Mövzu---Psixi inkişaf və təlim. Plan; 1) Psixi inlişaf haqqında nəzəriyyələr.
2) Psixi inkişafa təsir edən amillər.
3) Psixi inkişaf və təlim-tərbiyə.
4) Psixi inkişafın yaş dövrləri.
5) Psixi inkişafda aparıcı fəaliyyət.
Təlim və inkişafın qarşılıqlı münasibəti problemi yalnız metodoloji deyil, həm də praktik psixoloji və sosial problemdir. Müasir pedaqogika və psixologiya elmlərin də təlimlə inkişafın qarşılıqlı münasibətinin aydınlaşdırılması istiqamətində 3 nöqteyi nəzər diqqəti cəlb edir.
1) Təlim və inkişaf 1-1ndən asılı olmayan 2 müstəqil prosesdir. Təlim sanki beynin yetişməsi üzərində qurulur. Beləliklə təlim inkişaf prosesində təzahür edən imkanların sırf şəkildə zahiri görüntüsüdür. Alman alimi V. Ştern yazırdı ki, inkişaf təlimin arxasınca gedir və ona uyğunlaşır. Belə olduğu halda əqli yetişmə prosesinə müdaxilə etmək ona mane olmaq lazım deyil. Beynin təlim üçün yetişənədək səbrlə, passiv şəkildə gözləmək lazımdır. J. Piaje ---yə görə əqli inkişaf öz daxili qanunları üzrə gedir. Ona görə də təlim bu prosesi əhəmiyyətsiz dərəcədə sürətləndirə və ya ləngidə bilər. Nə qədər ki, uşaqda məntiqi təfəkür formalaşmamışdır, ona məntiqi şəkildə düşünməyi öyrətmək ağlasığmazdır.
2-ci nöqteyi nəzər bihevioristlər—(Ceyms,Torndayk) təlimlə inkişafı qarışdırır. bu prosesləri 1-1ilə eyniləşdirirlər. Bu problemə aydınlıq gətirmək istəyən 3cu istiqa mətin tərəfdarları Koffka və b. isə Birinci 2 istiqaməti birləşdirərək ona öz əlavələrini daxil etməklə belə hesab edirlərki, təlim inkişafın ardınca addımba addım gedə bilməz. O inkişafın önündə gedərək ona yeniliklər gətirə bilər. 20 əsrin əvvəllərində L.S. Vıqotski bu problemə tamamilə yeni baxış gətirdi.Təlimdə inkişaf xüsusilə əqli inkişaf təlim prosesinin təşkili bu prosesdə əldə edilən biliklərin xarakteri ilə müəyyən olunur. Biliklərin sistemarik ardıcıl olması özünün kifayət qədər ümumiləşmə səviyyəsi ilə fərqlənməlidir. Təlim öz təşkili səviyyəsilə problemli və dialoq əsasında qurulmalı şagirdə öz subyektiv münasibətini bildirmək imkanı verilməlidir. Təlimdə şəxsiyyətin inkişafı 3əsas faktorla müəyyən edilir.
1—Şagirdlərin öz təcrübələrini ümumilşdirməsi;
2—Ünsiyyət prosesində anlama;
3—Şəxsiyyətin inkişafı prosesi mərhələlərinin özünün gözlənilməsi.
Təlim prosesində idrak proseslərinin düzgün inkişafına diqqət yetirilməli. Bu cəhətdən son illərdə fəal və interaktiv təlim metodlarından geniş istifadə olunur. Dərsdə şagirdin fəaliyyəti əhəmiyyətli şəkildə təlim işinin tempindən asılıdır. Yavaş tempdə qurulan təlim diqqətin yayınmasına gətirib çıxarır. Sürətli tempdə qurulan təlim şagirdlərin təlim materiallarını dərk etməsinə, müəllimin şərh zamanı irəli sürdüyü fikirləri izləməyə mane olur. Müəllimin dərs dediyi sinfin səviyyəsinə, şagirdlərin real mənimsəmə imkanlarına əsaslanaraq hər1sinif üçün optimal iş tempi seçilməlidir.
Şagirdin təlimə müsbət münasibətində onun maraqları böyük rol oynayır. Tə lim maraqları şagirdlərin dərin və həqiqi hisslərində emosional baxımından əks olu nur və maraqlar təlim motiviasiyasında əhəmiyyətli yer tutur.