5. MS Excel 2010 cədvəl prosesorunda funksiyalar
Ms Excel-də funksiyalar
Statistical: AVERAGE, COUNT, COUNTA, COUNTIF, MAX, MIN
Logical: AND, OR, NOT, IF, TRUE, FALSE
Math & Trig: ABS, FACT, POWER, PRODUCT, SUM
Text: LEFT, RIGHT, LEFT
FACT (faktorialı hesablayır) məsələn: =FACT(4) →1*2*3*4=24 və yaxud 4 əvəzinə (A8) hər hansısa xana yazıla
bilər, xanadakı qiyməti götürüb faktorialın hesablayacaq .
ABS (modulu hesablayır) məsələn: =ABS(-16) → =16 və yaxud “-16” əvəzinə xana yazıla bilər, xanadakı ədədin modulunu göstərəcək
POWER (verilmiş ədədim qüvvətini tapır) məsələn: =POWER(5,2) → 5^2=25 , =POWER(A1,B1) yəni A1
xanasında olan qiymətin üzərində B1 xanasındakı qiymət :) A1B1
PRODUCT (hasili hesablayır) məsələn: =PRODUCT(5,7) → 5*7=35 və yaxud qiymət əvəzinə xana ünvanları yazıla bilər, diapazon yazıla bilər. Məsələn =PRODUCT(C5,F4) həmin xanadakı qiymətləri bir birinə vuracaq. Diapazon göstərərsə =PRODUCT(A1:B5) həmin diapazondakı qiymətləri bir birinə vuracaq, boş xanalar və mətn tipli xanalar nəzərə alınmır.
Sum (cəmi bildirir) məsələn: =Sum(9,7) → 9+7=16 və yaxud xana və diapazon yazıla bilər . =Sum(A1,B5),
=Sum(B8:E9) . Boş xanalar və ədəd tipli olmayan xanalar nəzərə alınmır.
SUMİF (müəyyən şərt daxilində ədədləri toplayacaq) məsələn: =SUMİF(A1:C7, "<5") → bu düstur diapazonda olan və
5-dən kiçik olan ədədləri toplayacaq.
AVERAGE (orta qiymətin tapılması) orta qiymətin tapılması nə deməkdir? Yəni ədədləri toplayıb "sayına" bölürük.
Məsələn: =AVERAGE(5,6,7) → (5+6+7)/3=6, burda da həmçinin xanalara istinad ola bilər yəni
=AVERAGE(B5,C5,D5,E5) → (B5+C5+D5+E5)/4.
COUNT (bu funksiyanın işi gücü yalnız ədədləri saymaqdır) məsələn: =COUNT(0,5,5,7,4,6,4,9,1,2,K,ə,n,a,n) → =10
=COUNT(A1:F8) → bu diapazondakı ədədləri sayacaq.
COUNTA (əvvəlki funksiyadan fərqli olaraq bütün dolu xanaları sayır) məsələn: =COUNTA(F5:K5) → bu diapazondakı bütün dolu xanaları sayacaq və ya =COUNTA(0,5,5,7,4,6,4,9,1,2,K,ə,n,a,n) → =15
COUNTİF (müəyyən şərti ödəyən verilənləri sayacaq) məsələn: =COUNTİF(A1:D7, ">2019") bu diapazonda 2019 dan böyük olan ədədləri sayacaq =COUNTİF(A1:D7, "MagistrOL") bu diapazonda MagistrOL sözlərini sayacaq.
Max ( maksimum qiymətin tapılması) məsələn: =Max(4,5,6,7) → =7 və ya =Max (A1:B5) →bu diapazondakı ən böyük ədədi tapacaq.
Min (minimum qiymətin tapılması) məsələn: =Min(4,5,6,7) → =4 və ya =Min(A1:B5) →bu diapazondakı ən kiçik
ədədi tapacaq.
|