Uşaqlarda sidik-ifrazat sisteminin xəstəlikləri.
1. Aşağıdakılardan hansı böyrəyin filtrasiyon funksiyasını xarakterizə etmir?
A) Sidiyin osmolyarlığı
B) Qanda kreatinin səviyyəsi
C) Qanda sidik cövhərinin səviyyəsi
D) Endogen kreatinin klirensi
E) Proteinuriyanın selektivliyi
2. Erkən mərhələlərdə arterial təzyiqin yüksəlməsi hansı hal üçün xarakterikdir?
A) Qlomerulonefrit
B) Pielonefrit
C) Tubulopatiya
D) Irsi nefrit
E) Dismetabolik nefropatiya
3. Kiçik anomaliyaların olması (displastik əlamətlər) aşağıdakılardan hansı üçün xarakterik deyil?
A) Qlomerulonefrit
B) Irsi nefrit
C) Tubulopatiya
D) Dismetabolik nefropatiya
E) Böyrəklərin kistozu
4. Sidik çöküntüsündə neytrofillərin çoxluğu daha çox hansı hal üçün xarakterikdir?
A) Pielonefrit
B) Amiloidoz
C) Irsi nefrit
D) Tubulointerstitsial nefrit
E) Qlomerulonefrit
5. Hiperlipidemiya daha çox hansı hal üçün xarakterikdir?
A) Nefrotik formalı qlomerulonefrit üçün
B) Pielonefrit üçün
C) Tubulointerstitsial nefrit üçün
D) Hematurik formalı qlomerulonefrit üçün
E) Tubulopatiya üçün
6. Yüksək fibrinogenemiyanı nə zaman müşahidə etmək olar?
A) Nefrotik formalı qlomerulonefritdə
B) Sistitdə
C) Irsi nefritdə
D) Dismetabolik nefropatiyada
E) Pielonefritdə
7. Sidikdə oksalat və uratların ekskresiysı adətən necə təyin olunur?
A) Sutkalıq sidikdə
B) Sidiyin səhərki porsiyasında
C) Sadalananların hamısında
D) Üç saatdan bir yığılan sidikdə
E) Axıntının orta porsiyasından
8. Qanda sidik turşusunun artması nəyin göstəricisidir?
A) Purin mübadiləsinin pozulması
B) Sistin mübadiləsinin pozulması
C) Kalsium mübadiləsinin pozulması
D) Oksalat turşusu mübadiləsinin pozulması
E) Atopik dermatit
9. Qanda IgG-in xeyli artması hansı halda müşahidə edilir?
A) Sistem qırmızı qurdeşənəyində
B) Sistitdə
C) Nefrotik formalı qlomerulonefritdə
D) Tubulointerstitsial nefritdə
E) Pielonefritdə
10.Aşagıdakı patоlogiyalardan hansı venadaxili uroqrafiyanın aparılımasına göstəriş deyil?
A) Qlomerulonefritin kəskin mərhələsi
B) Qarında naməlum etiologiyalı ağrılar
C) Qəfil yaranan hematuriya
D) Sidik ifrazının ləngiməsi ilə gedən qarın boşluğunun travmaları
E) Davamlı leykosituriya
11. Dinamik nefrosintiqrafiya ilə nəyi aşkara çıxarmaq olar?
A) Sadalananların hamısı
B) Yumaqcıqların funksiyasını
C) Böyrəklərin topoqrafiyası və ölçüsünü
D) Hər bir ayrı-ayrılıqda yumaqcıq filtrasiyasının sürətini
E) Böyrəyin ayrı-ayrı funksiyasını
12. Qəfil yaranan makrohematuriya zamanı müayinəni nədən başlamaq məqsədəuyğundur?
A) Sidik sisteminin ultrasəs müayinəsi
B) Angioqrafiya
C) Sistoqrafiya
D) Kompyuter tomoqrafiyası
E) Böyrəklərin radionuklid müayinəsi
13. Qlomerulonefrit nə cür xəstəlik sayılır?
A) Immunokompleks
B) Virus
C) Infeksion
D) Qeyri-immun
E) Mikrob-iltihabi
14. Qlomerulonefritin əsas kliniki sindromlarına hansı aid deyil?
A) Abdominal sindrom
B) Hipertenzion sindrom
C) Sidik sindrom
D) Ödem sindrom
E) Oliqouriya sindrom
15. Nefrotik sindrom üçün xarakterik olan nədir?
A) Xeyli dərəcədə proteinuriya, hipoalbuminemiya
B) Hipertoniya
C) Hematuriya
D) Hipolipidemiya
E) Hipofibrinogenemiya
16.Qlomerulonefritin başlanğıcı üçün daha çox hansı xarakterikdir?
A) Oliqouriya
B) Abdominal reaksiya
C) Kataral əlamətlər
D) Dizuriya
E) Temperatur reaksiyası
17. Hematurik formalı qlomerulonefritin aktivlik göstəricisinə hansı aid deyil?
A) Ürəkdə dəyişikliklər
B) Hematuriya
C) Hiperkoaqulasiya
D) Hipertenziya
E) Oliqouriya
18. Hematurik formalı qlomerulonefrit zamanı aktivliyin laborator
göstəricilərinə hansı aiddir?
A) Sadalananların hamısı
B) Hiperfibrinogenemiya
C) Mikroproteinuriya
D) EÇS yüksəlməsi
E) Makrohematuriya
19. Hematurik formalı qlomerulonefritin fəsadlarından tez-tez rast gəlinəni hansıdır?
A) Hipertonik ensefalopatiya
B) Abdominal kriz
C) Ağciyərlərin ödemi
D) Ürək çatmamazlığı
E) Qanaxma
20. Yüngülləşdirilmiş pəhriz nə zaman göstərişdir?
A) Qlomerulonefritin kəskin dövründə
B) Qlomerulonefritin bütün sadalanan mərhələlərində
C) Prossesin aktivliyinin sönməsi zamanı
D) Qlomerulonefritin remissiyası zamanı
E) Mininmal sidik sindromunda
21. Qlukokortikoidlərin istifadəsinə aşağıdakılardan hansı göstərişdir?
A) Nefrotik formalı qlomerulonefrit
B) Tubulopatiya
C) Dismetabolik nefropatiya
D) Tubulointerstitsial nefrit
E) Hematurik formalı qlomerulonefrit
22. Uşağın 6 yaşı var və bu gün göz qapaqlarının, baldırın ödemi yaranmışdır, sidik ifrazı azalmışdır, hansı pəhrizi təyin etmək məqsədəuyğundur?
A) Duzsuz, ətsiz pəhriz
B) Vegetarian pəhriz
C) Meyvəli-şəkərli
D) Zülal məhdudiyyətli pəhriz
E) Hipoxlorid pəhriz
23. Böyrəklərin zədələnməsinə hansı xəstəlikdə az rast gəlinir?
A) Sklerodermiya
B) Amiloidoz
C) Düyünlü poliarteriit
D) Sistem qırmızı qurdeşənəyi
E) Hemorragik vaskulit
24. Sistit üçün hansı simptom xarakterik deyil?
A) Bel nahiyyəsində ağrı
B) Sidikifrazı zamanı sancı
C) Diz üstündə ağrı
D) Dizuriya
E) Pollakuriya
25. Kəskin qlomerulonefritin yaranmasına səbəb olan infeksiya:
A) Streptokok infeksiyası
-
Stafılokok infeksiyası
-
Göbələk
-
Virus infeksiyası
E)Qram-mənfi infeksiya
26. Kəskin böyrək catmazlığının gedişində neçə dövr seçilir
A) 4 dövr
-
2 dövr
-
3 dövr
-
5 dövr
E) 1 dövr
27. Kəskin qlomerulonefritin bazis müalicəsinə aid deyil
A) sidikqovucu
-
prednizоlon
-
antibiotiklər
-
antiaqreqantlar
E) antikoaqulantlar
28.Kəskin qlomerulonefritdə aparılması yersizdir
A) sistoqrafıya
-
qanın ümumi analizı
-
qanın biokimyəvi analizı
-
sidiyin ümumi analizi
E) böyrəklərin USM
29. 6 yaşında oğlan uşağında əzginlik, rəngin avazıması, yayılmış ödem müşahidə olunur. “Təcili yardım” həkimi aydınlaşdırmalıdır:
A) Sidik ifrazının miqdarı
B) İştahanın zəifləməsi
C) Qızılca ilə kontakt
D) Hansı uşaq infeksiyaları keçirib
E) Axırıncı həftə ərzində hərarəti neçə olub
30.Aşağıdakı hansı əlamət həkimə kəskin böyrək çatışmazlığından şübhələnməyə zəmanət verir:
A) Diurezin azalması (oliquriya)
-
Poliuriya
-
Pollakiuriya
-
Nikturiya
-
Urat salurezi
31.Sidiyin ümumi analizi aşağıda göstərilən böyrək parametrləri haqqında ətraflı məlumat verir, biri istisna olmaqla:
A) Böyrəklərdə fosfatların ləngiməsi
B) Zülalın böyrəklər vasitəsilə itməsi
C) Böyrəklərin qatılaşdırma fəaliyyəti
-
Sidikçıxarıcı yolların infeksiyası ehtimalı
E) Qlomerulonefrit ehtimalı
32.Böyrəyin konsentrasiya edici fəaliyyətini xarakterizə edir, istisna ilə:
A) Zülal və zülal fraksiyaları
-
Zimnitski sınağı
-
Sidiyin xüsusi çəkisi
-
Sidiyin osmolyarlığı
E) Qanın elektrolitləri
33.Həyatın birinci ilində aşağıdakı göstəricilərin birindən başqa hamısı artır:
A) Nefronların sayı
B) Qlomerulyar filtrasiya
C) Plazmanın böyrəklərdən keçməsi
D) Kanalcıq reabsorbsiyası
E) Kanalcıq sekresiyası
34.Aşağıda göstərilənlərdən hansı qlomerulonefritin formasına görə təsnifatına uyğundur:
A) Hematurik , nefrotik, qarışıq
B) Tez proqressivləşən, ləng proqressivləşən
C) Aktiv, qeyri-aktiv
D) Oliqourik, anurik
E) Kəskin, yarımkəskin, xronik
35.Qarışıq forma qlomerulonefrit tez inkişaf edir:
A) 8-10 yaşdan sonra
-
1 yaşdan 2 yaşa gədər
-
3 yaşdan 5 yaşa gədər
-
1 yaşa gədər
E) Hər bir yaşda
36.Nefrotik forma qlomerulonefrit hansı yaşda daha tez inkişaf edir:
A) 1-7 yaşa kimi
-
1 yaşa gədər
-
Pubertat dövründə
-
Hər bir yaşda
-
11-12 yaş dövründə
37.Südəmər dövrdə olan uşaqlarda kəskin piyelonefrit zamanı aşağıdakı əlamət olmaya bilər:
A) Ağrı sindromu
-
Dizurik əlamətlər
-
Qaytarma,qusma sindromu
-
Subfebril hərarət
-
Anoreksiya
38. Pielonefrit zamanı adətən böyrəyin hansı funksiyası pozulmur?
A) Yumaqcıqların funksiyası
B) Nefronun tubulyar hissəsi
C) Henle ilgəyi
D) Nefronun distal hissəsi
E) Nefronun proksimal hissəsi
39. Sidik sisteminin infeksiyasına şübhə olduqda aşağıdakılardan hansı daha az əhəmiyyət kəsb edir?
A) Qanda sidik cöhvərinin təyini
B) Sidiyin ümumi analizi
C) Bakteriuriya görə sidiyin analizi
D) Sidiyin kəmiyyətcə analizi
E) Sidiyin iki stəkan sınağı
40. Uşağın 8 yaşı var, qusma, temperatur 39ºC. Narahatdır, sidik ifrazı tezləşib.Sidikdə zülalın izləri, eritrositlər – görmə sahəsində 20, leykositlər – görmə sahəsində 80. Sizin diaqnoz?
A) Pielonefrit
B) Kəskin nefrit
C) Xronik sistit
D) Nefrotik sindrom
E) Kəskin sistit
41. Xronik pielonefritin inkişafını müəyyən edən faktorlar arasında aparıcı olanı hansıdır?
A) Urodinamikanın pozulması
B) Immunokompleks prosess
C) Mikrobun virulentliyi
D) Genetik meyllik
E) Metabolik pozğunluq
42. Hemolitik uremik sindromun inkişafında əsas müalicə metodu
A) Hemodializ
-
Diuretiklərin təyini
-
Hormonoterapiya
-
Heparinoterapiya
E) Vitaminoterapiya
43.Bunlardan hansılar birincili oksaluriyanın fəsadı deyil:
A) Qlomerulonefrit
-
Pielonefrit
-
İnterstisial nefrit
-
Böyrək daşı xəstəliyi
-
Xronik böyrək çatmazlığı
44.Böyrəyin filtrasiyaedici fəaliyyətini xarakterizə edir:
A) Qanda kreatinin, sidik cövhərinin səviyyəsi, kreatinin endogen klirensi
-
Sidiyin osmolyarlığı
-
Mikrohematuriya
-
Leykosituriya, piuriya
-
Saluriya
45.Kəskin böyrək çatışmazlığının oliqoanuriya mərhələsində ən çox nə baş verir:
A) Hiperkaliemiya
B) Hipokaliemiya
C) Hipernatriemiya
D) Hiperkalsiyemiya
E) Hiponatriemiya
46. Tubulointerstisial nefritin müalicəsinə daxildir?
A) Sadalananların hamısı
B) Böyrək hemodinamikasını yaxşılaşdıran preparatların təyini
C) Antioksidantların təyini
D) Mübadilə pozğunluqlarının korreksiyası
E) Pəhriz terapiyası
47. Tubulointerstisial nefrit nəyin nəticəsində inkişaf edir?
A) Sadalananların hamısı
B) Virus infeksiyası
C) Hemo- və urodinamikanın pozulması
D) Mikoz infeksiyası
E) Mübadilə pozğunluğu
48. Daha tez effekt almaq üçün hansı diuretikdən istifadə etmək məqsədəuyğundur?
A) Laziks
B) Veroşpiron hipotiazidlə müştərək
C) Triampur
D) Uregit
E) Veroşpiron
49. Antibiotikləri təyin edən zaman nə nəzərə alınır?
A) Sadalanaların hamısı
B) Nefrotoksikliyi
C) Sidiyin mikroflorasının xarakteri
D) Böyrəklərin funksional vəziyyəti
E) Sidiyin pH
50. Qlomerulonefrit zamanı antibakterial terapiyaya hansı preparat daxil edilmir?
A) Gentamitsin
B) Nitrofuran preparatları
C) Penisillin
D) Makrolidlər
E) Sefalosporinlər
51. Aşağıdakı vəziyyətlərin hansı biri üçün duzların məhdudlaşdırılması göstəriş deyil?
A) Mikroproteinuriya
B) Oliqoanuriya
C) Ödem sindromu
D) Arterial hipertenziya
E) Kəskin qlomerulonefrit
52. Qarışıq formalı qlomerulonefritin aktivliyini aşağıdakılardan hansı sübut etmir?
A) Anemiya
B) Hematuriya
C) Proteinuriya
D) Arterial təzyiqin yüksəlməsi
E) Hiperkoaqulasiya
53. Nefrotik formalı qlomerulonefritin aktivliyini aşağıdakılardan hansı sübut etmir?
A) EKQ-da T dişciyinin düşməsi
B) Proteinuriya
C) Hiperlipidemiya
D) Hipoalbuminemiya
E) Disproteinemiya
54. Sidikdə fermentlərin aktivliyinin artması hansı patologiya üçün xarakterikdir?
A) Qlomerulonefrit
B) Xronik sistit
C) Uretrit
D) Kəskin sistit
E) Sidik kisəsinin neyrogen disfunksiyası
55. Nefrotik formalı qlomerulonefritin aktivlik göstəricisinə hansı aid deyil?
A) Anemiya
B) Yüksək proteiuriya
C) Ödem sindromu
D) Oliqouriya
E) Disproteinemiya
56. Qarışıq formalı qlomerulonefrit üçün xarakterik olan hansıdır?
A) Sadalananların hamısı
B) Proteinuriya
C) Hematuriya
D) Hematuriya, proteinuriya, abakterial leykosituriya
E) Hipertenziya
57. Nefrotik sindrom üçün xarakterik olan nədir?
A) Xeyli dərəcədə proteinuriya, hipoalbuminemiya
B) Hipertoniya
C) Hematuriya
D) Hipolipidemiya
E) Hipofibrinogenemiya
58. Uşaq yaşlarında hiperurikemiya nə zaman müşahidə edilə bilər?
A) Sadalanan bütün hallarda
B) Tiazid qrupundan olan sidikqovucuların qəbulu zamanı
C) Sulfanilamidlərin qəbulu zamanı
D) Sitostatiklərin qəbulu zamanı
E) Podaqrada
59. Qanda sidik turşusunun artması nəyin göstəricisidir?
A) Purin mübadiləsinin pozulması
B) Sistin mübadiləsinin pozulması
C) Kalsium mübadiləsinin pozulması
D) Oksalat turşusu mübadiləsinin pozulması
E) Atopik dermatit
60. Uşaqda sidiyi əkmək üçün hansı üsulla yığmaq məsləhətdir?
A) Axıntının orta porsiyasını steril qaba yığmaqla
B) Sidik kisəsinin punksiyası
C) Sutkalıq sidikdən
D) Neçiporenko üsulu ilə
E) Sidik kisəsinin kateterizasiyası
61. Proteinuriyanın selektivliyini müəyyənləşdirməklə nəyin vəziyyətini qiymətləndirmək olar?
A) Yumaqcıq membranınin
B) Distal kanalcıqların epitelisinin
C) Henle ilgəyinin
D) Proksimal kanalcıqların epitelisinin
E) Sadalananların hamısı
62. Aşağıdakılardan hansı böyrəyin konsentrasiyon funksiyasını xarakterizə etmir?
A) Zülal və zülal fraksiyaları
B) Sidiyin osmolyarlığı
C) Qanın elektrolitləri
D) Sidiyin xüsusi çəkisi
E) Zimnitski sınağı.
63. Hemoturiyalı uşağın qohumlarında aşağıdakı simptomların hansının olmaması “irsi nefrit” diaqnozunun təsdiq etmək üçün əhəmiyyətsizdir?
A) Bud-çanaq oynağının displaziyası
B) Görmə patologiyası
C) Hematuriya
D) Erkən yaşda XBÇ-nın inkişafı
E) Ağır eşitmə
Uşaq poliklinikası
1. Uşağın sağlamlıq qrupunu təyin etməklə sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı nə nəzərə alınmır:
A) İl ərzində xəstəliklə əlaqədar itirilən günlərin sayı
B) orqanizmin əsas sistemlərinin funksional vəziyyətinin səviyyəsi
C) Müayinə anı üçün xroniki xəstəliklərin olub-olmaması
D) İl ərzində xəstələnmələrin miqdarı
E) Fiziki və psixi inkişaf səviyyəsi və onun harmonikliyi
2. Bədəni möhkəmləndirmənin əsas prinsiplərinə aid deyil:
A)Təşkilin mümkünlüyü
B)Tədricilik
C)Ardıcıllıq
D)Fərdilik
E)Müsbət emosional tonusun yaradılması
3.Uşağın məktəbəqədər müəssisəyə adaptasiyasının klinik meyarına aiddir:
A)Xəstələnmə
B) Dünyagörüşün inkişafı
C) Boy
D) Bədən quruluşu
E) Yuxu
4. Tutma dövrü qurtardıqdan sonra bronxial astma ilə xəstələrin reabilitasiya proqramına daxildlr:
A) Müalicəvi bədən tərbiyəsi
B) Üzgüçülük
C) Sağlamlaşdırma
D) Dəri-allergik sınaqların qoyulması
E) Antihistamin preparatların qəbulu
5. Bronxial astmalı xəstələrə sahə pediatrı il ərzində baxmalıdır:
A) İldə 4 dəfə
B) İldə 2 dəfə
C) İldə 3 dəfə
D) İldə 1 dəfə
E) İldə 6 dəfə
6. 3 aydan 1 yaşa kimi kəskin pnevmoniya keçirmiş uşaqlar il ərzində poliklinikada nəzarətdə olmalıdırlar
A) Ayda 1 dəfə
B) Birinci 6 ayda ayda 2 dəfə,sonra ayda 1 dəfə
C) Birinci 6 ayda ayda 1 dəfə, sonra 2 ayda 1 dəfə
D) Birinci 6 ayda 1 dəfə , sonra 3 ayda 1 dəfə
E) 2 ayda 1 dəfə
7. Xronik qastrit və xronik qastroduodenit olan uşaqlara baxılmalıdır
A) 6 ayda 1dəfə
B) 2 ayda 1 dəfə
C) 3 ayda 1 dəfə
D) Ayda 1 dəfə
E) 12 ayda 1 dəfə
8.Uşaq poliklinikasının sahəsində neçə uşaq var?
A)800
B)1000
C)1200
D)1500
E)500
9.Həyatın birinci ilində uşağın dinamikasının izlənməsi:
A) Ayda 1 dəfə
B) Ildə 1 dəfə
C) Üç ayda 1 dəfə
D) Ayda 2 dəfə
E) Ayda 3 dəfə
10.Həyatın ikinci ilində uşağın dinamikasının izlənməsi:
A) Üç ayda 1 dəfə
B) 6 ayda 1 dəfə
C) Ildə 1 dəfə
D) 4 ayda 1 dəfə
E) Hər həftə
11.Həyatın 2-6 illərində uşağın dinamikasının izlənməsi:
-
Ildə 2 dəfə
-
Ildə 1 dəfə
-
Ildə 3 dəfə
-
Ildə 4 dəfə
-
Ildə 5 dəfə
12.Həyatın 6 ildən sonra uşağın dinamikasının izlənməsi:
-
Ildə 1 dəfə
-
Ildə 2 dəfə
-
Ildə 3 dəfə
-
Ildə 4 dəfə
-
Aparılmır
13.Birincili profilaktika hansı məqsədlə aparılır ?
-
Xəstəliyin qarşısını almaq üçün
-
Xəstəliyin erkən aşkarlanması üçün
-
Xəstəliyin fəsadlarının qarşısını almaq üçün
-
Xəstəliyin kəskinləşməsinin qarşısını almaq üçün
-
Stafilokok mənşəli xəstəliklərin müalicəsi üçün
14.Azərbaycan respublikasının peyvənd təqvimində uşaqlarda difteriya əleyhinə axırıncı peyvənd nə vaxt aparılır?
A) 6 yaşında
B) 5 yaşında
C) 9 yaşında
D)18 aylığında
E) 3 yaşında
15.Parotit əleyhinə peyvənd nə vaxt aparılır?
A) 1-6 yaşında
B) 6 aylığında
C) 3 aylığında
D) 3 yaşında
E) 5 yaşında
16.Azərbaycan milli peyvənd təqvimində su çiçəyi əleyhinə peyvənd nə vaxt aparılır ?
A) Aparılmır
B) 1 yaşında
C) 3-6 yaşında
D) 3-6 aylığında
E) 2 aylığında
17.Azərbaycan Respublikasının milli peyvənd təqvimində difteriya əleyhinə peyvənd uşaq həyatının hansı ayında başlanır?
A) 2 aylığında
B) 6 aylığında
C) 4 aylığında
D) 9 aylığında
E)1 yaşında
18.AGDT peyvəndinin aparılmasında əks göstərişdir?
-
Əvvəlki AKDT peyvəndindən 3 gün sonra ensefalopatiya keçiribsə
-
Əvvəlki AKDT peyvəndindən 3 gün sonra yüksək hərarət ( 40.5 °) olubsa
-
Ailə anamnezində febril qıcolma varsa
-
Uşaqda immunodefisit
-
Əvvəlki AKDT peyvəndindən 3 gün sonra uzunmüddətli ağlama
19.Aşağıdaki peyvəndlərdən hansı ağır immunodefisit hallarda əks göstəriş deyil?
-
H. Influenzae b
-
Qızılca- məxmərək- parotit
-
BSJ
-
Rotavirus
-
Su çiçəyi
20.Hansı peyvənd əzələ daxili yeridilmir?
-
Rotavirus
-
Hep B
-
Tetanus
-
Hep A
-
AGDT
21.Hansı peyvənd dəri daxili yeridilir?
-
BSJ
-
Pnevmokok
-
Hep B
-
Quduzluq
-
AGDT
22.Hansı peyvənd canlıdır?
-
BSJ
-
Difteriya
-
Tetanus
-
Hep A
-
H. Influenzae b
23.Qızılca əleyhinə peyvənddə hansı yan təsirlər olunur?
A)Yüksək hərarət
-
Səpgi
-
Şenleyn –Henoh purpurası
-
Ensefalit
-
Parotit
24.Qızılca əleyhinə peyvənddə əks göstəriş deyil?
-
Hamiləlik
-
Yumurtaya allergiya
-
Oral penisilin müalicəsi
-
Imun çatışmamazlığı
-
Steroid müalicəsi
25.Heç peyvənd olmamış 5 yaşlı qız uşağına nə zaman peyvənd aparılmalıdır?
-
Dərhal kombinə olunmuş peyvəndin tərkibində
-
Olunmur
-
9 yaşında
-
Poliklinikaya müraciətindən 1 ay sonra
-
15 yaşında
26.BSJ-nin ən çox rast gəlinən fəsadı hansıdır?
-
Limfadenit
-
Osteomielit
-
Ölüm
-
Miliar vərəm
-
əzələ spazmı
27.Ağır immunodefisit uşaqda hansı peyvənd əks göstərişdir?
-
Qızılca
-
AGDT
-
OPV
-
Hep B
-
Pnevmokok
28.Doğum evində yenidoğulmuşa edilən peyvəndlər?
-
Hep B + poliomielit + BSJ
-
Qızılca + məxmərək + parotit
-
Rotavirus
-
H. Influenzae b
-
AGDT
29.7 aylıq uşağ üçün düzgün peyvənd təqvimi sırasını seçin?
BSJ AGDT Poliomielit
-
x 1 x3 x4
-
x1 x2 x4
-
x1 x3 x3
-
x2 x3 x4
-
x2 x2 x3
30.Peyvənddən 1 həftə sonra uşaqda səpgilər yaranıb. Peyvəndlərdən hansı bu fəsadı verə bilər?
-
Qızılca
-
BSJ
-
Oral poliomielit
-
Pnevmokok
-
AGDT
31.Pnevmokokk peyvəndinə aşağıdakilardan hansı göstəriş deyil?
-
Dəmir defisitli anemiya
-
Splenektomiyadan sonra
-
Komplement çatışmamazlığı
-
Oraqvari anemiya
-
imunodefisit
32.BSJ peyvəndinin olunduğu nahiyyə?
-
Deltayabənzər əzələ
-
Trapesiyayabənzər əzələ
-
Bazunun ikibaşlı əzələsi
-
Böyük döş əzələsi
-
Budunun böyük kvadrat əzələsi
33. H. Influenzae b-nin yeridilmə yolu hansıdır?
-
əzələdaxili
-
venadaxili
-
oral
-
oral + venadaxili
-
dəridaxili
34. Sadalananlar məktəblilərin sağlamlıq meyarlarına aiddir, istisna ilə:
А) bioloji yaş
В) orqanizmin rezistentliyi
С) fiziki inkişaf
D) xronik xəstəliyin olması
Е) kəskin xəstəliyin olması
35. Sağlam uşaqların dispanser müşahidəsi aparılır:
A) 18 yaşa qədər
B) 1 yaşa qədər
C) 3 yaşa qədər
D) 7 yaşa qədər
E) 10 yaşa qədər
36.Yenidoğulmuşun poliklinik şərayitdə ilk dəfə muayinəsinə aiddir, istisna ilə:
A) stomatoloqun məsləhəti
B) şağlamlıq qrupunun qiymətləndirilməsi
C) qulluğa və qidalanmaya dair məsləhətlər
D) ilk epikrizin qeydiyyatı
E) okulistın, nevropatoloqun, cərrah-ortopedın məsləhəti
37.12 aylıq sağlam usağa növbəti profilaktik peyvəndlər olunur:
A) qızılca, məxmərək, parotit əleyhinə
B) vərəm əleyhinə
C) AGDT
D) B hepatiti əleyhinə
E) pnevmokok infeksiyası əleyhinə
38. Sağlam yenidoğulmuşun poliklinik şərayitdə dinamik müşahidəsi nəzərdə tutur, istisna ilə:
A) Endokrinoloqun, kardioloqun məsləhəti
B) Anamnezin toplanması
C) Pediatrın müayinəsi
D) Risk amillərin analizi
E) Qulluğa və qidalanmaya dair məsləhətlər
39. Sağlam yenidoğulmuşun həyatının ilk ayında pediatr tərəfindən müşahidəsi aparılır:
A) 3 dəfə
B) 2 dəfə
C) 4 dəfə
D) 5 dəfə
E) 6 dəfə
40.6 aylıq sağlam usağa növbəti profilaktik peyvəndlər olunur:
A) pnevmokok infeksiyası əleyhinə
B) vərəm əleyhinə
C) 4-cü AGDT vaksinasiyası
D) qızılca, məxmərək, parotit əleyhinə
E) B hepatiti əleyhinə
41. Vaksinasiyadan öncə həkim etməlidir, istisna ilə:
A) Döz qəfəsinin R-grafiyası
B) Bədən hərarətinin olçülməsi
C) Allerqolojı anamnezin toplanması
D) Uşağın ümumi baxışı
E) Orqanizmin möykəmləndirilməsi
42.Profilaktik peyvənd irinli-iltihabi və bətndaxili xəstəliklərin yaranması riski ilə olan uşaqlara:
А) Göstərişdir
В) Əks göstərişdir
С) 6 aydan sonra
D) 12 aydan sonra
Е) 3aydan sonra
43. Hipoksiya kecirən uşağın bərpa dövründə poliklinik şərayitdə mütəxəssis tərəfindən dinamik müşahidəsi nəzərdə tutur, istisna ilə:
A) Endokrinoloq
B) Nevropatoloq
C) Okulist
D) Ortoped
E) Loqoped
44. Sahə həkimi usaq poliklinikasında qəbul aparmalıdır:
A) sağlam, kəskin xəstəliklərin rekonvalessensiya dövründə və xronik xəstəliklərlə olan uşaqlar
B) yalnız sağlam uşaqlar
C) sağlam və kəskin infeksion xəstəliklərlə olan uşaqlar
D) sağlam və kəskin infeksion xəstəlikləri əlaməti olmayan uşaqlar
E) sadalanan hamısı
45. Sahə pediatrın müalicəvi işi:
A) xəstələrin dispanserizasiyası
B) xəstələrin hospitalizasiyası
C) əmək qabiliyyətin ekspertizası
D) poliklinika şəraitində tibbi yardım
E) təcili yardımın göstərilməsi
46. Usaq poliklinikası xidmət edir uşaglara:
A) 0-18yaş
B) 0-14 yaş
C) 0-15 yaş
D) 0-16 yaş
E) 0-17 yaşa qədər
47. Usaq poliklinikasında xidmət hansı prinsiplə təşkil olunub?
A) sahə
B) yaş
C) vətəndaşlıq
D) qeydiyyat
E) sadalanan hamısı
48. Usaq poliklinikasında sağlam uşaq kabineti metodik yardım göstərir:
A) hamilə qadınlara və erkən yaşlı uşaqlara
B) uşaqlı ailəyə
C) hamilə qadınlara
D) erkən yaşlı uşaqlararı olan ailəyə
E) məktəb yaşlı uşaqlararı olan ailəyə
49. Usaq poliklinikasında sağlam uşaq kabinetində daimi işləyir:
A) tibb bacısı və ya feldşer
B) sahə pediatrı
C) sahə pediatrı və ya tibb bacısı
D) yalnız feldşer
E) baş tibb bacısı
50. Sağlam uşaq kabineti hansı fəaliyyətlə məşquldır?
A) sadalanan hamısı
B) sağlam həyat tərzinin təbliqatı
C) sağlam qidalanmanın təbliqatı
D) uşaqların gigiyenik tərbiyəsi və bədənin bərkidilməsi müasir metodlarına valideynlər tərəfindən yiyələnməsi
E) raxitin və infeksion xəstəliklərin profilaktikasının aparılması, massaj və qimnastika metodikaların valideynlər tərəfindən yiyələnməsi
51. Uşaq poliklinikasında hamilə qadının doğuşdan əvvəlki patronajını aparır:
A) sahə tibb bacısı
B) sahə pediatrı
C) sahə ginekoloqu
D) neonatoloq və ginekoloq
E) sahə pediatrı və sahə tibb bacısı
52. Uşaq poliklinikasında hamilə qadının doğuşdan əvvəlki patronajı aparılır:
A) 2 dəfə
B) son 3 aylarda
C) 1 dəfə
D) aparılmır
E) doğuşdan 1 həftə öncə
53. Kəskin infeksion xəstəliklərin birincili profilaktikası qeyd edilənləri nəzərdə tutur:
A) fəal immunlaşma
B) vitamin profilaktikası
C) orqanizmin bərkidilməsi
D) usaq kollektivinə qetmə
E) sadalanan hamısı
54. İkincili profilaktika-qeyd olunanların qabaqlanmasıdır:
A) təkrar xəstəliklərin və kəskinləşmələrin
B) kəskinləşmələrin
C) təkrarlanan kəskin uşaq infeksiyaların
D) xronik xəstəliklərin kəskinləşməsinin
E) infeksion xəstəliklərinin kəskinləşməsinin
55. Uşaqların dispanserizasiyası deməkdir:
A) uşaqların sağlamlıq vəziyyətinə yönəlmiş sistematik tibbi müşahidə tədbirləri kompleksi
B) hospital önü etapta xəstə uşağa tibbi yardım
C) uşaq əhalisinin sağlamlığın möykəmləndirilməsinə yönəlmiş tədbirlər kompleksi
D) xəstəliklərin ağır və ağırlaşmış formaları ilə olan uşağın hospitalizasiyası
E) uşaq əhalisinin arasında sanitar-maarifləndirici işlər üzrə tədbirlər kompleksi
56. 2 aylıq sağlam usağa növbəti profilaktik peyvəndlər olunmur:
A) vərəm əleyhinə
B) B hepatiti əleyhinə
C) AGDT
D) poliomiyelit əleyhinə
E) pnevmokok infeksiyası əleyhinə
57. 4 aylıq sağlam usağa növbəti profilaktik peyvəndlər olunmur:
А) qızılca, məxmərək, parotit əleyhinə
B) AGDT
C) Hib infeksiyası əleyhinə
D) poliomiyelit, B hepatiti əleyhinə
E) pnevmokok infeksiyası əleyhinə
58. B hepatitin fəal immunlaşma məqsədi ilə istifadə edilir:
A) rekombinant mayalı vaksin
B) anatoksin
C) diri vaksin
D) inaktivləşdirilmiş vaksin
E) rekombinant anatoksin
59. Hospitalizasiya mütləkdir:
А) difteriyada
B) su çiçəyində
C) qızılcada
D) göy öskürəkdə
E) skarlatinada
60.AGDT peyvəndlərin arasında interval olmalıdır:
А) 1 ay
B) 45 gün
C) 2 ay
D) 15gün
E) 6 ay
61. Hansı yaşda epidemik parotit əleyhinə revaksinasiya aparılır?
А) 6 yaşda
B) 2 ayda
C) 6 ayda
D) 18 ayda
E) 14 ayda
62. Plan vaksinasiya zamanı peyvəndlərin təşkilində və aparılmasında iştirak edirlər:
A) tibb bacısı, pediatr;
B) həkim-laborant;
C) bakterioloq, pediatr;
D) feldşer, pediatr;
E) həkim-laborant, pediatr
63. BSJ vaksinin orqanizmə daxil edirlər:
A) dəri daxili;
B) dəri üstü;
C) dəri altı;
D) per os;
E) əzələ daxili.
64. Peyvənddən öncə aparılır:
А) termometriya
B) qanın ümumi analizi
C) anamnezin toplanması
D) müvafiq sənədləşmə
E) allerqotestlər
65. Hib- vaksinasiya başlayır:
А) 2 ayda
B) həyatın 4-cü günündə
C) 6 ayda
D) 4 ayda
E) 3 ayda
66. Hib-vaksinlə birincili immunlaşma kursu təşkil edir:
А) 1 ay intervalla 3 inyeksiya.
B) 2 ay intervalla 3 inyeksiya.
C) 45 gün intervalla 3 inyeksiya.
D) 1 ay intervalla 2 inyeksiya, 3 inyeksiya 2 ay intervalla
E) 2 ay intervalla 2 inyeksiya, 3 inyeksiya 1 ay intervalla
67. 6 yaşlı sağlam usağa növbəti profilaktik peyvəndlər olunur:
А) qızılca, məxmərək, parotit əleyhinə , ADT
B)Vərəm əleyhihə, Hib- əlethinə
C) poliomiyelit əleyhinə+AGDT;
D) B hepatiti və pnevmokok infeksiyası əleyhinə
E) B hepatiti və qızılca, məxmərək, parotit əleyhinə
68.Bioloji baxımdan yeniyetmə dövrü başlanır:
A) 12-13 yaş
B) 8-10 yaş
C) 10-11 yaş
D) 14-15 yaş
E) 16-17 yaş
69.Bioloji baxımdan yeniyetmə dövrü qurtarır:
A) 15-16 yaş
B) 13-14 yaş
C) 17-18 yaş
D) 18-20 yaş
E) 22 yaş
70.Uşaq orqanizminin böyümə və inkişaf qanunauyğunluqlarına aid deyil:
A) Orqanizmin nisbi enerji sərfinin artması
B) Böyümə və inkişaf tempinin qeyri-bərabərliyi
C) Ayrı –ayrı üzv və sistemlərin böyümə və inkişafının eyni zamanda olmaması (heteroxronluq)
D) Böyümə və inkişafın cinsdən asılılığı (cinsi demorfizm)
E) Böyümə və inkişafın irsiyyət və mühit amillərindən asılılığı.
71. Bioloji yaşı aşağıdakı əlamtlərin hansı ilə təyin etmək olmaz:
A) Bədən kütləsi və onun orta yaş göstəricilərinə müvafiqliyi
B) Boyun uzunluğu və onun illik artımı
C) İkincili cinsi əlamətlərin inkişaf səviyyəsi
D) Sümükləşmə nöqtələrinin olması
E) Daimi dişlərin miqdarı
72. Uşaq və yeniyetmə əhalisinin sağlamlıq vəziyyətinin təhlili hansı göstəriciyə əsasən aparılmır:
A) Funksional sınaq reaksiyası tipinə görə
B) Sağlamlıq vəziyyətinin kompleks qiymətləndirilməsinə görə ( sağlamlıq qruplarına görə )
C) ümumi xəstələnmə göstəricilərinə görə
D) Tez-tez xəstələnən uşaqların sayına görə
73. Uşağın sağlamlıq qrupunu təyin etməklə sağlamlıq vəziyyətinin qiymətləndirilməsi zamanı nə nəzərə alınmır:
A) İl ərzində xəstəliklə əlaqədar itirilən günlərin sayı
B) orqanizmin əsas sistemlərinin funksional vəziyyətinin səviyyəsi
C) Müayinə anı üçün xronik xəstəliklərin olub-olmaması
D) İl ərzində xəstələnmələrin miqdarı
E) Fiziki və psixi inkişaf səviyyəsi və onun harmonikliyi
74.Mütəşəkkil uşaq müəssisələrində aparılan ümumi profilaktik tədbirlərə aiddir:
A) Sağlamlaşdırma
B) Aerofitoterapiya
C) Müalicəvi bədən tərbiyəsi
D) Yaxalıq sahənin masajı
E) Gəzinti
75. Birincili profilaktika hansı məqsədlə aparılır ?
-
Xəstəliyin qarşısını almaq üçün
-
Xəstəliyin erkən aşkarlanması üçün
-
Xəstəliyin fəsadlarının qarşısını almaq üçün
-
Xəstəliyin kəskinləşməsinin qarşısını almaq üçün
-
Stafilokok mənşəli xəstəliklərin müalicəsi üçün
Dostları ilə paylaş: |