Mövzunun planı: “Hörümçək toru” modelinin mahiyyəti


Şəkil 5.4. Buraxılış miqdarı (Q) əsasında prosesin zaman içindək hərəkətinin təyin edilməsi



Yüklə 0,53 Mb.
səhifə5/9
tarix18.04.2023
ölçüsü0,53 Mb.
#99913
1   2   3   4   5   6   7   8   9
Şəkil 5.4. Buraxılış miqdarı (Q) əsasında prosesin zaman içindək hərəkətinin təyin edilməsi

  • Əgər Q1 > Q* olduqda Q3 > Q1 –dirsə, onda proses uzaqlaşandır (şəkil 5.4.a)).

  • Əgər Q1 > Q* olduqda Q3 < Q1 –dirsə, onda proses yaxınlaşandır (şəkil 5.4.b)).

  • Əgər Q1 > Q* olduqda Q3 = Q1 –dirsə, onda proses daimi təkrarlanandır.

Yuxarıdakı bütün hallarda tələb funksiyasının neqativ, təklif funksiyasının isə pozitiv olduğu “normal” mallar nəzərdə tutulmuşdur. “Anormal” mallar (məsələn, Giffen mallar) üzrə mümkün durumlardan ikisi şəkil 5.5-də təsvir edilmişdir.
Şəkil 5.5-dəki a) və b) diaqramlarından gördüyümüz kimi, “anormal” mallar bazarında da bazarın dinamik stabillik şərti (qiymətin zamanla tarazlıq dəyərinə yaxınlaşması) də 1–dir. Şəkil 5.5.a)-dakı diaqramdan göründüyü kimi, burada |b| > |b1|. Şəkil 5.5.b) diaqramından da görünür ki, bu halda da qiymətin zaman içində hərəkəti yaxınlaşandır. |b| < |b1| olduğu halda “anormal” mallarda da qiymətin zaman içində hərəkəti uzaqlaşandır (şəkl 5.5.c) və d)).



Şəkil 5.5. “Anormal” mallar üzrə qiymətin zamanla yaxınlaşan yaxud uzaqlaşan olması
Yeri gəlmişkən bunu da qeyd etməliyik ki, qiymət mənfi ola bilməz.
Məsələn, Pt = 2 (-1,50)t + Pe kimi verilmiş funksiyanın qrafiki heç də koordinat sistemindəki neqativ bölümə düşmür. Burada mötərizənin içindəki neqativ (mənfi işarəsi) qiymətin azalmasını göstərsə də, qiymətin özü neqativə düşmür, o, sadəcə statik tarazlıq dəyərindən (Pe nöqtəsindən) aşağı düşür, amma hər zaman pozitiv bölmədə olur. Yəni qiymət məhz statik tarazlıq dəyərindən aşağı düşür və ya yuxarı qalxır. Yuxarıda təqdim etdiyimiz bütün qrafiklərdə bu, aydın müşahidə olunur.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin