Mövzu—Uşaq psixologiyasının mövzu və vəzifələri. Plan


Mövzu ---Psixi inkişafın yaş dövrləri



Yüklə 182,11 Kb.
səhifə7/25
tarix17.10.2023
ölçüsü182,11 Kb.
#156402
1   2   3   4   5   6   7   8   9   10   ...   25
Uşaq psixologiyası-1

Mövzu ---Psixi inkişafın yaş dövrləri.
Plan;
1)Yaş dövrlərinin təsnifatını zəruri edən amillər.
2)Yaş dövrlərinin təsnifatı.
3)Yaş dövrlərinin təsnifatına alternativ yanaşmalar.
a)Z.Freydin təsnifatı.
b)E.Erikson təsnifatı.
c)J.Piajenin təsnifatı.
d)Q.Olportun təsnifatı.
Uşaqlıq dövrünün təsnifarı ilə bağlı müx.yanaşmalar var.Bu yanaşmalar bioloji,fizi oloji və psixoloji inkişafın göstəricilərinə əsaslanmaqla özünəməxsus tərzdə izah olunur.Psixi inkişafın mərhələləri və onun hərəkətverici qüvvələri haqqında irəli sürülən bu fikirlər lik növbədə ontogenetik inkişafın keçid mərhələləri ilə əlaqələn dirilir.Həmin keçid mərh.ri böhran dövrləri adlandırılır.Psixologiyada uşaqlıq dövr lərinin təsnifatı a) təlim-tərbiyə işinin qurulmasının strategiyasını müəyyənləşdir məyə imkan verir.—b)—uşaqların intellektual və sosial inkişafının düzgün tənzim lənməsi dövrləşmə probleminin obyektiv həlli ilə şərtlənir.—c)—uşaqların psixi in kişaf məs.rinin praktik təşkili dövrləşmə probleminin səmrəli həlli ilə bağlıdır.
--2)—Yaş dövrlərinin təsnifatı—Z.Freyd.
Yaşlar -0—1yaş -----Oral dövr
-2—3yaş-----Anal dövr
-3—6yaş-----Fallos dövrü
-6—12yaş---Latent dövr
-12—20yaş---Genital dövr
E. Meyman uşaqların yaş dövrlərini əqli inkişafın xüsusiyyətləri ilə fərqlənən 3mərhələdə qruplaşdırır.---Anadan olandan 7yaşa qədər.7---12yaş, ;12—16yaş.
E. Klapared psixi inkişafın yaş dövrlərini 4 mərhələdə qruplaşdırırdı. Onun qruplaş ması zahiri görünüşə və qavrayışın inkişafına əsaslanırdı.
Anadan olandan 2yaşa qədər; 2—3yaş—nitqin inkişafı yəni sözlü mərhələ.
3—7yaş—intellektual inkişaf,əqli maraqlar.
7—12yaş—uşaqlarda fərdi xüsusiyyətlər və meyllər üstünlük təşkil edir.
A.Vallon inkişafın 7mərhələsini müəyyən etmişdir.
--Bətndaxili mərhələ.
--Hərəki intensivlik mərhələsi. Anadan olandan 9aya qədər.
--Emosional mərhələ. 1—3yaş.
--Sensomotor mərhələ. 1yaşdan 3—4yaşa qədər.
--Personalizm mərhələsi. 3—5yaş.
--Fərqlənmə mərhələsi. 5—11yaş.
--Cinsi yetişmə mərhələsi.Yeniyetməlik və gənclik illəri. A.Vallon qeyd edirdi ki, bu mərhələlər müstəqildir və 1-1ni əvəz edir.
--Yaş dövrlərinin təsnifatına alternativ yanaşmalar. Z.Freyd.
Birinci mərhələ; Oral ( körpəlik ) dövr. (0—2yaş). Qida uşağın əsas tələbatıdır. Buna görədə uşağın əksər tələbatları ağız vasitəsilə əlaqədardır. Məhz buna görədə bu dövr üçün latın dilində ağız mənasını verən oral sözündən istifadə etmişdir. Bəzən uşaq öz tələbatını ödəyə bilmədikdə qışqırıb ağlamalı olur. Belə davranış uzun müddət davam etməzsə, özünü sakitləşdirmə vərdişləri aşılayır və qəzəbdən qorunma mexanizmlərini inkişaf etdirir. Amma öz tələbatını ödəyə bilmədikdə onda infantillik, asılılıq keyfiyyəti formalaşır. Bu isə böyüdükdən sonra özünü konformizm və ya neqativ davranış formasında büruzə verir.
İkinci mərhələ;Bu mərhələ cinsi yetişkənliyin başlanmasına qədər davam edir və --libido subyekt adlanır.Bu dövr onunla seçilirki,uşaq öz instinktiv tələbatını ödəmək üçün heç1xarici obyektə ehtiyac hiss etmir.Freyd bu dövrü –narsizm—mərhələsidə adlandırır.Bu mərhələdə uşaq özünə nəzər salır.Ətrafdakı əşyalardan öz öz tələbatı nı ödəmək üçün istifadə edir.Narsizm özüdə 1neçə mərhələdən ibarətdir.1ci mərh. (anal dövr.2—3yaş) 3yaşa qədər davam edir.Bu dövr ayaqyolu təliminin başlandığı dövrdür.Ayaqyolu təlimini icra edərkən uşağı hazır olmadığı halda məcbur etmək onda 2tip təsirdən 1nin inkişafına səbəb olur.
Psixoloji cəhətdənFreyd qeyd edirki,uşaqları istəmədiyi şeyi etməyə məcbur etmək olmaz.Bu zaman uşaq ananın hərəkətini qınayır.Gələcəkdə--davakar,hirsli xarakter kimi özünü büruzə verə bilərBu xüsusiyyətdə olan şəxslər əziyyətvermə, dağıtmaq,əsəbilik,pintilik,səliqəsizlik kimi zahirdən görünən davranışları özündə əks etdirə bilər.1başqa halda ananın təzyiqlərinə məruz qalmamaq üçün uşaq nəcisi bağırsaqlarında tutmağa üstünlük verir.Bu xarakteri inkişaf etdirən şəxslər yeniyet məlik dövrlərindədə hislərini büruzə verməkdən qaçan,ifrat tənqidçi,nizam-intizam lı,əşya və pul yığan,lakin xərcləməyən 1şəxs kimi formalaşa bilər.
Fallos dövrü;(3—6)Cinsi kimliyin əsasının qoyulduğu dvrdür.U.ağın diqqəti tədricən sisiyyət orqanlarına yönəlir və cinsiyət orqanları yeni həzz mənbəyinə çev rilir.Oğlan və qızlarda cinsi fərqlər özünü bariz şəkildə göstərir.Freyd fallos mərhə ləsini qızlar üçün daha böhranlı hesab edir.Valideynlərlə münasibətdə gərginlik yaranır.Uşaq öz həmcinsi olan valideyindən qorxur.həm də onu əks cinsdən olan valideyinlərə qısqanır.
Artmaqda olan intellektual fəallıq maraqları ödəmək,sadə məs.ri həll etmək imkanı verir.Adətən valideynlər müəyyən çərçivədə bu təşəbbüsü təqdir edir və uşaqda ləyaqət hissini tərbiyə edirlər.Beləliklə fallos mərhələ şəxsin özünə qarşı münasibətin formalaşması üçün mühüm əhəmiyyət kəsb edir.Bu mərh.anormal ke çərsə narsistik tip şəxsiyyət formalaşır.Bu tipə qeyri-yeniyetməlik hissi,ən xırda ha disələrə qarşı həssalıq,başqalarının rəyindən hədsiz asılılıq xasdır.
Latent dövr(7-12yaş);cinsi maraq və istəklərin gizlədildiyi bu dövrdəuşaqlar ehtiras və hisslərini nəzarət altında saxlamağa çalışırlar.Uşaq 1tərəfdən cinsi istək və maraqları olduğunu hiss edəcək, digər tərəfdəndə bu enerjisini başqalarına,insan lararası əlaqələrə və dərs oxumağa istiqamətləndirəcəkdir. Bu dövrdə özünə inam hissi artmağa başlayır, dostlar qazanır və bununla əlaqədar cəmiyyətdəki rollarını öyrənib mənimsəməyə başlayır. Uşaq özünü öz cinsinin nümayəndələri ilə eyniləş dirməyə çalışır. Qrupdaxili davranış standartlaının ödənilməsi ünsiyyət vərdişləri nin yaxşı mənimsənilməsinə xidmət edir.
3-cü mərhələ--Gential dövr (12yaşdan yuxarı) 12yaşdan başlayıb insanın gənc yeniyetməlik dövrünə qədər davam edir. Fiziloji və psixoloji cəhətdən püxtələşmə yə başlayan gənclərdə hormonların təsiri ilə 1sıra proseslər baş verir. Bu dövrdə əsas problemlərdən 1i olaraq anavə ata ilə mübahisə edən övladın özünü sübut et mək üçün öz yoldaş çevrəsi ilə daha çox münasibətdə olması nəzərə çarpır. Bu yaşda uşaqlar sosial fəaliyyətlərə qatılmağa üstünlük verirlər. Gənc özünü tanıyıb püxtələşərkən cəmiyyətdə gəncdən müəy.davranışlar gözləyir. Gənc bu rolları da mənimsəməyə çalışır. Gənc özünə uyğun sənəti seçmək üçün əmək sərf edir. Gene tal dövrü müvəffəq 1şəkildə keçən şəxslərdigər insanlarla sağlam münasibətlər qu rurlar,həyatdan zövq alan,yaradıcı və xəşbəxt 1insan olurlar. Müvəffəqiyyətsizlik isə cəmiyyətdə və fərdi sferada sağlam bacarıqlı 1şəxsiyyət kimi formalaşmasına əngəl olur. Bu dövrə məxsus uşaqlar yaradıcı, öz qüvvələrini istifadə etməyi bacaran ətrafla normal münasibətdə olan, insanları sevən və hörmət edən təbii insan tipidirlər.
Erik Eriksonun təsnifatı; Amerika psixolqları dövrləşmə probleminə münasi bətində bioloji amillərə üstünlük verirlər. Şəxsiyyətin inkişafında tələbatların rolu, bu zəmində uşaqlarda baş verən psixoloji böhran önə çəkilir. Erikson insanın yaş dövrlərini ümumilikdə 8 mərhələyə bölür və şəxsiyyətin inkişafı haqqında frey dizm nəzəriyyəsinə uyğundur. 1-ci sütunda yaş dövrləri, 2-cidə bu dövrlərə münasib yaş hədləri, 3-cüdə yaş dövrlərinin real ( pozitiv ) və mənfi (neqativ) komponentləri, sonuncuda isə şəxsiyyətin “ Mən” inin hər1yaş dövründə qazanılmış müvəffəqiyyətli üstün cəhətləri sadalanır.
Yaş mərh.ri Yaşlar Psixososial böhran Fəal cəhət
1.Anal-hissi Anadan ola Əsaslı etimad--əsaslı Ümid
ndan 1yaşa Etimadsözlıq
2.Sözlü-cinsi 1—3yaş Utancaqlıq və sərbəstlik İradi qüvvə
--şübhə
3.Lokomotor— 3—6yaş Təşəbbüskarlıq—gü Məqsəd
--genital nahkarlıq
4.Gizli oyanma 6—12yaş Əməksevərlik-nata Etibar
mamlıq
5.Yeniyetməlik 12—19yaş Özünəbənzərlik-çalpa Sədaqət
şıq hərəkətlər
6.Erkən uşaqlıq 19—25yaş Məhrəmlik-özünütəc Məhəbbət
ridetmə
7.Orta yaşlılıq 25—64yaş Məhsuldarlıq-dur Qayğı
ğunluq
8.Son yaşlılıq 64-ölənə Özünütamamlama- Müdriklik
qədər ümidsizlik
E. Eriksonun şəxsi mülahizələrinə görə ( epigenezis prinsipi ) hər 1mərhələ özündən əvvəlki mərhələdə konfliktlərin həlli tərzi, onun yeni mərhələdə inteqrasiyası ilə şərtlənir. O göstərir ki. hər1yaş dövrü inkişafın genetik amillərlə tənzimlənən nəticələrinə malikdir. Böhranın bu vəya digər dərəcədə həllinə uyğun olaraq insanın təkamülü əvvəlki hər1mərhələdə baş vermiş psixi hadisələr əsaında gedir.
j. Piaje yə görə ontogenezdə psixi inkişaf mərhələləri intellektin inkişaf mər hələləri ilə müəy.olunmalıdır. O, psixikanın inkişafına uyğun olaraq intellektin inki şafının da 4mərh.dən ibarət olduğunu qeyd etmişdir.
--Sensomotor intellekt dövrü; 0—2yaş ( sensomotor ).
--Əməliyyataqədərki dövr; 2—8yaş ( əməliyyatqabağı ).
--Konkret əməliyyatlara hazırlıq və onun təşkili dövrü; 2—8yaş ( konkret əməliyyatlar)
--Formal əməliyyatlar dövrü;11—15yaş(formal əməliyyatlar)
Bu bölgüyə görə məktəbəhazırlıq dövrü 2ci mərhələyə təsadüf etməklə özüdə 3mərhələyə ayrılır;
--Təmsilçi (reprezentativ) təfəkkürün yaranması; 2—4yaş.
--Sadə təsəvvürlər və intuisiya; 4,5—5yaş.
--Təsəvvürlərin differensiallaşması; 5,5—7yaş.
Piaje hesab edirki, məhz bu hazırlıq mərhələsində təfəkkür və nitqdə baş verən inkişafın nəticələri öz bəhrəsini məktəb yaşı dövründə göstərir. Təlimə hazırlıq dövründə uşaq ətraf aləmdə özünü asanlıqla istiqamətləndirir. Davranış stabilləşir, möhkəmlənir. Özünün əqli fəaliyyətə adaptasiyasında da ilk dəfə olaraq ağıllı, düşüncəli varlıq təsiri yaradır. Məlumdur ki, kifayət qədər davamlı, nizamlı an layışlara malikdir. Beləliklə 5 yaşlı uşaq yüksək koqnitiv funksiyaların icrasının da şıyıcısı ola bilər. Əvvəllər sesomotor səviyyədə icra olunan əməliyyatlar 5 yaşda daxili amillərə əsaslanmaqla real aləmin simvolik ifadəsinə çevrilir.
Q. Olportun təsnifatı .—Müasir psixologiyada şəxsiyyət fərdiyyətin bütün sahələri nin inteqrasiyası vəstrukturu kimi qəbul edilir. Olport hesab edirki, motiv və məqsədi, dəyərləri, hissləri və meyilləri təşkil edən,1ləşdirən hansısa prinsip var. Dərketmə problemlərinin həlli, insan təbiətinin izahı üçün göstərilən psixi amilləri ümumiləşdirə bilən konstruktorlar gərəkdir. Olport bu funksiyanı yerinə yetirən amili proprium—termini ilə ifadə edir. Bu termin müəllifə görə--daha va cib və mərkəzi”olan kimi başa düşülməlidir.O,propriumda 1-1ni əvəzləyən yaş dövrlə rini 7mərhələyə bölür.
Yaşın səciyyəvi xüs.ri Yaş mərhələləri
Öz bədənini hiss etmə anadan olandan 1yaşa qəd
Özünə məxsus olanları hiss etmə 1—2yaş
Özünə hörmət 2—4yaş
Özəlliyn artması 4—6yaş
Özü haqqında obrazın yaranması 5—6yaş
Özünüidarəetmə 6—12yaş
Propriativ cəhdetmə 12yaşdan yuxarı
Göründüyü kimi Olport şəxsiyyətin inkişafının müxt.mərhələlərinin ancaq başlanğı cını göstərir.1ci aspekt istisna olmaqla proprium digər 6mərhələnin başa çatmasına məhdudiyyət qoymur. Hər 1fərdin psixoloji imkanlarına uyğun olaraq inkişaf dina mikası müxtəlif cür ola bilər. Ümumiyyətlə o hesab edir ki, insanın məs.n 5-6 yaşında özü haqqında yaranmağa başlayan obrazı ömrünün sonuna qədər formalaşmaqda davam edir.
Mövzu ---Çağalıq və körpəlik yaşı dövründə uşağın inkişafının psixoloji xüsusiyyətləri.
Plan;
1) Yeni doğulmuş uşağın anatomo-fizioloji xüsusiyyətlərinin ümumi səciyyəsi ( reseptor, şərti və şərtsiz reflekslər ).
2) Canlanma kompleksi və onun əmələ gəlməsinin şərtləri.
3) Böyüklərlə bilavasitə emosional ünsiyyət aparıcı fəaliyyət kimi.
4) Nitqin mənimsənilməsinin ilkin şərtlərinin formalaşması.
5) Həyatın 1ci ilində yapışmanın inkişafı və onun psixi inkişafda rolu.
6) Körpələrin hərəki və reseptor sferasının inkişafı, körpələrin fərdi fərqləri.
Antrometrik ölçülərə görə yeni doğulmuş çağanın bədəninin uzunluğu 50 sm döş qəfəsinin və başın çevrəsi 30sm,oturaq vəziyyətdə boyu 32sm, çiyinləri eni 10sm, 1dəqiqədə ürək döyüntülərinin sayı 134-ə bərabər olur. Çəki orta hesabla 3250q. Müəyyən edilmişdir ki,ata və ana nəsli xətti ilə keçən irsi xüsusiyyətlər, onların yaşı, həyat şəraiti, peşəsi, uşağın doğulması vaxtı və s kimi amillər uşaqların çəki və boy göstəricilərinə təsir edir. Doğulduqdan 2-4 gün sonra çəkidə azalma baş verir. Çox çəkmədən 15 gündən sonra uşaq həyatının 1-ci ayı ərzində onların çəkiləri orta hesabla 800q sonrakı hər1ay ərzində 50q. az olmaqla artır. 5aylıqda çəkisi 6250—6500q, 1yaşın sonunda 9500-9800q.a çatır.
Əgər yeni doğulma anında uşağın boyu 50sm. olursa1-ci 3ayda onların boyu 9sm. 2-ci 3ay ərzində 8sm, sonrakı 6ay ərzində cəmi 3,5sm artır. və 1yaşın sonunda uşağın boyu 73-75sm. çatır. Boy artımı göstəriciləri 5yaşında 100sm. 14-15yaşında 150sm. ə çatır. Uşaqlarda ən çox böyümə halları yay aylarına təsadüf edir. Avqust-dekabr aylarında boy atma tempi zəif baş verir. Böyümə sürəti endogen mərkəzi sinir sistemi, endokrin vəziləri ) və ekzogen ( mühit, şərait, qida vəs) amillərdən çox asılıdır.Həyatın ilk aylarında böyümə sinir sistemi, habelə timus vəzisi ilə, 3-4aydan başlayaraq qalxanabənzər vəzi ilə tənzim olunur.1qədər sonra uşağın həyatının 5-7 ilində hipoviz vəzisinin ön payının fəaliyyəti xeyli güclənir, cinsi yetişkənlik dövründə öz fəaliyyətinin yüksək həddinə çatmış olur.
Tibbi tədqiqatlar nəticəsində müəyyən Olunmuşdur ki, bədən uzununa və eninə böyüdükcə, onun ayrı- ayrı hissələrinin xüsusilə kəllənin və döşün konfiqurasiyası da dəyişir. Kəllənin ayrı- ayrı sümüklərinin böyüməsi ilə əlaqədar olaraq, alın və təpə qabarları itir, alın - burun yastığı və qaşüstü qövslər yaranır. Kəllədə böyük relyeflik baş verir, gicgah və peysər xətləri, peysər qabarı əmələ gəlir. Uşaqlıq dövründə kəllənin daha intensiv böyüməsi həyatın ilk 3-4ilində, xüsusən 1yaşında müşahidə olunur. Südəmər uşaqlıq dövründə ( ilk 14-12 ay) onurğa sütunu elastikdir. və onun “S” şəkilli əyriliyi yoxdur. 6-7yaşlardan sonra elastiklik yox olduğuna 14yaşınadək onurğa arası sahə qığırdaqla dolu olduğu üçün bədənin düzgün duruş vəziyyətində saxlanılması vacibdir. Düzgün olmayan oturuş formaları onurğanın “skolioz”,və “kifozlar”adlanan əyilmələrinin meydana gəlməsinə səbəb ola bilər.
Daimi dişlərin çıxması 4dövrə ayrılır;
1)İlk daimi dişlərin çıxması(5—7yaş)
2)Süd dişlərinin daimi dişlərlə əvəz olunması(6—8yaşlardan 13—14yaşadək)
3)Üçüncü daimi dişlərin çıxması( 12—14yaş)
4)Ağıl dişlərinin çıxması( 18—22yaşlar)
Uşaqlarda sinir sisteminin inkişaf xüsusiyyətlərinin öyrənilməsi uşaq psixologiyası elmi üçün əhəmiyyətlidir.Beyin psixikanın maddi substratı olduğuna görə,uşaqlarda sinir psixi fəaliyətin inkişaf dinamikasını izləmək olduqca vacibdir. Körpənin həyatının ilk 10-14 günləri ərzində anadangəlmə qida refleksləri əsasında ilk şərti reflekslər formalaşır. Bu prosesdə şərti qıcıqlandırıcılar rolunda mürəkkəb taktil-proprioseptiv qıcıqlandırıcılar iştirak edir. 3-cü aydan etibarən görmə qıcıqlan dırıcılarının təsiri altında müsbət şərti reflekslər əmələ gəlir. Fizioloqlar yeni doğulmuş körpənin ilk şərtsiz refleksləri sırasında onun orqanizminin əsas sistemlərinin ( tənəffüs, qan dövranı ) işini təmin edən 1sıra reflekslərin adlarını çəkirlər. məs. iynə vurarkən körpədə dərinin sərtləşməsi, güclü işıq selinin təsiri ilə gözlərin yumulması kimi müdafiə refleksləri müşahidə olunur. 2aya qədər uşaqlarda müdafiə reflekslərinin sırasında qıcıqlanma refleksinin adını çəkmək olar. Bu qorxu zamanı ananın qucaqlama formasında formasında təzahür edir. Həyatın ilk günlərində uçaqda Robinzon refleksi adlanan ovuciçi refleks də müşahidə olunur. Psixoloqlar buna yapışma və ya “ meymun” refleksidə adlandırır. Babin refleksi adlandırılan ayaqaltı refleksdir ki, 2yaşadək müddət ərzində müşahidə olunur. Uşağın ayağının altını küt1şeylə qıcıqlandırdıqda onun ayaq barmaqları aralanır.
Uşağın orqanizmi ilə xarici mühit arasında ən sadə qarşııqlı təsir forması məhz anadangəlmə və ya ilk şərtsiz reflekslərdir. Bunlar mərkəzi sinir sisteminin (onurğa beyin və böyük yarımkürələrin qabıqaltı hissələri) ibtidai hissələrinin funk siyalarından ibarətdir. Məhz bu hissələr arasında daimi sinir əlaqələri mövcuddur. Bu vəya digər qıcıqların müvafiq reseptorlara təsiri ilə körpədə əmmə, sıxma, itələmə kimi reaksiyalar büruzə verir. Körpəlik dövründə ilk şərtsiz reflekslərdən bələdləşmə refleksinin xüsusi əhəməiyyəti vardır. Bu refleks uşağın bütün psixi inkişafı prosesində özünün idraki məzmunu ilə fərqlənir. Onun ilkin və elementar forması uşağın nəzərlərinin əlvan, parlaq əşyalara doğru yönəlməsində ifadə olunur. Fizioloqların “ Ataviristik ” reflekslər adlandırdıqları reflekslər müşahidə olunur. Bu əşyaların ağıza aparma formasında özünü göstərir.
Psixoloqlar uşağın emosional sferasında yaranan sintetik hərəkətləri “ Can lanma kompleksi ” adlandırırlar. Bu fenomen ilk dəfə N.M.Selivanov tərəfindən ötən əsrin 20-ci illərində kəşf olunmuşdur. O canlanma kompleksində 4 əsas komponenti qeydə almışdır;
1—Görmənin mərkəzləşməsi;
2—Təbəssüm;
3—Hərəki canlanma;
4—Vokalizasiya(qırıq-qırıq səs çıxarma)
Körpəlik dövrünün sonunda uşağın hərəki fəallığının artması zəminində ele mentar manipulyasiyadan əşyaların funksional,həqiqi xüsusiyyətlərinin müəy.edil məsinə yönəlmiş əşyavi fəaliyyətə keçid prosesi,onların ğqli inkişafının,əyani-əməli təfəkkürünün formalaşmasına geniş imkanlar açır.Uşaqların əşyalarla 1başa qarşılıqlı münasibəti əşyavi qavrayışın inkişafına təkan verir,onların şəxsi təcrübəsini zənginləşdirir.
Uşaqda hərəki fəallığın(motorika)inkişafı körpəlik dövrünün sonunda ayaq üstə yerimə,müstəqil yerdəyişmə formasında özünü göstərir.5—6aylıqdan başlaya raq hərəki vərdişlər sürətli 1tempdə inkişaf edir.Əllərin və ayaqların sensor cəhətdən əlaqələnmiş hərəkətləri sonradan uşağın idrak və intellektual qabiliyyətlə rinin formalaşmasında önəmli rol oynayır.Tutma,sıxma,əlləşdirmə kimi manipulya tiv hərəkətlər artıq 3-4aylıqda əli əşyalara tərəf uzatma,yapışma,dartma kimi hərə kətlərlə möhkəmlənmiş olur. 6aylıqda o,yaşlıların köməyi ilə, 8aylıqda isə sərbəst oturmaq imkanına sahib olur. 11aylıqda uşaq sərbəst ayaq üstə durmağa 12aylıqda yaşlıların əlindən tutmaqla yeriməyə, 13aylıqda isə sərbəst yeriməyə yiyələnmiş olur.
10 aylıqda uşaqlarda əllərin və gözün uzlaşdırılmış hərəkətlərini müşahidə etmək olar ki, buna da psixoloqlar “ Sensomotor koordinasiya ” deyirlər.
Mövzu ---M\qədər yaşı dövrünün fiziki və psixi inkişafının xüsusiyyətləri.
Plan;
1) Erkən uşaqlıq yaşı dövrünün başlıca xüsisiyyətləri.
2) Nitqin inkişafında erkən uşaqlıq yaşı dövrü senzitiv dövr kimi.
3) 3yaş böhranı problemi. 3yaşlıların tərbiyəsinin psixopedaqoji məsələləri.
4) M\qədər dövrdə uşağın inkişafının ümumi səciyyəsi.
5) M\qədər dövrdə psixomotor bacarıqların və fiziki fəallığın inkişafı.
6) M\qədər dövrdə koqnitiv sferanın inkişafı.
Erkən uşaqlıq yaşı dövründə aparıcı fəaliyyət prosesində uşağın yeni münasibətlər sisteminə daxil olması və onları mənimsəməsi müxtəlif xarakter əlamətlərinin yaranmasına səbəb olur. Bu dövrdə eləcədə eqoist hisslər gördüyü hər şeyi özününkü hesab etmək meyli güclü olur. Öz davranışını düşünülməmiş, fiziki və əqli imkanlarını hesablamamış situativ hisslərin təsiri altında qururlar. Fəaliyyətin yaşlıların köməyi ilə, yaş imkanlarına müvafiq qaydada motivləşməsi, şüurlu qurulması uğursuzluqların qarşısını alır.
3 yaşa qədər qurulan tərbiyə işi birbaşa edilən tərbiyəvi təsirlə deyil, tələbat ların ödənilməsi, maraqların nəzərə alınması və istiqamətləndirlməsi, q\ixtiyari hərəkətlərin düzgün qiymətləndirilməsi və fərdi potensialından səmərəli istifadə edilməsi şəraitində reallaşdırılmalıdır. Tərbiyəvi təzyiq, məcburiyyət, tələb uşaqda xoşagəlməz hisslər oyadır. Ardıcıl təzyiq nəticəsində yaranan qorxu hissləri tezliklə öz təsirini itirir. Bunu qorxu hissinin yox olması ilə deyil, mənəvi keyfiyyətlərə zidd olan özünü müdafiə tələbatı ilə şərtlənən acizlik, üzüyolalıq kimi xarakterizə etmək olar. Uşaq yalnız o təsirləri fəal və razılıqla qəbul edir ki, özünün bioloji və psixoloji tələblərinə cavab verir. onda məmnunluq hissi yaradır. Xoş hissləri yaradan səbəblərin məzmununu uşaq dərk etmir, lakin bu hisslərin keçirilmə anında baş verən fizioloji proseslər psixoloji prsesləri qidalandırır, əhval ruhiyyə yaxşılaşır, təklif olunan obyektə maraq oyanır. Fəallıq artır, anlama, dərk etmə meyli güclənir. Uşaqda həmin təsirin təkrarlanması arzusu yaranır. Bu arzu özünütərbiyənin əsasında durur. Onların hərəkətlərinə xarici nəzarətin güclənməsi əxlaqi davranış vərdişlərinin möhkəmlənməsinə və bu zəmində şəxsiyyətin sürətli inkişafına təkan verir. Nəzarətin belə for ması müqayisəetmə, cəzalandırma, şəxsi nümunə, oyun, əmək,təlim fəaliyyəti vasitəsilə əxlaqi davranış motivlərinin yaradılması, mikroqrupda uşağın fəaliyyətinin liderlik yolu ilə qurulması və s.ola bilər.
M\qədər dövrdə uşaqların psixi inkişafını xarakterizə edən cəhətlər aşağıdakı lardır;
--hərəkətlərdə iradiliyin artması;
--fəaliyyətin təxəyyül planı əsasında, düşünülmüş formada qurulması;
--idrak proseslərinin məqsədəyönəlişliyi;
--iradi hərəkətlər kompleksinin yaranması.
Psixomotor bacarıqların və fiziki fəallığın inkişafı.---Mqədər uşaqların inkişafı elə səviyyəyə çatırki,onlarda artıq bədənin sxemi formalaşır və bədənin müvazinətini qoruya bilirlər.Ətraf aləmi dərk etməklə yanaşı öz bədənini,onun fiziki imkanlarını da dərk edir,qiymətləndirirlər.Gimnastik hərəkətlərin,idman mümarisələrinin yeri nə yetirilməsi zamanı dəqiqlik göstərməyə müvəffəq olurlar.4yaşılılarla sadə qrup idman yarışları ,estafet oynlar keçirmək mümkündür.Əşyalarla;tullanma,top,velosi pedoyuncaqlarla məqsədli davranır,onları oyun elementlərinə asanlıqla çevirə bilir lər. Hərəki fəallıq zamanı daha çox güc, iradə, dözümlülük göstərir, hərəkət elementlərini kordinasiya edirlər.
Psixomotor fəallığın artması əl əməyində də nəzərə çarpır. Şəkil çəkən zaman müstəqil olaraq əşya və süjetli rəsmlər çəkir, müxt. obyektlər quraşdırır, gil və plastilindən fiqurlar düzəldirlər. Özünəxidmət əməyində müstəqil geyinmə və soyunma vərdişləri yaranır. Davranışda etik normalara əməl edirlər. Fiziki fəallığın artması uşağa öz hərəkətlərini tələbə uyğunlaşdırmaq, qaydalı hərəkətli oyunlarda qoyulan tələblərə əməl etmək, mütəhərrik xalq oyunlarında fəal iştirak etmək imkanı yaradır və onlar yeri gəldikdə bu imkanlardan həvəslə yararlanırlar.---Psixomotor sahə-- nitq prosesi əqli proseslərlə qarşılıqlı əlaqədə formalaşır. Fiziki fəallıq artdıqca reflektiv əlaqələr inkişaf etdikcə nitq səlisləşir, qrammatik quruluşa malik olur, əsəb sistemi ilə əlaqə genişlənir. Məntiqi təfəkkürün elementləri möhkəmlənir. Sosial yönəlmə aktiv forma alır. Obyektlərlə müstəqil davranma təcrübəsi yaşlılarınkı ilə uy ğunlaşmağa başlayır.
M\qədər yaşlıların koqnitiv inkişafının keyfiyyət göstəriciləri aşağıdakı amil lərdən ;
--əqli funksiyaların konkretliyindən;
--ifadəliliyindən;
--obyektivliyindən;
--yaş dövrü üçün mükəmməlliyindən asılıdır.Bu zaman hərəki,hissi,əqli proseslər 1ləşir.İşin belə düşünülmüş icrası onun artıq mənimsənildiyini göstərir və başqa şəraitdə başqa işə tətbiq olunmasına imkan verir.


Yüklə 182,11 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin