Mövzu—Uşaq psixologiyasının mövzu və vəzifələri. Plan


Mövzu---Psixikanın ontogenezdə inkişafının qanuauyğunluqları



Yüklə 182,11 Kb.
səhifə6/25
tarix17.10.2023
ölçüsü182,11 Kb.
#156402
1   2   3   4   5   6   7   8   9   ...   25
Uşaq psixologiyası-1

Mövzu---Psixikanın ontogenezdə inkişafının qanuauyğunluqları.
---Plan;
1) Psixikianın ontogenezdə inkişafının səbəbləri və q\bərabərliyi.
2) Psixi inkişafın yaş dövrləri və onların qısa xülasəsi.
3) Psixi inkişafda sürətlənmə və retordasiya halları.
4) Psixikanın senzitiv dövrləri, psixi yeni törəmələr.
5) Psixi inkişafda aparıcı fəaliyyət prinsipi.
6) Psixi inkişafın ləngiməsi halları,onların səbəbləri və sensor qüsurlar şəraitində psixikanın inkişafı.
Psxikanın ontogenezdə inkişafı dedikdə uşaq anadan olandan ömrünün sonuna qədər keçdiyi fərdi psixi inkişaf nəzərdə tutulur. Psixoloji ədəbiyyatda şəxsiyyətin psixi inkişafının 3ümumi qanunauyğunluğu qeyd edilir. 1) Psixi inkişa fın qeyri-bərabərliyi—uşağın mənəvi aləminin, psixi proses və xassələrinin ayrı-ay rı dövrlərdə müxtəlif sürətlə inkişafında, akselerasiyasında yaxud gec təzahür etməsin də, eyni inkişaf səviyyəsində olmamasında ifadə olunur. İnkişafın bu qanunauyğun luğu təlim-tərbiyə şəraitindən, uşağın anatomo-fizioloji, biokimyəvi xüsusiyyətlərindən, orqanizm və mühitin qarşılıqlı təsirindən, sinir sisteminin genotipindən asılı dır.
2) Psixi inkişafın inteqrasiyası—psixi proses və xassələrin davamlılığı və sabitliyi ilə bağlı olub, onların şəxsiyyətin daimi əlamətlərinə çevrilməsi prosesində özünü göstərir.
3) Psixi inkişafın kompensasiyası—qanunu isə 1psixi funksiyanın sürətlə inkişaf edərək zəif inkişaf edən və ya inkişaf etməyəni əvəz etməsi şəklində başa düşülmə lidir.
Psixikanın inkişafında eterxronluq qeydə alınıb. Belə ki psixika sadədən mürəkkəbə doğru düz xətt boyunca deyil, spiralvari keçmişin yeni məzmunda təkrarlanması ilə gedir.Müəyyən yaş dövrlərində bu və ya digər psixi funksiyanın inkişafı ön plana keçir,digər funksiyalar isə onun fonunda inkişaf edir.Kiçik mək təbli yaşı dövründə hafizənin inkişafı ön plana keçir,digər psixi funksiyalar onun fəaliyyətini idarə edir.Psixikanın ontogenetik inkişafında aşağıdakı əsas xüsusiyyət lər qeyd olunur.
1)—Uşaqlıq dövründə psixi dəyişikliklər—funksiyalar intensiv gedir,sonrakı dövrdə sabitləşir.Qocalığa doöru isə psixi inkişafda tənəzzül qerd olunur.
2)—Psixikanın ontogenetik inkişafı stabil və böhran yaşlarla müşayiət olunur.
3)—Ontogenetik inkişaf prosesində psixi inkişafda həm ləngimələr,həm də sürətlənmələr qeyd olunur.
4)—Ontogenetik inkişaf prosesində hər1yaş dövründə özünəməxsus aparıcı fəaliyyət növləri və yeni psixi törəmələr mövcuddur. Psixikanın ontogenezdə inki şafının qeyri-bərabərliyinin əsas səbəbləri təlim-tərbiyə işinin necə qurulması,sosi al mühitin təsiri ilə şərtlənir.
--2)—Psixikanın ontogenetik inkifını aşağıdakı yaş dövrlərinə ayırırlar. a) Prenetal yaş dövrü (ana bətni). Bu dövrdə uşağın sinir sistemi, skeleti, beynin müvafiq struktur ları formalaşır. Onun beyninin yarımkürələr qabığı psixikanın sonrakı inkişafına hazır olur. Ana bətnində olan döl xarici aləmlə ana vasitəsilə əlaqədə olur.
--2)—Çağalıq, körpəlik yaşı dövrü—Anadan olandan 1yaşadək. Bu yaş dövründə uşağın ilkin şərti refleksləri inkişaf edir.Yeni müvəqqəti sinir rabitələri yaranır. Öm rün 2-ci ayının sonunda “ Canlanma kompleksi ” büruzə verir. Uşaq oturmağı, iməkləməyi, bəziləri isə yeriməyi öyrənir.
--3)—Erkən uşaqlıq yaşı dövrü—1-3 yaş. Bu dövrdə uşaq artıq yeriməyi öyrənir, nitqə yiyələnir, psixi proseslər sürətlə inkişaf edir. Əşyalardan təsnifatı üzrə inkişaf etməyi öyrənir.
--4)—Bağça və ya m\qədər yaş dövrü—3-6yaş. Uşaqğın oynamağa meyilləri artır, idrak prosesləri sürətlə inkişaf edir. Şəxsiyyətin ilkin təzahürləri özünü büruzə verir İdrak maraqları artır.
--5)—Kiçik məktəbli yaşı dövrü—6—10yaş. Uşağın artan idrak tələbatları təlim fəaliyyəti vasitəsilə ödənilir. Onların idrak prosesləri əsasən təlim çərçivəsində inkişaf edir.
--6)—Yeniyetməlik yaşı—10—11,14-15 yaş. Yeniyetmələrin təlimə marağı azalır, yaşıdları ilə ünsiyyətə olan maraqları artır. Mənəvi əxlaqi, və mənlik şüurları inkişaf edir.
--7)—Erkən gənclik yaşı dövrü—15-18 yaş. Bu yaş dövründə dünyagörüşü və əqi dələrin formalaşması başlayır. Öz müqəddaratını təyin etmə ön plana çıxır.
3)—Psixikanın ontogenetik inkişafı prosesində Akselerasiya və ya sürətlən mə, Retordasiyaya rast gəlmək olur. Akselerasiya hadisəsi alimlər tərəfindən son 10illiklərdə qeyd olunub. Belə ki,əgər 40-50il əvvəl uşaqda yeniyetməlik yaşı dövrü 12—13yaşda qedə alınırdısa hal-hazırda bu 10-11yaşlıarda qeyd olınır. Səbəb akselerasiyadır. Alimlər akseslerasiyanı təşkil edən amillər arasında E.T.T.,informasya bolluğu, qidanın tərkibində karbohidratların çoxalmasında və yer kürəsində iqlimin istiləşməsində göstərirlər. Akselerasiya ən çox ontogenetik inkişafın ilkin mərhələlə rində,yeniyetməlik yaşı dövründə qeydə alınır.
Inkişafda Retordasiya dedikdə onun ləngiməsi başa düşülür.Buna 1sıra amil lər təsir göstərir ki.bunlara da tərbiyə işinin düzgün qurulmaması,müxt.mənşəli kəl lə beyin travmaları,infesion xəstəliklər,uşağın özünün düzgün qidalanmaması vəs. Səbəblər olur.Akselerasiyanın nəticəsi kimi Vunderkind-(qəribə uşaqlar-alman) uşaqları göstərmək olar.Beləki,uşaq yaşına uyğun olmayan xüsusi istedada malik olurlar.Retordasiyanın nəticəsi kimi infantilizmdir(infantilizmə xasxüsusiyyətlər). Belə uşaqlar bütün parametrlərə uyğun gələn yaşıdlarından geri qalırlar.Onların bo yu,fiziki,psixi inkişafı yşıdları ilə eyni səviyyədə olmur,geri qalır.İnfantilizmin fiziki,psixi,psixo-fiziki şəxsiyət formalarını ayırırlar.
4)Ontogenetik inkişafın ayrı-ayrı dövrlərində müəy.senzitivlik-həssaslıq qey də alınır.Buna görədə yaş psixologiyasında senzitiv yaş dövrləri ayrılır.Yəni bu və ya digər psixi funksiyaların sürətli inkişafı qeydə alınır.Bu zaman müəy.psixi funk siyanın inkişafı üçün daha əlverişli şərait yaranır.məs.erkən uşaqlıq yaşı dövründə nitqin inkişafı, dilin mənimsənilməsi üçün əlverişli şərait yarandığı üçün senzitiv yaş dövrü adlanır. Kiçik məktəbli yaşı dövründə uşağın savad öyrənməsi üçün vəs. Əgər uşaq 1-ci sinfə 6-7 yaşda deyil, 10-15yaşda gedərsə onun savad öyrənməsində müəyyən problemlər ola bilər. Psixi yeni törəmə anlayışını Yaş psixologiyasına L.S.Vıqotski gətirmişdir. O belə 1ideya irəli sürür ki, böhran yaş dövrləri sona çatana qədər hər1yaş dövründə özünəməxsus yeni törəmələr müşaiət olunur. Psixi yeni törəmə ilk dəfə büruzə verən yenilik nəzərdə tutulur. məs. çağalıq yaşı dövründə psixi yeni törəmə kimi “ Canlanma kompleksi ” , yeniyetməlik yaşı dövründə yaşlılıq hissinin meydana gəlməsi vəs.
5) Müasir psixologiyada belə1müddəa qəbul olunmuşdur ki, psixika və şəxsiyyət fəaliyyət və ünsiyyət prosesində inkişaf edir. Psixologyada fəaliyyət kateqoriyası məşhur rus psixoloqu Rubinşteyn işlətmişdir. Bundan sonra aparıcı fəaliyyət prin sipini elmə A.N.Leontyev gətirmişdir. Onun konsepsiyasına görə psixi inkşafın ayrı-ayrı yaş dövrlərindəözünəməxsus aparıcı fəaliyyət növü mövcuddur. Aparıcı fəaliyyət o fəaliyyət növünə deyilir ki, həmin fəaliyyət çərçivəsində konkret yaş dövr lərində insanın psixikası və şəxsiyyəti fəal şəkildə inkişaf edir. Leontyev ayrı-ayrı yaş dövrlərinə xas olan aparıcı yaş dövrlərini ayırırdı.Erkən gənclikyaşı dövründə aparıcı fəaliyyət peşə təlimi fəaliyyəti növüdür.İnsan əmək fəaliyyətinə başladığı dövrdən isə onun həyatında aparıcı fəaliyyət əmək fəaliyyətidir.
6)Psixi inkişafın ləngiməsi dedikdə onun inkişafdan geri qalması nəzərdə tu tulur.Psixi inkişafın ləngiməsi halları 2formada özünü göstərir.
a)psixi inkişafın müvəqqəti ləngiməsi, --b) əqli inkişafın geri qalması—yaxud ağıl dankəmlik.Psixologiyada bu Oliqefreniya adlanır.Hər 2si psixi inkişafın tempinə təsir göstərir.Uşağın əqli sferasında qüsurlar əm.gətirir.Psixi inkişafın müvəqqəti ləngiməsi müvəqqəti xarakter daşıyır.Müalicəvi tədbirlər və məqsədyönlü təlim-tərbiyə nəticəsində müəyyən müddətdən sonra bunu aradan götürmək mümkündür. Nəticədə uşaq öz həmyaşıdlarına çatır.Ağıldankəmlik isə ömürlükdür və bunu ara dan qaldırmaq mümkün deyil.Birinci müvəqqəti,ilinci isə ömürlükdür.Bu qüsurlar anadangəlmə səbəblərdən və başqa sonradan yaranan səbəblərdən əm.gələ bilər. Anadangəlmə səbəblərə dölün anabətnində aldığı kəllə beyintravması,valideynlə rin xüsusən ananın keçirdiyi infeksion xəstəliklər,kişi cinsi hüceyrələrində xromo som cütlərinin uyğun gəlməməsi,qanun rezus faktorunun uyğun gəlməməsi vəs. Sonradan əmə gəlmə səbəblərə isə uşağın 3yaşa qədərki dövrdə aldığı kəllə-beyin travması, keçirdiyiy müxtəlif Infeksion xəstəliklər—suçiçəyi, qızılca və s ola bilər. Valideynlərin narkomaniyaya və ya alkoqolizmə qurşanması—psixi inkişafın ləngiməsinə səbəbdir.
Sensor qüsurlar –eşitmə, görmə və nitq qüsurlarıdır. Sadalanan qüsurlar psixologiyada ilkin deffektlər kimi qiymətləndirilir və onlar 2-ci dərəcəli qüsur ların əmələ gəlməsinə zəmin yaradırlar. İkinci dərəcəli qüsurlar psixi proseslərin inkişafında emosional iradi sferanın inkişafında, xarakterin formalaşmasında büruzə verir. Sensor qüsurlar insanların ətraf aləmdən aldığı informasiyanın məhdudlaşmasıdır. Bu da bütövlükdə psixi inkişafa ləngidici təsir göstərir.



Yüklə 182,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin