubishi iki universal firmanın satışlarının həcmi ildə 60 milyard dollardan artıq olur.
  • Bu ticarət konqlomeratlarının təsiri törəmə şirkətlərin və filialların şaxələnmiş şəbəkəsini, habelə Yaponiya iqtisadiyyatının müxtəlif sahələrində keçmiş konsernlər – “dzaybatuslar” bazasında “keyretsu” koorparasiyalararası sistemlərlə birləşmiş nəzarət altında olan müəssisələr və şirkətlər şəbəkəsini nəzərə aldıqda daha böyük miqyasda görünür.



  • Ticarət evləri


    Yüklə 89,95 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin