Mövzu—Uşaq psixologiyasının mövzu və vəzifələri. Plan


Mövzu --Erkən gənclik yaşı dövründə şəxsiyyətin formalaşması



Yüklə 182,11 Kb.
səhifə17/25
tarix17.10.2023
ölçüsü182,11 Kb.
#156402
1   ...   13   14   15   16   17   18   19   20   ...   25
Uşaq psixologiyası-1

Mövzu --Erkən gənclik yaşı dövründə şəxsiyyətin formalaşması.
Plan;
1)Gənclik sosial-psixoloji hadisə kimi.Gənclik yaşında şəxsiyyətin inkiaşafı.
2)Ünsiyyət və emosional həyat.Məhəbbət,dostluq və cinslərarası qarşılıqlı münasi bətlər.
3)Gənclərdə mənlik şüuru və əxlaqi şüurun inkişafı.
4)Özünüqiymətləndirmə,özünəhörmət və iddia səviyyəsinin xüsusiyyətləri.
“Görkəmli şəxsiyyətlər xalqın zəkasını,elmini,mədəniyyətini,mənəviyyatını dünya ya nümayiş etdirirlər”—H.Əliyev.
Erkən gənclik yaşı dövründə insanın mənəvi qüvvəsi intensiv şəkildə ink.f edir.onu n əxlaqi siması formalaşır,xarakteri müəyyənləşir və dünyagörüşü təşəkkül tapır.Şə xsiyyətin qazanılmış yeni keyfiyyətləri böyük məktəblinin məktəbdə,ailədə və icti mai münas.r sistemində mövqeyinin dəyişməsinə güclü təsir göstərir.Bu dəyişkənli klərin yaranmasına səbəb olan ən ciddi amil yaş amilidir.Müasir 15-18yaşlı gənclər fiziki və mənəvi yetkinliyin 1çox əlamətlərinə malikdirlər.Onlarda cinsi yetişmə başa çatmış olur.Bu isə onlara bu yaş mərhələsinin sonlarında ailə qurmaq hüququ verir.Gənclər sosial məşğulluq və əmək hüququ əldə edir,kimlik almaqla hərbi xidmət yaşına çatmaqla həqiqi hərbi xidmətdə əsgər vətəndaş borcunu yerinə yetiri rlər.Gənclər həyatda,cəmiyyətdə baş verən ictimai-siyasi,iqtisadi və mənəvi proseslərdə fəal iştirak edir,ən mühüm siyasi hüquqlardan 1i olan seçki hüququ qazanmış olurlar.Onlar həyata,əməyə başqa adamlara yetkin münas.bəsləyirlər.Bun unla belə 1sıra yeniyetmə və gənclərdə həyata istehlakçı münas.i yüngül və pozğun həyat tərzinə meyil,əməyə münas.də infantil əlamətlər özünü göstərir.Zəngin həyat tərzi ilə yaşayan bəzi gənclər vaxtlarının çoxunu disko-barlarda,gecə klublarında yüngül əyləncə yerlərində keçirir,tüfeyli həyat tərzinə meyillənmiş olurlar.
15—18yaşlı gəncləri heçdə tam yetkinləşmiş,öz həyatını müstəqil surətdə müəy.et məyə qadir olan təcrübəli adam hesab emək olmaz.onların həyata baxışlarındakı mühakimələri bəzən səhv olur,ilk sınaqlarda büdrəyən gənclərdə ümidsizlik,sabaha inamsızlıq hissləri baş qaldırır.Gənclərin coşub çağlayan romantik idealları çox vaxt həyatın reallıqları ilə toqquşmada”sınır”dözüb dayana bilmir.
Böyük məktəb yaşında -əxlaqi şüurda və davranışda-keyfiyyət dəyişiklikləri yaranır.Onların həyata baxışlar sistemi—dünyagörüşü formalaşır,əxlaqi əqidə mey dana gəlir,mürəkkəb əxlaqi anlayışlar təşəkkül tapır.Bu yaş dövründə məktəblilərdə dosta tələbat hissi yaranır,şərəf,ləyaqət,borc,namus,qeyrət,xəyanət, yoldaşlıq vəs.kimi mürəkkəb etik anlayışların düzgün anlaşılması diqqəti cəlb edir. Gprkəmli psixoloq M.Həmzəyev qeyd edirki,gənclər öz yoldaşlarında yüksək əqli və əxlaqi keyfiyyətlərin olmasını arzulayırlar.Əxlaqi şüur və davranışdakı bu yeni keyfiyyətlər böyük məktəblilərə ictimai həyatda fəal mövqe tutmaq,mənəvi davranı şda başqalarına nümunə olmaq imkanı verir.Ətraf aləmdə baş verən hər1şey gənc ürəyi narahat edir,həyəcanlandırır,şəxsi 1şey kimi hiss edilir.
Gənclikyaşı dövründə ünsiyyət və emosional həyat keyfiyyətcə yeni məzmu n kəsb edir.Mənəvi və sərvət müstəqilliyi,sərbəst seçim imkanlar artır.Bunlar böyük məktəbli gənclərin təlimə,əməyə,ictimai hadisələrə,başqa adamlara münas.n də,davranışın üm. yönəlişliyində aydın ifadə olunur.Həyatda öz yerini müəy.etmək böyük məktəblinin sosial-psixoloji ink.fının əsas motivinə çevrilir.Böyük məktəb yaşlılarda idrak motivləri geniş sosial motivlər və fəal.n nəticəsinə yönəlmiş motiv lər,psixi ink.fın başlıca hərəkətverici qüvvələri kimi təzahür etməyə başlayır.
Rusiya PEA-nın əməkdaşları böyük məktəblilərin müxt.ünsiyyət formalarına və müxt.tərəfdaşlarla qarşılıqlı münas.rə olan tələbatlarını öyrənərək belə qərara gəlmişlərki, böyük məktəblilərin valideynlər və digər yaşlılarla ünsiyyətə olan tələ batı yaxın dosta-həmyaşıda olan tələbatına nəzərən daha formal xarakter kəsb edir. Bu nəticələri aşağıdakı cədvəldəndə görmək olar.
Böyük məktəblilərin ünsiy.tələbatı və real ünsiyyət(%rlə)
Tərəfdaşlar Reqlamentləşdiril Reqlamentləşdirilməmiş
miş ünsiyyət ünsiyyət
Ona olan tə Real ünsiyyət Ona olan Real ünsiyyət
bat tələbat
Valideynlər və 4,7 70,8 66,6 29,2
Yaxın qohumlar
Müəllimlər 8,3 95,7 10,9 4,3
Digər yaşlılar 2,6 98,6 6,5 1,4
Yaxın dost-həmya
şıdlar 0 0 68,2 56,2
Digər həmyaşıdlar 4,6 68,4 24,3 31,6
Ingilis psixoloqu Con Koulmenin 11-13yaşlı yeniyetmələr və 15-17yaşlı gən clərlə “Tamamlanmamış cümlələr”metodikası ilə apardığı tədqiqatın nəticələri bu baxımdan maraqlıdır.O oğlan və qızlarla “Ətrafımda heç kim olmayanda...”,”Əgər insan təkdirsə...”tipli cümlələri tamamlamağı tapşırmışdı.Alınmış cavablar müsbət (məs.ətrafımda heç kim olmayanda mən xoşbəxtəm,ona görəki,istədiyim hər şeyi edə bilərəm”)və mənfi(məs;”Adam tək olanda o əsəbiləşməyə başlayır”)olmaqla təsnif edilmişdir.Müəy.edilmişdirki,yeniyetməlikdən gəncliyə doğru müsbət mühakimələrin sayı artır,mənfilər isə azalır.Əgər yeniyetmələr bunu xəlvət guşə ki mi qiymətləndirirlərsə,böyük məktəbli bunu darıxdırıcı hesab edirlər.Utancaqlıq ye niyetmə və gənclərin şəxsi həyatında ən geniş yayılmış kommunikativ çətinlikdir.
Erkən gənclik yaş dövrünü dünyagörüşün formalaşması baxımından ən səmə rəli dövr kimi nəzərdən keçirmək olar.Geniş həcmli biliklərə yiyələnən gənc malik olduğu çoxcəhətli məlumatları sistemə salmağa fəal surətdə meyl edir.O,ümumiləş miş nəzəri biliklərin,prinsip və qanuauyğunluqların öyrənilməsinə xüs.maraq göstə rir.Bütün bunlar böyük məktəblilərdə nəzəri təfəkkürün səviyyəsinin yüksəlməsin də ,idra fəaliyyətində mücərrəd təfəkkürün rolunun artmasında öz əksini tapmış olur.Gənclərin artan idrak imkanları onların fərdi hazırlığa saatlarla vaxt sərf etməs ində,biliklərə səylə yiyələnməsində idraki özünütəkmilləşdirmə tələbatlarında ifadə olunur.Böyük məktəb yaşı dövrü təbii-elmi,fəlsəfi,əxlaqi,estetik,siyasi,hüquqi dün yagörüşü formalarının təməl prinsiplərinin yaranması və möhkəmlənməsi ilə müşa yiət olunur.Bu prosesdə şagirdlərin intellektual ink.f səviyyəsi mühüm amillərdən 1-i kimi xüs.rol oynayır.Əxlaqi-etik normaların mənimsənilməsi,cəmiyyət həyatında baş verən ictimai-siyasi hadisələrə emosional yanaşma,şəxsi həyat yolun un seçilməsi,gənclik dövründə dünyagörüşü formalarının təşəkkülündə mühüm am ilə çevrilmiş olur.Erkən gənclik dövründə üm.bəşəri və milli dəyərlər əsasında əxla qi keyfiyyətlərin formalaşması prosesi intensiv xarakter kəsb etməyə başlayır.Gən clər elm,mədəniyyət,incəsənət sahəsində ictimai sərvətlərə seçici münas.bəsləyir, cəmiyyətin demokratikcəsinə yeniləşməsinə fəal həyat mövqeyindən yanaşır,vətən daşlıq funksiyalarını mənimsəyirlər.
Erkən gənclik yaşı dövründə yaşlılıq hissi güclənir,mənlik şüuru və əxlaqi şüurun ink.da yeni əlamətlər meydan çıxır.Böyük məktəblilərdə susma mövqeyi aradan qalxır,haqsızlığa qarşı barışmaz münas.özünü göstərir.Onlar ailə şərəfinə milli heysiyyətə hörmət bəsləyir,bu dəyərləri qorumağı özlərinə borc hesab edirlər. Çox saylı psixoloji tədqiqatların nəticələri sübut edirki,insanın yaradıcılıq sahəsin dəki nailiyyətləri statistik baxımdan heçdə onun məktəbdəki təlim müvəf.ti ilə bağ lı deyildir.Darvin,Hegel,Napaleon,Nyiton,Eynşteyn,Vaqner,Verdi,Şiller,Heyne,Svi ft vəb.rıməktəbli vəya tələbəlik dövründə qabiliyyətsiz hesab olunmuş və ya orta bab şagird kimi yaşıdlarından fərqlənə bilməmişlər.Psixoloqlar hesab edirlərki,mək təb proqramları ciddi surətdə reqlamentləşmiş xarakterlidir.U.aq və gənclərin yara dıcı qabiliyyətləri isə sinifdənkənarda,asudə vaxt zamanı onların məşğul olduğu elmi dərnəklərdə,sərbəst oyun formalarında daha parlaq və tam şəkildə üzə çıxmaq imkanı qazanmış olur.
Böyük məktəb yaşlı şagirdlər özlərinin emosional aləminin zənginliy,hissləri nin əxlaqi tərbiyəlilik səviyyəsinə görə yeniyetmələrdən xeyli irəli getmiş olurlar. Onlar həyat hadisələrinə münas.rini əxlaqi ölçülər baxımından müəy.edirlər.Ona görə də ilk gənclik yaşında yaranmış hisslər özlərinin davamlılığı,dərinliyi ilə seçilir.Oğlanlar və qızlarda həyat hadisələrinin təsiri ilə ambivalent hisslər,ziddiy yətli emosional vəziyyətlər yaranır.Gənclər belə hallarda öz hərəkətlərinin doğru olubolmadığını başqa adamların verdikləri qiymətlər əsasında müəy.etmək tələbatı hiss edir,daha təcrübəli,yetkin adamların dəstəyinə ehtiyac duyur,daxili yaşantıları nı başqaları ilə bölmək istəyirlər.Onun təzahürü kimi böyük məktəblilərdə yaşıdları ilə yaranan yoldaşlıq hissini misal gətirmək olar.Daa bariz nümunəsi şəxsi dostluq ünsiyyətində özə çıxır.Gənclərin dostluğu özünün 1sıra cəhətlərinə görə yeniyetmə lərin dostluğundan fərqlənir.Gənclərin dostluq hissinin motivləri daha dərin olur və bu yaşda dostluq hissinə daha böyük tələblər verilir;qarşılıqlı inam,doğruçuluq,səd aqət,maraq və istəklərdəümumilik,qarşılıqlı kömək,hörmət və qarşılıqlı anlaşma. Gənclik illərində dostluq qarşılqlı münas.rin və emosional bağlılığın daha davamlı formasına çevrilir..Bu yaş dövründə o uşaq və yeniyetmələrin yaşıdları ilə münas.n in ötəri formalarından keyfiyyətcə fərqlənir,seçici məzmun daşımağa başlayır.Gənc lərin dostluğunda emosional bağlılıq,dostunyaşantılarına-sevinc və kədərinə səmimi şərik olma motivləri daha davamlı və möhkəm olur.Bunun nəticəsidir ki, gənclik illərində əsası qoyulan dostluq münas.ri adətən bütün həyatı boyu davam edir.
Ilk gənclik illərində böyük məktəblilərin emosional sferasında əhəmiyyətli dəyişikliklər baş verir.Onlarda həyatın,insan fəaliyyətinin müxt.sahələrinə aid şəxsi əhəmiyyətli münas.rin dairəsi xeyli genişlənir.Əldə edilmiş təcrübə,öz hisslərini təqdimetmə qabiliyyətləri gənclərə şəxsi həyatlarında baş vermiş 1sıra uğursuzluq ları,xoşagəlməz halları ağrısız,dözüm və səbrlə yaşamaq imkanı verir.Dostluqda sevgidə uğursuzluq—qızların vəfasızlığı,oğlanların etibarsızlığı gənclərin şəxsi həy atında çox böyük zərbə təsiri bağışlayır.Çox vaxt böyük məktəblilərin şəxsi həyatında baş vermiş halların ifadəsini onların sifətlərində duymaq olur.Bununla belə,böyük məktəblilər,10-11ci sinif şagirdləri yaşlılar aləminə qorxu və həyəcanla deyil,sərbəst daxil olmaq imkanlarına malik olurlar.
Gənclik dövrünə aid ilk psixoloji əsər alman filosofu və psixoloqu E.Şprang erin “Gənclik yaşının psixologiyası”(1924)adlı əsəridir.O psixologiyanın başlıca məqsədini şəxsiyyətin mədəniyyət və tarixlə sıx bağlı olan daxili aləmini dərk etmə kdə görürdü.Onun fikrincə gənclik yaşı qızlarda 13—19,oğlanlarda 19—22yaşları əhatə edir,bu dövr mənəvi ink.f mərhələsidir və o psixofiziolji proseslər kompleksi ilə sıx bağlıdır.
1934cü ildə alman psixoloqu K.Bülerin”Üç nəsil gənclik gündəliyində”adlı əsəri çap olunmuşdur.O bu əsərində 93gənclik gündəliyinin(38oğlan,55qız)təhlilini vermiş və qızların oğlanlara nəzərən daha çox gündəlik yazmağa meyilli olduqları nı aşkara çıxarmışdır.1929cu ildə V.E.Smirnovanın”Gənclik yaşının psixolgiyası”, 1929—31ci illərdə isə Vıqotskinin “Yeniyetmələrin pedalogiyası”adlı əsərləri çap olunmuşdur.
Son iilər psixoloq və pedaqoqlar yeniyetmə və gənclərin seksual davranış meyilllərinin güclənməsi,xoşagəlməz nəticələrə gətirib çıxaran hallar haqqında həyəcanla danışırlar.Yeniyetmə və gənclər arasında sesual davranış şablonlarının mənimsənilməsi,azyaşlılar arasında pozğun qrupların artması diqqəti cəlb edir.On ların sesual davranışın situaitiv amillərin təsiri ilə dəyişir və hətta pataloji formala ra(,erkən cinsi həyat,homoseksualizm vəs.)keçir.Müəy.edilmişdir ki,seksual davranış formalarının artmasında parnoqrafik film və jurnallar,pozğun adamlar vəs əsas rol oynayırlar.Burada pula,hədiyyə ilə ələ alma,qızın qohumları və rəfiqələri ilə yaxınlıq kimi dolayı vasitələrin rolu böyükdür.Ona görədə yeniyetmələrlə müqayisədə böyük məktəblilərin emosional aləmi yaşanılmış hisslə rin daha yüksək dərəcədə differensasiyası baxımından daha zəngin və dərin təəssür atlarla diqqəti cəlb edir.Bütün bunlar isə öz növbəsində onların ali hisslərinin əxlaq i,intellektual və estetik aləminin dərinləşməsinə və genişlənməsinə gətirib çıxarır. Böyük məktəblilərin əhvalları özünün davamlılığı və düşüncəli xarakteri ilə seçilir. Onlarda öz emosional vəziyyətlərini tənzimləmək,ona nəzarət etmək qabiliyyətləri xeyli yüksəlmiş olur.Erkən gənclik illərində şəxsiyyətin başlıca psixoloji keyfiyyət ləri o cümlədən xarakterin baza əlamətləri kifayət qədər davamlı forma alır.Bu key fiyyətlərin təşəkkülündə iradi keyfiyyətlərin xüsusi rolu vardır.İradi fəaliyyətin şüurlu şəkildə idarə edilməsi;--özünütənzimetmə,özünüinandırma,özünütəhriketmə özünübəyənmə--vəs.bu kimi iradi aktlar gənclərin xarakterində davamlı iradi keyfiyyətlərə çevrilir.Bunların zəminində böyük məktəblilərin motivlər sahəsi yara nır,onların şəxsiyyətinin istiqaməti müəyyənləşmiş olur.Böyük məktəblilərin təhrikedici qüvvələr aləmində yüksək dərəcəli mənəvi tələbatlar—ünsiyyət,dostluq yüksək biliyə və dünyagörüşünə,başqaları üçün nümunəyə,ətrafdakıların rəğbət və hörmətinə,sevgisinə sahib olmaq meyilləri aktuallaşır.Gənclərin həyatında aydın perspektivli cazibəli məqsədlər meydana çıxır,seçici münas.yaranır.Böyük məktəb li yaşında əxlaqi hisslərin,norma və qaydaların,davranış prinsiplərinin mənimsənil məsi prosesi güclənir.Yaşlılıq hissi,əxlaqi şüur və mənlik şüuru müəy.ink.f həddinə çatır,gənclərin müstəqil həyata hazırlığının mühüm şərtinə çevrilir.Bununla belə A.B.Ş psixoloqu Kolberq belə hesab edirki,16yaşlı uş.rın yalnız 10%i əxlaqın yüksək norma və prinsiplərinə yiyələnmiş olurlar.Bu səviyyəni Postkonvensial əxlaq adlandıran Kolberqə görə,əxlaqi davranış,ictimai rifaha yönəlmiş və hamı tərfindən qəbul edilmiş prinsiplər,başqa adamlara və özünə hörmət vəs bu yaş mər hələsində bütün uş.rın şüurlu davranış normalarına çevrilmir.
Böyük məktəb yaşı dövründə gənclərdə milli mənlik şüuru təşəkkül tapır.On ların şüurunda milli mənəviyyat,adət-ənənələr,milli əxlaqi və dini dəyərlər,yurda baölılıq,milli düşüncə tərzi vəs kimi xüs.r əks olunmağa başlayır.Gənclər etnik şüu run subyektinə,milli dil isə onların etnik şüurunun daşıyıcısına çevrilir.Böyük məkt əblinin etnik şüuru ona milli kimliyini müəy.etməyə imkan yaradır,milli özünüdərk etməsinə təkan verir.Coşub çağlayan romantik arzuları reallaşdırmaq,idman sahəsində qələbə qazanmaq,ali məktəbə daxil olmaq,əmək fəaliyyətinə başlamaq, ailə qurmaq vəs kimi daha dəyərli gənclik arzuları gənclərin fəallığının mənbəyi ro lunda çıxış edir.Gənclərin fəaliyyətinin təhrikedici qüvvələrinin təsiri altında onlarda 2ci yaxud törəmə iradi keyfiyyətlər olan qətiyyətlilik,cəsarət,özünü ələ alm aq,səbirlilik,inam vəs ilə yanaşı daha yüksək əxlaqi dəyərlərdən törəyən 3cü və daha yüksək iradi keyfiyyətlər—məsuliyyətlilik,intizamlılıq,işgüzarlıq,təşəbbüskar lıq artmağa başlayır.İradi fəaliyyətin strukturunda mühüm yer tutan iradi səy—daxi li və xarici maneələrin aradan qaldırılmasına yönəlmiş psixi fəallıq,iradənin tam sə fərbərliyi yüksəlir,subyekt tərəfindən daxili psixi akt və vəziyyətlərin dərk olunma sı prosesi kimi refleksiya özünün yüksək səviyyəsinə çatmış olurlar.Böyük məktəb lilərdə formalaşmış əxlaqi dəyərlər və prinsiplər onların iradi fəaliyyətində yaranan motivlər mübarizəsində ictimai yönəlişliyi şərtləndirmiş olur.Ədalətli müdafiə etmək,haqqın tərəfində durmaq,köməksizə,qocalara yardım etmək,rəhmdillilik ki mi əxlaqi keyfiyyətlər iradi fəaliyyətdə qabarıq şəkildə üzə çıxmış olur.Böyük məktəb yaşında gənclərin şəxsiyyətinin psixoloji strukturunda baş verən dəyişiklik lər ideallar,gənclik arzuları və romantikadır.Bu xüs.rin ilkin təzahürləri yeniyetməli k dövründə müşahidə olunsada,gənclik yaşında onlar daha da cilalanır,yüksək dəyərlər baxımından qiymətləndirilərək seçilir.Yeniyetmələrin həyat idealları konk ret 1şəxsin simasında(sevimli müəl.valideynlər,qəhrəmanlar,müğənni və idmançıla r)meydana gəldiyi halda,ilk gənclik dövründə də bu daha çox əxlaqi dəyərlilik,icti mai və şəxsi əhəmiyyətlilik,şəxsiyyət insani keyfiyyətlər baxımından qiymətləndiri lir və bütöv üm.miş obraz təsiri bağışlayır.Psixoloq L.Y.Dukatın tədqiqatlarına gör ə 4cü sinifdə şagirdlərin 100,5ci sinifdə 99,6ci sinifdə 94,7ci sinifdə isə 80%nin idealı konkret xarakter daşıyır.Yaş artdıqca konkret idealların miqdarı tədricən azal ır,üm.miş ideallar isə təzahür etməyə başlayır.Gənclər həyatın mənasını “özünü ins anlara həsr etməkdə”,”əməksevər,faydalı vətəndaş olmaqda”,”şərəf və ləyaqət sahibi olub,heç kimin qarşısında borclu olmamaqda,”gözəl peşə və ailəyə,pula avtomaşına sahib olmaqla”görürlər.Gənclərlə keçirilmiş sorğulardan görünürki, onların çoxu şəxsi xoşbəxtliyi yaxşı peşə,qazanclı iş və vəzifədə görürlər.Son illər gənclərin nüfuzlu ixtisaslara meylinin artması da bunu sübut edir.Hüquqşünas,hə kim,kompüter,biznes,gömrük işi,xarici dil vəs ixtisaslarına axının güclənməsi səbə bləri arxasında gənclərin öz gələcək həyatlarını firavan görmək,yaxşı pul qazanmaq arzuları dayanır.Gənclərin arasında firavan həyata meylin qeyri-ənənəvi sferada yaşından asılı olmayaraq varlı adamla ailə qurmaq,xarici ölkələrdə rəqs qru plarında,restoranlarda işləmək,intim xarakterli reklam çarxlarına çəkilmək”ulduz” olmaq,açıq-saçıq geyinmək vəs.milli mənəvi dəyərlərimizin deformasiyaya uğradı ğını əks etdirir.Pul ehtirası,iqtisadi çətinliklər çox vaxt milli mənəvi norma və prins iplərin aşınmasına gətirib çıxarır.Təhsili yarımçıq qoyb,məktəbdən yayınaraq vaxtl arını yüngül əyləncə yerlərində keçirən gənclərin gələcək taleyi bu gün cəmiyyətdə böyük narahatlıq doğurur.
Erkən gənclik dövründə böyük məktəb yaşlı uş.rın emosional aləmində baş verən ən böyük dəyişikliklərdən 1i məhəbbət hissidir.Bu öz məzmunu baxımından kiçik məktəblilərin rəğbət,yeniyetmələrin ilk məhəbbət hissindən əhəmiyyətli şəkil də fərqlənir.Yeniyetmələrdə əks cinsə qarşı şəxsi simpatiya əsasında yaranan sevgi hissi ötəri,cəlbedici xarakter daşıdığı halda,erkən gənclikdə bu hiss özünün dərinliy i,gücü və həqiqi sevgi olması ilə seçilir.Erkən gənclik dövründə fərdi intim dostlu ğa tələbat hissi güclənir.Qızlarda cinsi yetişmənin 1qədər tez başlanması ilə əlaqəd ar onlarda bu tələbat oğlanlardan 1qədər xeyli əvvəl hiss olunur.Bu yaş dövründə cinsi yetişmə başa çatdığından aydın ifadəli seksual çalarlarla xaraktrizə olunur.La kin bu heçdə bütün gənclər tərəfindən aydın dərk olunmuş,düşüncəli məzmuna mal ik deyildir.Oğlanlardan fərqli olaraq qızlarda əks cinsə olan münas. Fiziki yaxınlıq fonunda deyil,daha artıq dərəcədə nəzakətliyə,ünsiyyətə,nəvazişə və mənəvi emosi onal yaxınlığa olan tələbatlarla şərtlənmiş olur.Oğlanlarda isə hissi-erotik əyləncə tam diffuz erotizm meyilləri əvvəlcə güclü olsada sonralar bu qızlara qarşı həssas, qayğıkeş və nəzakətli münas.lə əvəz olunmağa başlayır.Bu məs.nin mahiyətinə varan Suxomlinski yazırdı;”Məhəbbət hissi mürəkkəb təkamül mərhələsi keçir.Də liqanlı gənclik ehtirasları öz yerini ürək bağlılığına,məsuliyyət və borc hissinə verir.Əxlaqi cəhətdən nigaha hazır olmayan cahil adamlara bu məhəbbətin sönməsi kimi görünür.Bu cür psixoseksual dəyişikliklər valideynlər və müəl.rdən gənclərdə cinslərarası münas.rin tərbiyəsi işində yüksək diqqətlilik,tələbkar münas.n və məs uliyyətin olmasını xüsusilə ön plana çəkir.Gənclərin tibbi gigiyenik baxımdan maa rifləndirilməsi də başlıca vəzifədir.Nigaha qədər cinsi yaxınlaşmanın xoşagəlməz nəticələrə gətirib çıxaracağı barədə onlarda təsəvvürlərin formalaşdırılması,milli adət-ənənələrə hörmət hissinin tərbiyə edilməsi olduqca vacib məs.rdəndir.
Rus psixoloqları V.A.Krutetski və İ.S.Lukinin fikrincə yeniyetməlik yaşı dövründə şəxsi rəğbət,əyləncə,bağlılıq hətta ilk məhəbbət ilk gənclik dövründə yaranır.Bu təsadüfi olmayıb böyük məktəblinin şəxsiyyətinin xüsuslə onun emosi onal həyatının üm.ink.fı ilə bağlıdır.Böyük məktəblinin 1şəxsiyyət kimi xüs.ri onun dostluq-məhəbbət hissində bütün aydınlığı ilə əks olunur.Məhəbbət təkcə biol oji hadisə deyil,o daha çox insanın mənəviyyatı ilə bağlıdır.Oğlan-qız,kişi-qadın arasındakı məhəbbət insanın bütün varlığı,üm.ink.f səviyyəsi,ictimai fəal.ti dünya görüşü,marağı,duyğuları,təxəyyülü ilə sıx bağlıdır.O çox müqəddəs,elmi təhlilə gəlməyən ülvi,incə,dərin,eyni zamanda mürəkkəb 1fenomendir.Sevgi ehtirası mö cüzəli hissdir,onun öz qanunları,öz buxovları vardır.
Gənclərin məhəbbəti 1qayda olaraq pak,təravətli,davamlı,müx.yaşantılar,da xili həyəcan və ehtiraslarla zəngindir,özünün lirik təbiəti,atəşin yanğısı ilə daha yü ksək nəcib duyğu kimi nəzərə çarpır.Bu cəhəti xüs.fərqləndirən ispan yazıçısı Serv antes yazırdı;”Sevgi elə 1eynək taxırki,ondan baxanda kasıblıq zənginlik kimi,od zərrələri qızıl və mirvari kim görünür”.Ciddi və cəlbedici məhəbbət,emosional yaxı nlığa meyl məhz ilk dəfə erkən gənclik yaşında meydana gəlir.15-16yaşda bu hissi n artıq ciddi mənəvi tələbata,insan həyatında,ünsiyyət fəal.ndə güclü amilə çevril məsindən söhbət gedə bilər.Bu yaş dövründə məhəbbət təkcə əks cinsə yönəlmiş adi həvəs,primitiv cinsi instinkt deyil,insani,sosial-mənəvi bağlılıq,başqası qarşısın da məsuliyyət və borcudur.Məhəbbətin seçici faktorları sırasında xarici görkəm, gənclik və sağlamlıq əsas amillər kimi ön planda durur.Məhəbbətin ilk mənbəyi gözəllikdir.Bu hiss yer üzərində həyatın,sivilizasiyanın qüdrətli mənbəyidir.O,insa nın yalnız şəxsi həyatına,əmək və ictimai fəal.nə deyil,həmdə onun psixikasına və hərtərəfli ink.fına təsir göstərir.Gənclər arasında tanışlıqdan başlanan,yoldaşlıq və dostluğa keçən simpatiya çox vaxt məhəbbətə çevrilir.Dərinləşən şəxsi intim müna s.r onlar arasında məktublaşma,telefonla əlaqə,görüş təyin etmə,1gəgəzinti,rəqs vəs.formaları qarşılıqlı əlaq.rdə if.olunur.Hal-hazırda yeni mobil əlaqələri,internet sevən gənclər arasında əyləncəli ünsiyyətə imkanlar açmışdır.Məhəbbət intim hiss lərdən 1i kimi gənclərin ink.nın bütöv 1kompleksi-fizioloji,psixoloji və psixoseksu al amillərin bitkin sistemidir.Gənc olan hər1 adamı belə 1sual düşündürür;görəsən insan öz həyatında neçə dəfə sevə bilər.Bu suala aydın cavab sosioloq A.Xarçeva nın fikirlərində rast gəlmək olar.”Yüngül düşüncəli adamlarda təsadüfi yaxınlıq və əyləncə fiziki yaxınlıqla nəticələnir.Əgər “Məhəbbət”dedikdə bel əyləncə nəzərdə tutulursa,onda görünürki,insan həyatda dəfələrlə sevə bilər”.
Orta məktəbin yuxarı siniflərində təhsil alan gənclər arasında uzun illər boyudur ki,psixoloqların “Gənclik gündəlikləri”adlandırdıqları zəngin psixoloji təd qiqat materialları geniş yayılmışdır.Gənclərin fikri fəal.nin məhsulu kimi bu gündəl iklər yaş psixologiyasının tədqiqat obyekti kimi zəngin faktlar mənbəyidir.
Bunlardan fərqli olaraq şagirdlərin 1-1nə ötürmə yolu ilə özləri haqqında məlumat əldə etmək istədiklər”Xatirə”dəftərləri də psixoloji fikrin ink.da əhəmiyət li rol oynayır.Lakin bu yazılar ünvanlı və imzalı olduğu üçün bəzən onların çoxu yeniyetmə və gənclərin əyləncə dairəsində məhdudlaşıb qalır,qeyri səmimi olması ilə seçilir.Belə dəftərlərdə konformist mövqe aydın görünür,çox vaxt psixoloji portretlər reallıqla uyğun gəlmir.Tanışın yoldaşın və dostun”ürəyini sındırmamaq” naminə gənclər bu yazılarında qeyri səmimi mövqe nümayiş etdirsələrdə,elmi psixologiya üçün bu dəftərlərdə xeyli material-gənclərin maraq və meyilləri,dünya görüşünün səviyyəsi,istək və arzuları,hissləri,tələbatları və idealları cəmlənmiş olur
Müasir sivilizasiya,ictimai münas.rin xarakterində baş verən proseslər hal-hazırda dərin sosiodinamik və psixodinamik dəyişikliklərə gətirib çıxarmışdır.Gən clərin həyata baxışında,həyat hadisələrinə münas.də yeni yönəlişliklər,fəal mövqe yaranmışdır.Milli-mənəvi dəyərlərə,tarixi keçmişə,bu günə və gələcəyə münas.n ye ni perspektivləri diqqəti cəlb edir.Gənclərin psixologiyasında mütilik,qeyri-tənqidi itaətkarlıq kimi xüs.r get-gedə aradan qalxır,cəsarət və tolerantlıq,vətənpərvərlik,de mokratik baxışlar,vətəndaşlıq mövqeyi və mübarizlik güclənir.
Mövzu –Gənclərin təlim fəaliyyəti və idrak proseslərinin inkişafı.
Böyük məktəb yaşlı şagirdlərin təlim fəaliyyəti öz xarakteri və məzmunu eti barilə yeniyetmələrin təlim fəaliyyətindən fərqlənir.Yuxarı siniflərdə tədris olunan yeni fənlər,proqram amteriallarının məzmunca mürəkkəbləşməsi böyük məktəblilə rin fəallığına və müstəqilliyinə yeni tələblər verir.Tədris olunan mövzuları yüksək səviyyədə mənimsəmək üçün böyük məktəblinin nəzəri təfəkkürünün yüksək ink.fı tələb olunur.Yeniyetmənin öyrənmə üsulları ilə böyük məktəb yaşı dövrünə aid proqram tələbləri arasında ziddiyyət meydana gəlir.Bi ziddiyyət böyük məktəblinin özünü təhsil bacarıqları ilə aradan qaldırılır.
Böyük məktəb yaşı dövründə şagirdlərin təlimə münas.i də dəyişir və ciddi xarakter alır.Onlar böyüdükcə təcrübələri artır,maraq dairəsi genişlənir.Müstəqil həyatın astanasına gəlib çatmış olurlar.Təlimə dərk edilmiş ,şüurlu münas.,gələcək müst.həyatda bilikərin,bacarıq və vərdişlərin əhəmiyyəti daha aydın dərk olunur.Bi liklərə tələbat müasir gənclərin xarakterik cəhətlərindəndir.Onlar dərk edirki,”Təhsil əsri”adlandırılan 21ci əsrdə elm və bilik real kapitaldır,onlara sahib olmağın yolu isə təhsil və məktəbdən keçir.Bu yaş dövründə təlimə,fənlərə seçici münas.yeniyetmələrdən fərqli olaraq peşə maraqları və peşə istiqaməti ilə bağlı olur.Onlar məktəbi bitirdikdən sonra öz həyat yollarının istiqamətini dərk edərək hansı yolu seçəcəklərini,hansı peşəyə sahib olacaqlarını qəti təyin etmiş olurlar.Bu dövrdə şagirdlərin idrak maraqları daha geniş və davamlı xarakter kəsb edir.İdman, texnika,elmin ayrı-ayrı sahələri,elektronika,ictimai-siyasi,fəlsəfi etik problemlər gənclərin maraq dairəsində əsas yer tutmağa başlayır.Həyatda öz yerini müəy.etmə k böyük məktəblinin ink.fının sosial şəraitinin başlıca komponentinə çevrilir.
Böyük məktəblinin təlimə şüurlu münas.idrak proseslərinin ink.nı stimullaş dıraraq onların ixtiyari formalarının yaranmasını təmin etmiş olur.Qavrayış,hafizə, təxəyyül,təfəkkür kimi idrak prosesləri həmçinin diqqət bu yaş dövründə iradi və idarə olunan tənzimlənən proseslər kimi özünü göstərir,onların gəncin həyati məqsədləri və fəal.t istiqamətlərindən asılığı müşahidə olunur.Müşahidəçilik əhəmi yətli dərəcədə ink.f edərək şəxsiyyətin idrak qabiliyyətlərindən 1nə çevrilir.Hafizə nin ink.fı dinamik şəkildə davam edir.Sözlü-məntiqi və mənalı yaddasaxlama özün ün yüksək həddinə çatır.Buraxılış və ali məktəblərdə test imtahanlarına hazırlıqla əlaqədar böyük məktəblinin hafizəsi hədsiz dərəcədə yüklənir və gərginliyə məruz qalır.İxtiyari hafizə dominant hafizə növü olmaqla həm təlim,həm də ictimai həyat proseslərində fəal və aparıcı rol oynayır.Keçilmiş mövzular və öyrənilən digər mat eriallar üzrə böyük məktəblilər mənalı yaddasaxlama üsullarına,bu məqsədlə plan, sxem və konspekt tərtibi kimi vasitələrə daha çox istinad edirlər.Böyük məktəb yaşı dövründə davamlı həyat maraqlarından asılı olaraq diqqətin seçiciliyi artır.On un intellektual fəal.tdə rolu və əhəmiyyəti yüksəlir.Gənc diqqətini ilk növbədə onun üçün davamlı və əhəmiyyətli olan obyektlərə doğru yönəldir.Təlim prosesin də təfəkkür fəal.tə gətirilən biliyə,həmdə bilik əldə etmə vasitəsinə çevrilir.Təlimdə xüs.lə yoxlama yazı ,laboratoriya və praktik işlərin icrası zamanı fikri fəal.n rolu və əhəmiyyəti yüksəlir.Təfəkkür fəal,müstəqil və yaradıcı məzmun kəsb edir.fikri əmə liyyatlar habelə isbat,ümumiləşdirmə,mücərrədləşdirmə,əsaslandırma,səbəb nəticə asılılıqlarını aşkar etməyə yönəldilmişfikri əməliyyatlar fəal şəkildə üzə çıxır.Təfək kürün ink.fı nitqin obrazlılığına,məntiqiliyinə,öz fikrini sərbəst if.etmək bacarıqları nın formalaşmasına gətirib çıxarır.Gənclərin nitqinin strukturu mürəkkəbləşir,lüğət fondu zənginləşir və ünsiyyət fəaliyyətində verbal imkanlar artır.Böyük məktəb yaşı dövründə nitq mədəniyyəti və nitq etiketi xeyli dərəcədə ink.f edərək üm.mədə ni səviyyənin mühüm amilinə çevrilir.



Yüklə 182,11 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin