“Soqo syosyanın” diversifikasiyası prossesinin yeni sahibkarlıq sahələri tərəfə güclənməsi şirkətlər çərçivəsində kapital qoyuluşunun ən mənfəətli sahələrini müəyyən edən və yeni texniki layihələrin kompleks maliyyələşdirilməsini həyata keçirən xüsusi “investisiya qərargahlarının” seçilməsini tələb etmişdir. İnvestisiyalar bazasında yaranan xüsusi törəmə şirkətlərin sayı da xeyli artır.
Ən böyük ticarət evləri özlərinin cari xərclərinin hamısının təxminən 10%-ni beynəlxalq kommunikasiyalara sərf edirlər. Amerika iqtisadçısı Ç. Makmillan qeyd edir ki, “Soqo syosya” –nın informasiya toplanması işində yalnız iki layiqli rəqibi var – Pentaqon və Vatikan.