Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri üçün imtahan testləri Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri



Yüklə 0,9 Mb.
səhifə2/5
tarix26.11.2016
ölçüsü0,9 Mb.
#226
1   2   3   4   5

Uşaqlarda revmatik xəstəliklər.

1. Revmatoid artriti zamanı hansı əlamətlər müşahidə olunur?

A) Sadalananların hamısı

B) EÇS-m 60 mm/s-a qədər yüksəlməsi

C) Perikardit

D) Yüksək qızdırma

E) Limfa düyünlərin böyüməsi
2.10 yaşlı uşaqda diz və aşıq-daban oynaqlarında ağrılar və şişkinlik müşahidə olunur, hərarəti 38 °C-dir. Ürəyin sol hüdudu 2 sm genişlənib. Ürək tonları karlaşmışdır. 1 həftə əvvəl anginası olub. Sizin ilkin diaqnozunuz?

A) Kəskin revmatik qizdirma

B) Septik kardit

C) Sistem qırmızı qurdeşənəyi

D) Revmatoid arlrit

E) Postinfeksion miokardit


3. Kisel-Conson -Nesterevə görə kəskin revmatik qızdırmanın əsas meyarları hansılardır?

A) Poliartrit

B) Antistreptolizin O-nun yüksək titri .

C) EKQ-də T dişciyinin qısalması

D) Abdominal sindrom

E) EKQ-də T dişciyinin uzanması


4. Aşağıdakılardan hansı kəskin revmatik qızdırmanın əsas diaqnostik meyarlarından biridir?

A) Kardit

B) Artralgiya

C) Ümumi halsızlıq

D) Qızdırma

E) Ocaqlı infeksiya


5. Uşaqlarda qazanılmış ürək qüsurlarının əsas səbəbi hansıdır?

A) Kəskin revmatik qızdırma

B) Fibroelastoz

C) Septik endokardit

D) Revmatoid artrit

E) Sistem qırmızı qurd eşənəyi


6. İlkin diaqnozu kəskin revmatik qızdırma olan uşaqlara hansi taktikanı seçmək lazımdır?

A) Hospitalizasiya

B) Ambulator şəraitdə qanın klinik müayinəsi

C) Ambulator şəraitdə qanın biokimyəvi müayinəsi

D) Ambulator şəraitdə EKQ

E) Kardiorevmatoloqun konsultasiyası


7. İlkin diaqnozu “Revmatizmin aktiv fazası” olan uşaq hospitalizasiya edilməyibsə ona nəyi təyin etmirlər?

A) Diaqnostik mərkəzdə ExoKQ

B) Evdə qanın klinik müayinəsi

C) Penisillin təyini

D) Evdə EKQ

E) Aspirin və ya ibuprofen təyini


8. Kəskin revmatik qızdırma diaqnozu ehtimal olunan uşağa hospitalizasiya olunana qədər ev şəraitində nə təyin etmək məqsədəuyğundur?

A) Ibuprofen

B) Betametazon

C) Deksametazon

D) Suprastin

E) Prednizolon


9. Kəskin revmatik qızdırma həmlənin ilkin mərhələsində xəstəyə nə təyin olunmalıdır?

A) Penisillin

B) Levomisetin

C) Bisillin

D) Fortum (seftazidim)

E) Seporin


10. Uşaq stasionarda 2 ау ərzində müalicə alıb. Kəskin revmatik qızdırmanın aktivliyi sakitləşib. Evə yazıldıqdan sonra nə məsləhət görülməlidir?

A) Aspirin və Bissilin-5

B) Prednizolon

C) Penisillin

D) Eritromisin

E) Bissillin-3


11. Qeyri-steroid iltihab əleyhinə preparatlar nə zaman məsləhət görülmür?

A) Verlhof xəstəliyində

B) Posttravmatik artritdə

C) Reaktiv artritdə

D) Kəskin revmatik qızdırmada

E) Revmatoid artritində


12. Qetri-steroid iltihab əleyhinə preparatların qəbulu nəyə səbəb ola bilər?

A) Sadalananların hamısı

B) Hiperqlikemiyaya

C) Trombəmələgəlmənin artmasına

D) Arterial təzyiqin artmasına

E) Mədə bağırsaq traktında xora yaranmasına


13. 8 yaşlı uşaq 2 dəfə revmatik həmlə keçirib. Uşaqda mitral çatışmazlıq yaranıb. Belə vəziyyətdə bisillinlə aparılan profilaktika nə qədər davanı etməlidir?

A) 5il və daha çox

B) 3 il

C)



14. Revmatizmli uşaqlara sanatoriyada nə təyin olunur?

A) Sadalananların hamısı

B) Əmək müalicəsi

C) Bisillin profılaktikası

D) İnfeksiya ocaqlarının sanasiyası

E) Müalicə bədən tərbiyəsi


15. Kəskin ürək-damar çatışmazlığı əlamətlərinə aid olmayan hansıdır?

A) Dərinin hiperemiyası

B) Sapvari nəbz

C) Arterial təzyiqin enməsi

D) Təngnəfəslik

E) Dəri qişalarının solğunluğu


16. Kəskin ürək-damar çatışmazlığı əlamətləri hansılardır?

A) Sadalananların hamısı

B) Dəri örtüyünün solğunluğu

C) Təngnəfəslik

D) Sapvari nəbz

E) Arterial təzyiqin enməsi


17. Arterial hipertenziya adətən hansı xastəlikdə müşahidə olunur?

A) Düyünlü poliarteriit

B) Sistem qırmızı qurdeşənəyi

C) Aortal çatışmazlıqda

D) Hemorragik vaskulit

E) Açıq arterial axacaqda


18. Amiloidoz adətən nə zaman yaranır?

A) Revmatoid artritində

B) Tubulointerstial nefritdə

C) Qlomerulonefritdə

D) Pielonefritdə

E) Tubulopatiyalarda


19. Ürək hüdudlarının öyrənilməsində ən dəqiq müayinə üsulu hansıdır?

A) Rentgenoqrafiya

B) Palpasiya

С) Perkussiya

D) ExoKQ

E) Rentgenoskopiya


20. Mitral qapaq prolapsının diaqnostikasında informativ müayinə üsulu hansıdır?

A) USM


B) EKQ

C) Reoqramma

D) Ürəyin renlgenoqramması

E) FKQ
21. Kəskin Revmatik qızdırma və revmatoid artriti zamanı hormonal terapiya aparıldıqda

pəhrizə nəyi daxil etmək məsləhət görülür?

A) Sadalananların hamısı

B) Meyvə və tərəvəz salatları

C) Quru meyvələr

D) Kəsmik və kefir

E) Bişmiş kartof


22. Hansı əlamət revmatoid artrit üçün xarakterik deyil?

A) R-qrafiyada oynaqlarda dəyişikliklərin olmaması

B) Getdikcə xəstənin hərəkət məhdudluğu

C) Zədələnmələrin simmetrikliyi

D) Prosesə 2 və daha artıq oynağın qoşulması

E) Səhərlər hərəki məhdudluq


23. Revmatik poliartritin xüsusiyyətlərinə hansı əlamət aiddir?

A) İri hərəki oynaqların zədələnməsi və uçucu xarakteri

B) Oynaqlarda deformasiya

C) Poliartritin 10 gündən az çəkməsi

D) Kiçik oynaqların simmetrik zədələnməsi

E) Poliartritin 10 gündən çox çəkməsi


24. Kiçik xoreya üçün xarakter olmayan əlamət hansıdır?

A) Babinski simptomu

B) Hiperkinezlər

C) Qordon və Çerni simptomu

D) Süst çiyinlər simptomu

E) Baş ağrıları


25. Hansı xəstəlikdə yüksək dozada kortikosteroidlərin təyini patogenetik əsaslandırılmayır?

A) Kəskin revmatik qızdırma

B) Dermatomiozit

C) Revmatoid artrit

D) Qlomerulonefrit

E) Sklerodermiya


26. Miokarditin əlamətlərinə aid olmayan hansıdır?

A) AT-nin yüksəlməsi

B) Hipotoniya

C) Ürək ritminin pozulması

D) Funksional küyün əmələ gəlməsi

E) Ürək sərhədlərinin genişlənməsi


27. Oynaqların R-qrafiyasında osteoporozun olması hansı xəstəlik üçün xarakterikdir?

A) Revmatoid artrit

B) Bruselyoz

C) Qeyri-spesifik artrit

D) Dermatomiozit

E) Kəskin revmatik qızdırma


28. Hansı klinik əlamət kəskin revmatik qızdırma üçün xarakterik deyil?

A) Hərəkətin məhdudlaşması

B) Kardit

C) Proteinuriya

D) Poliartrit

E) Xoreya


29. Hansı xəstəlik zamanı getdikcə artan əzələ zəifliyi xəstənin hərəkətsizliyinə gətirib çıxarır?

A) Dermatomiozit

B) Revmatik artrit

C) SQE


D) Kəskin revmatik qızdırma

E) Sklerodermiya


30. Hansı xəstəliyi keçirmiş uşaqlar revmatizmin inkişafı üçün təhlükəli hesab olunur?

A) Skarlatina

B) Hepatit

C) Bağırsaq infeksiyası

D) Bronxit

E) KRVİ


31. Revmatik infeksiyanın törədicisinə hansı aiddir?

A) A qrupa aid betta- hemolitik streptokokk

B) Diplokokk

C) Qızılı stafilokokk

D) Miksovirus

E) Klebsiella


32. Hansı əlamət revmatoid artrit üçün xarakterik deyil?

A) R-qrafiyada oynaqlarda dəyişikliklər olmur

B) Getdikcə xəstənin hərəkət məhdudluğu

C) Zədələnmələrin simmetrikliyi

D) Prosesə 2 və daha artıq oynağın qoşulması

E) Səhərlər oynaq gərginliyi


33. Mitral qapaq prolapsının mitral qapaq çatışmazlığından differensasiya etmək üçün hansı müayinənin aparılması daha informativ sayılır?

A) Exokardioqrafiya

B) Ürəyin rentgenoqrammı

C) Vektorkardioqrafiya

D) FKQ

E) EKQ
34. 12 yaşında qızın ürək nahiyyəsində dövri olaraq sancılar qeyd edilir. Hansı müayinəni aparmaq daha vacibdir?



A) Ürəyin rentgenoqrafiyası.Qanın klinik analizi və EKQ

B) Ürəyin rentgenoqrafiyası

C) Fiziki yüklə sınaq

D) FKQ


E) Veloerqometriya
35. Oğlanda 10 gündür dizlərdə , baldır-ayaq oynaqlarında şişkinlik, ağrılar və 38˚c temperatur olur. Ürəyin sol sərhəddi 2 sm böyüyüb. Ürək tonları karlaşıb. İki həftə qabaq angina olmuşdur. Sizin qabaqcadan verəcəyiniz diaqnoz hansıdır?

A) Kəskin revmatik qızdırma

B) Revmatoid artriti

C) Postinfeksion miokardit

D) Reaktiv artrit

E) Septik kardit


36. Bakterial (infeksion) kardit üçün xarakter simptom hansıdır?

A) Sadalananların hamısı

B) Aorta qapağının zədələnməsi

C) EÇS artması

D) Qızdırma

E) Hiperkoaqulyasiya


37. Kəskin revmatik qızdırmanın ikincili profilaktikası üçün istifadə olunur:

A) Bisillin-5

B) Analgin

C) D Vitamin

D) Pensillin

E) C vitamin


38. Dayaq hərəkət-sisteminin daha çox zədələyər:

A) Yuvenil revmatoid artrid

B) Sklerodermiya

C) Kəskin revmatik qızdırma

D) Reaktiv artrit

E) Dermatomiozit


39. Reyter sindromuna aid deyil:

A) Katarakta

B) Konyunktivit

C) Uretrit

D) Artrit

E) Leykosituriya


40. Kiçik xoreya hansı xəstəliyin nəticəsi kimi yaranmışdır:

A) Kəskin revmatik qızdırma

B) Revmatoid artrit

C) Meningit

D) Yarımkəskin bakterial endokardit

E) Baş-beyin travması


41. Kəskin revmatik qızdırmanın kiçik meyarı (EKQ-də) hansıdır?

A) PQ - intervalının uzanması.

B) QRS - kompleksinin genişlənməsi.

C) P - dişciyinin genişlənməsi.

D) QT - intervalının uzanması.

E) T - dişçiyinin uzanması.


42. Kəskin revmatik qızdırmanın əsas diaqnostik meyarlarından biri hansıdır?

A) Kardit

B) Artralgiya

C) Kardialgiya

D) Qızdırma

E) Angina

43. Kəskin revmatik qızdırma zamanı hansı müayinə taktikasını seçərsiz?

A) Hospitalizasiya və stasionarda müayinə

B) Ambulator şəraitdə qanın klinik müayinəsi

C) Ambulator şəraitdə qanın biokimyəvi müayinəsi

D) Ambulator şəraitdə EKQ

E) Revmatoloqun məsləhəti


44. Kəskin revmatik qızdırma diaqnozu ehtimal olunan uşağa hospitalizasiya olunana qədər ev şəraitində nə təyin etmək məqsədə uyğundur?

A) Ibuprofen

B) Baralgin

C) Polivitaminlər

D) Suprastin

E) Prednizolon


45. Sistem qırmızı qurd eşənəyi üçün hansı simptom diaqnostik əhəmiyyətlidir ?

A) LE- hüceyrələri

B) Disproteinemiya

C) İmmunoqlobilinlərun artması

D) RA pozitiv

E) EÇS-in artması


46. Yuvenil revmatoid artriti üçün hansı simptom daha vacib hesab edilir ?

A) Rеvmatoid amili - pozitiv

B) Disproteinemiya

C) LE- hüceyrələri

D) Revmatoid amili - neqativ

E) EÇS-in artması


47. Kəskin revmatik qızdırma həmləsı keçirmiş uşaqların reabilitasiyasına poliklinika şəraitində kim cavabdehdir?

A) Revmatoloq

B) Sahə pediatrı

C) Fizioterapevt

D) Nevropatoloq

E) Kardioloq


48. Xəstələrin sitostatik (immunosuppressant) preparatlarla nıüalicəsi zamanı onlara mütəmadi nə təyin olunmalıdır?

A) Qanın klinik müayinəsi

B) Daxili orqanlarmın USM

C) Arterial təzyiqin ölçülməsi

D) Rentgenoqrafıya

E) Okulist məsləhəti


49. Qeyri-steroid iltihab əleyhinə preparatlara aid olmayanı hansıdır?

A) Prednizolon

B) İndometasin

C) Lornoksikam

D) Asetilsalisil turşusu

E) Diklofenak

50. Revmatik xəstəliyi olan uşaqların sanator-kurort müalicəsinə nə daxildir?

A) Sadalananların hamısı

B) Əmək müalicəsi

C) Bisillin profılaktikası

D) İnfeksiya ocaqlarının sanasiyası

E) Müalicəvi bədən tərbiyəsi


51. Kəskin ürək-damar çatışmazlığı əlamətlərinə aid olmayan hansıdır?

A) Dərinin hiperemiyası

B) Sapvari nəbz

C) Arterial təzyiqin enməsi

D) Təngnəfəslik

E) Dəri və selikli qişaların solğunluğu


52. Arterial hipertenziya adətən hansı xastəlikdə müşahidə olunur?

A) Düyünlü periarteriit

B) Sistem qırmızı qurd eşənəyi

C) Aortal çatışmazlıq

D) Hemorragik vaskulit

E) Açıq arterial axacaq


53. Sinus taxikardiyası nə zaman müşahidə olunur?

A) Sadalananların hamısında

B) Ekssudativ perikardit

C) Quru perikardit

D) Miokardit

E) Miokardın distrofıyası


54. Uşaqlarda ilk dəfə aşkar olunmuş ekstrasistoliya zamanı nə edilməlidir?

A) Xəstə müayinə məqsədi ilə hospitalizasiya edilməlidir

B) Qeyri-steroid iltihab əleyhinə müalicə təyin olunmalıdır

C) Yataq rejimi, fiziki yük azaldılması

D) Nəzarət altında daxilə inderal (propranolol) təyin olunmalıdır

E) Evdə sitoxrom С və aktovegin təyin olunmalıdır


55. Paroksizmal taxikardiyaya dərhal diaqnoz qoymağa imkan verən müayinə üsulu hansıdır?

A) Elektrokardioqrafiya

B) Fonokardioqrafiya

C) Rentgenoqrafıya

D) Kardiointervaloqrafiya

E) Exokardioqrafiya


56. Miokardın hipertrofiyasının aşkarlaması üçün informativ müayinə üsulu hansıdır?

A) Exokardioqrafiya

B) Rentgenoqrafiya

C) Kardiointervaloqrafiya

D) Fonokardioqrafiya

E) Elektrokardioqrafiya


57. Mitral qapaq prolapsının diaqnostikasında informativ müayinə üsulu hansıdır?

A) Exokardioqrafiya

B) Rentgenoqrafiya

C) Kardiointervaloqrafiya

D) Fonokardioqrafiya

E) Elektrokardioqrafiya

58. Hansı əlamət revmatoid artrit üçün səciyyəvi deyil?

A) Rentgenoloji oynaqlarda dəyişikliklərin olmaması

B) Oynaqlarda ağrıların gecənin ikinci yarısından sonra şiddətlənməsi

C) Zədələnmələrin simmetrikliyi

D) Prosesə 2 və daha artıq kiçik oynağın qoşulması

E) Səhərlər hərəki məhdudluq


59. Kəskin revmatik poliartritin xüsusiyyətlərinə hansı əlamət aiddir?

A) İri hərəki oynaqların uçucu xarakterli zədələnməsi

B) Oynaqlarda deformasiya

C) Onurğu sütununun boyun fərəqələrində artrit

D) Kiçik oynaqların simmetrik zədələnməsi

E) Poliartritin iki aydan çox davam etməsi


60. Hansı xəstəlikdə yüksək dozada kortikosteroidlərin təyini patogenetik əsaslandırılmır?

A) Kəskin revmatik qızdırma

B) Dermatomiozit

C) Yuvenil revmatoid artriti

D) Qırmızı qurd eşənəyi

E) Sklerodermiya


61. Oynaqlarda osteoporoz və ankilozun yaranması hansı xəstəlik üçün səciyəvidir?

A) Yuvenil revmatoid artriti

B) Bruselyoz

C) Reaktiv infeksion artrit

D) Dermatomiozit

E) Kəskin revmatik qızdırma


62. Kəskin revmatik qızdırma hansı xəstəlikdən sonra inkişaf edə bilər?

A) Skarlatina

B) Virus hepatiti

C) Bağırsaq infeksiyası

D) Qızılca

E) Kəskin respirator virus infeksiyası


63. Kiçik xoreya hansı xəstəliyin əlamətidir ?

A) Kəskin revmatik qızdırma

B) Yuvenil revmatoid artriti

C) Meningit

D) Kəskin bakterial endokardit

E) Baş beyin travması


64. Kəskin revmatik qızdırmanın əsas diaqnostik meyarı hansıdır ?

A) Poliartrit

B) Artralgiya

C) Kardialgiya

D) Abdominal sindrom

E) Yüksək qızdırma


65. Aşağıdakılardan hansı əlamət kəskin revmatik qızdırmanın əsas diaqnostik meyarı deyil?

A) Angina

B) Halqavari eritema

C) Kiçik xoreya

D) Poliartrit

E) Kardit


66. Uşaqlarda sinus taxikardiyası nə zaman müşahidə olunur?

A) Sadalananların hamısında

B) Endomiokardit

C) Perikardit

D) Miokardit

E) Kardiomiopatiya


67. Kəskin ürək-damar çatışmazlığı əlaməti hansıdır?

A) Sadalananların hamısı

B) Dəri örtüyünün solğunluğu

C) Təngnəfəslik

D) Sapvari nəbz

E) Arterial hipotoniya


68. Ürəyin fəaliyyətinin dayanması zamanı aparılan reanimasion tədbirlərə daxil olmayan hansıdır?

A) Maqistral damarlara soyuq qoyulması

B) Ürəyin qapalı masajı

C) Xəstənin düz, bərk yerə uzadılması

D) “Ağızdan-ağıza” ağ ciyərin süni ventilyasiyası

E) Həyacan siqnalının verilməsi


69. Yuvenil revmatoid artriti zamanı hansı əlamətlər müşahidə olunur?

A) Sadalananların hamısı

B) EÇS-in 60 mm/s qədər yüksəlməsi

C) Uveit


D) Yüksək qızdırma

E) Kiçik oynaqların artriti


70. Hansı xəstəlik zamanı daha çox dayaq hərəkət sistemi zədələnir?

A) Yuvenil revmatoid artriti

B) Sklerodermiya

C) Kəskin revmatik qızdırma

D) Sistem qurd eşənəyi

E) Dermatomiozit


71. Hansı xəstəlik zamanı daha çox ürək-qan-damar sistemi zədələnir?

A) Kəskin revmatik qızdırma

B) Sklerodermiya

C) Yuvenil revmatoid artriti

D) Sistem qurd eşənəyi

E) Dermatomiozit


72. Hansı xəstəlik zamanı daha çox dəri örtüyü zədələnir?

A) Sklerodermiya

B) Yuvenil revmatoid artriti

C) Kəskin revmatik qızdırma

D) Sistem qurd eşənəyi

E) Dermatomiozit


73. Hansı xəstəlik zamanı daha çox əzələlər zədələnir?

A) Dermatomiozit

B) Yuvenil revmatoid artriti

C) Kəskin revmatik qızdırma

D) Sistem qurd eşənəyi

E) Sklerodermiya


74. Paroksizmal taxikardiya üçün səciyyəvi simptom hansıdır?

A) Təkrarlanan ürək yığılmalarının dəqiqədə 160-180 vurğudan çox olması

B) Daimi ürək yığılmalarınm dəqiqədə 100 vurğudan çox olması

C) Ürək yığılmalarının disritmikliyi

D) Daimi ürək yığılmalarının dəqiqədə 100 vurğudan az olması

E) Ürək keçiriciliyinin pozulması




Uşaqlarda mədə-bağırsaq və ödçıxarıcı sistemlərin xəstəlikləri.

  1. Helikobaktoriyaları ilə assosiasiya olunmuş qastritə nə aiddir ?

A) Bakterial şərtləndirilmiş (B tipi )

B) Autoimmun (A tipi)

C) Kimyəvi və toksiki təsirlərdən (C tipi)

D) Limfositar

E) Hamısı


  1. Hansı preparat helikobakteriyalara təsir etmir?

A) Maalox

B) De-Nol

C) Amoksisillin

D) Pariyet

E) Omeprazol
3. On iki barmaq bağırsağın yara xəstəliyində ağrı sindromu olur

A)Moyniqam ritmi: aclıq-ağrı-qida-yüngülləşmə

B)Merilin ritmi: ağrı-aclıq-qida- yüngülləşmə

C) Muxin ritmi: aclıq-qida- ağrı- yüngülləşmə

D) Makin ritmi: ağrı- aclıq- yüngülləşmə -qida

E)Pavlov ritmi: qida- aclıq- ağrı- yüngülləşmə


4. On iki barmaq bağırsağın xəstəliyinin kəskinləşməsində pəhriz.

A) stol №1A

B) stol №1

C) stol№ 5

D) stol №4

E) stol №7


5. Uşaqlarda on iki barmaq bağırsağın yara xəstəliyində ən çox təsadüf olunan fəsadı .

A) qanaxma

B) perforasiya

C) stenoz

D) penetrasiya

E) malignizasiya


6. Ödçıxarıcı yolların hipertonik tipli diskineziyası zamanı ağrı sindromu üçün xarakterikdir.

A) sağ qabırğaaltı nahiyyədə qısa müddətli tutma şəkilli ağrılar

B) sağ qabırğaaltı nahiyyədə yayılmış ağrılar

C) göbəkətrafı nahiyyədə yayılmış küt ağrılar

D) qarının yuxarı yarısında gec ağrılar

E) sol qalça çuxurunda ağrılar


7. Ödçıxarıcı yolların hipotonik tipli diskineziyası zamanı ağrı sindromu üçün xarakterikdir

A) sağ qabırğaaltı nahiyyədə yayılmış daimi ağrılar

B) göbəkətrafı nahiyyədə yayılmış küt ağrılar

C) qarının yuxarı nahiyyəsində tutma şəkilli küt ağrılar

D) qarının yuxarı yarısında gec ağrılar

E) qarnın sol yarısında olan ağrılar


8. Kəskin xolesistit üçün xarakterik klinik simptomlar

A) sağ qabırğaaltı nahiyyədə ağrılar, toksikoz simptomları, ürəkbulanma

B) qarında ağrı, metiorizm, maye şəkllindənəcis

C) epiqastral nahiyyədə ağrılar, ürəkbulanma, qıcqırma

D) təkrari qusma, kəmərləyici ağrılar

E) yüksək hərarət


9. Kəskin xolesistitin əsas səbəbi.

A) infeksiya

B) dietik gərginlik

C) fiziki gərginlik

D) sinir-psixiki faktorlar

E) soyuqdəymə faktorlar


10. Öd çıxarıcı yolların xəstəliklərinin patogenezində əsas əhəmiyyətə malik deyildir.

A) nazik bağırsağın fermentativ çatmamazlığı

B) ödün fiziki-kimyəvi xüsusiyyəti

C) sinir-psixiki faktorlar

D) sfinkter aparatının koordinasiya fəaliiyətinin pozulması

E) qanda asidozun dərəcəsi


11.Biliar traktın xəstəliklərinin inkişafında etiopatogenetik faktorlardan əhəmiyyəti olmayan

A) günəş insolyasiyası

B) irsi

C) yağla zəngin qidaların çox istifadəsi



D) infeksion və parazitar faktorlar

E) obstruksiya


12. Uşaqlarda öd daşı xəstəliyində rast gəlinən fəsadlar

A) obturasion sarılıq

B) öd kisəsinin perforasiyası

C) öd kisəsinin empiyeması

D) öd kisəsinin fleqmonası

E) atreziya


13.Öd çıxarıcı yolların anomaliyalarını aşkarlamaqdan ötrü hansı müayinə metodu daha önəmlidir.

A) xolesistoqrafiya

B) USM

C) cərrahi xolangioqrafiya

D) ümumi rentgen müayinə

E) duodenal zondlama


14. Öd çıxarıcı yolların diskeniziyasının neçə növü mövcuddur.

A) hipertonik, hipotonik

B) birincili, atopik

C) ikincili , hipotonik

D) allergik, viruslu

E) komplex, hipotonik


15. Tübaj təyininə göstəriş

A) hipomotor diskineziya

B) hipermotor

C) postxolesistoektomik sindrom

D) qaraciyərdaxili xolestaz

E) qastrit


16. Yara xəstəliyinin ağırlıq dərəcəsini qiymətləndirmək üçün diaqnostika

A) fibroqastroduodenoskopiya

B) elektrokardioqrafiya

C) mədə sekresiyasının müayinəsi

D) USM

E) rentgenoqrafiya


17. 12 barmağın yara xəstəliyində sağlam uşaqlarla müqayisədə.

A) turşu əmələgəlmə və sekresiya əmələgəlmənin yüksəlməsi

B) turşu əmələgəlmə azalmış sekresiya yüksəlmiş

C) turşu əmələgəlmə azalmış sekresiya azalmış

D) turşu əmələgəlmə yüksəlmiş, sekresiya azalmış

E) turşu əmələgəlmə və sekresiya əmələgəlmənin dəyişməməsi


18. Qastroezofagial reflüksun diaqnostikasında hansı metod önəmli deyil?

A) USM


B) endoskopik

C) rentgenoskopiya

D) qida borusu daxili pH sutkalıq monitorinq

E) qastroskopiya


19.1,5 yaşda uşağa yaşa uyğun olmayan qida verilmişdir. Uşaq narahat olmuş, epiqastral nahiyədə ağrılar, iştahanın azalması, ürək bulanma

A) kəskin qastrit

B) xronik qastrit

C) bağırsaq infeksiyası

D) xronik qastoduodenit

E)hepatit


20. Sekretor funksiyanın yüksəlməsi ilə gedən qastroduodenitdə pəhriz

A) stol № 1

B) stol № 2

C) stol № 5

D) stol № 7

E) stol № 5a


21. Sekretor funksiyanın azalması ilə gedən qastroduodenitdə pəhriz.

A) stol № 2

B) stol № 1

C) stol № 5

D) stol № 7

E) stol № 5a


22. Uşaqlarda mədə yarasında ən az rast gələn fəsad

A) malignizasiya

B) qanaxma

C) perforasiya

D) piloroduodenal stenoz

E) penetrasiya


23. Helikobakteriozun diaqnostikasında önəmli deyil

A) qanda qələvi fosfatazanın təyini

B) zəncirvari polimeraza reaksiyası

C) tənəffüs metodu

D) nəcisdə HP-nin antigeninin təyini

E) ureaz testi

24.12barmaq bağırsağın xora xəstəliyinin müalicəsində önəmli deyil:


  1. İmmunoterapiya;

  2. H.Pylorimin eradikasiyası;

  3. Mədə sekresiyasının normallaşdırılması

  4. Mədənin selikli qişasının aqressiv təsirlərdən qorunması və reperativ prosesin stimulyasiyası

  5. Sinir sisteminin psixiki sferasının korreksiyası

25.Uşaqlarda xronik pankreatitin fəsadlarına aid deyil.

  1. Meninqoensefalit

  2. Psevdokista

  3. Sol tərəfli plevrit

  4. Dalaq venasının tromboflebiti

  5. Şəkərli diabet

26.Xronik pankreatitin diaqnostikasında göstərilən biokimyəvi müayinələrdən hansılarının aparılmır:

  1. Qanda Fe təyini

  2. Amilaza, lipaza, tripsinin təyini

  3. Kreatin, sidik cövhəri, qlükoza və kalsium təyini

  4. Transaminaza, qələvi fosfataza, gl-qlotamiltranspeptidaza təyini

  5. İnsulin , C-peptid, qlükaqonun təyini

27.Qastroezofageal refluksun müalicəsində az əhəmiyyətlidir:

  1. Probiotiklər;

  2. Dietik korreksiya;

  3. Prokinetiklər

  4. Antasidlər

  5. Аntisekretor preparatlar.

28.Mədə sekresiyasının tənzimlənməsində aşağıdakılardan hansı mühüm rol oynayır?

A) Mərkəzi sinir sistemi

B) Parasimpatik sinir sistemi

C) Avtonom sinir kələfi

D) Periferik sinir ucları

E) Simpatik sinir sistemi

29.Qastroezofageal reflüks xəstəliyinin atipik əlamətlərinə nə daxildir?

A) Hıçqırma, disfoniya, gecə öskürəyi

B) Qıcqırma, ürəkbulanması

C) Requrqitasiya

D) Disfagiya, odinofagiya

E) Gəyirmə

30.Autoimmun atrofik qastrit zamanı axlorhidriyanın əmələgəlmə səbəbi hansıdır?

A) Aktiv panqastrit

B) Bağırsaq metaplaziyası

C) Mədə vəzilərinin diffuz atrofiyası

D) HP kolonizasiyası

E) Hiperqastrinemiya

31.Helicobacter pylori sadalananlardan hansı qrupa aiddir?

A) Spiralabənzər qramm-mənfi mikroaerofil bakteriya

B) İbtidailər

C) Qramm-müsbət çöplər

D) Göbələklər

E) Saprofillər


32.Helicobacter pylori ilə assosiasiya olunmuş qastritlərdə mədə turşuluğu necə dəyişir?

A) Çoxalır

B) HCl ifraz olunmur

C) Dalğavari tərəddüd edir

D) Dəyişməyir

E) Azalır

33.Xora xəstəliyinin əsas aparıcı rentgenoloji əlaməti hansıdır?

A) «Taxça» simptomu

B) Atrofiya

C) Hipertonus

D) Hipersekresiya

E) Divarın deformasiyası

34.Helicobacter pylorinin ən çox yerləşdiyi yer mədənin hansı hissəsindədir?

A) Mədənin antral nahiyyəsində

B) Fundal nahiyyədə

C) Mədə cisminində

D) 12 barmaq bağırsaqda

E) Mədənin kardial hissəsində

35.Xronik A tip qastrit aşağıdakılardan hansı ilə əlaqəlidir?

A) Parietal hüceyrələrə qarşı anticismin yaranması ilə

B) Zərdabda qastrinin səviyyəsinin aşağı düşməsi ilə

C) Qeyri-steroid iltihab əleyhinə dərmanlar ilə

D) Antral stenoz ilə

E) H.pylori infeksiyası ilə


36.Endoskopik müayinə zamanı mədə divarından məqsədli biopsiyaya aşağıda sadalananlardan hansı əks göstərişdir?

A) Mədə qanaxmaları

B) Xora xəstəliyi

C) Bədxassəli zədələnməyə şübhə olduqda

D) Müalicə nəticələrinin dinamik müşahidəsi

E) Polipin olması


37.Xronik qastritin ekzogen etioloji amilinə aşağıdakılardan hansı aiddir?

A) Helicobacter pylori

B) Ödun mədəyə reflüksu

C) Neyrohumoral tənzimlənmənin pozulması

D) Mərkəzi sinir sisteminin zədələnməsi

E) Anemiya


38.Xronik qastritin xüsusi formalarına verilənlərdən hansı aiddir?

A) Qranulematoz

B) Antral qastrit

C) Atrofik qastrit

D) Eroziv qastrit

E) Qeyri-atrofik qastrit


39.12-barmaq bağırsağın xora xəstəliyinin inkişafında aparıcı amil hansıdır?

A) Helicobacter pylori infeksiyası

B) Mədədən evakuasiyanın ləngiməsi

C) Hipoqastrinemiya

D) HCl-in hiposekresiyası

E) Pepsinin hiposekresiyası


40.Mədənin xora xəstəliyinin patogenezində aşağıdakılardan hansı daha çox əhəmiyyət kəsb edir?

A) Aqressiv amillərin müdafiə amillərindən üstün olması

B) Motor-evakuator pozğunluqlar

C) Selikli qişanın qanla təchizatı

D) Qəbizlik

E) Qıcıqlandırıcı qidalar


41.Helicobacter pylori mənşəli xronik aktiv qastrit üçün aşağıdakılardan hansı səciyyəvidir?

A) Mədənin antral hissəsinin daha çox nəzərəçarpan zədələnməsi

B) Fundal vəzilərin atrofiyası

C) B12 defisitli anemiya

D) Axlorhidriya

E) Mədənin dibinin və cisminin zədələnməsi


42.Qastrinin qanda konsentrasiyası aşağıdakılardan hansında əhəmiyyətli dərəcədə yüksəlir?

A) Xronik səthi qastritdə

B) Xronik enteritdə

C) Xronik pankreatitdə

D) 12-barmaq bağırsağın xora xəstəliyində

E) Zollinger-Ellison sindromunda


43.Xora xəstəliyinin diaqnozu qoyulduqdan sonra əlavə olaraq aşağıdakı laborator müayinələrdən ilk növbədə hansının aparılması məsləhətdir?

A) Hp-nin təyini

B) Nəcisin disbakterioza görə müayinəsi

C) Qanda kaliumun təyini

D) Qanın biokimyəvi analizi

E) Qanda zülalın təyini


44.Nəcisin gizli qana müayinəsi aşağıdakı hansı xəstəlikdə aparılır?

A) Xora xəstəliyi

B) Xronik xolesistit

C) 12-barmaq bağırsağın stenozu

D) Atrofik qastrit

E) Pankreatit


45.Xora xəstəliyinin əsas instrumental diaqnostik metodu aşağıdakılardan hansıdır?

A) Ezofaqoqastroduodenoskopiya

B) Duodenal zondlama

C) Mədədaxili pH-metriya

D) USM

E) Laparoskopiya


46.Ranitidin hansı qrup preparatlara aiddir?

A) H2-histamin reseptorlarını blokada edən

B) Spazmolitik

C) Antasid

D) Qeyri-selektiv xolinolitiklər

E) H1-histamin reseptorlarını blokada edən


47.Mədə xəstəlikləri zamanı qəbul edilən almagel, fosfalyugel hansı təsirə malikdir?

A) Antasid, absorbsiyaedici, bürüyücü

B) Ümumi xolinolitik

C) Ümumi xolinomimetik

D) Relaksasiyaedici

E) Yerli xolinolitik


48.Helicobacter pyloriyə aşağıdakı preparatlardan hansı təsir edir?

A) Vismutun kolloid preparatları

B) Sitoprotektorlar

C) Antasidlər

D) Spazmolitiklər

E) Sintetik peptidlər


49.Hp ilə assosiasiya olunmuş xronik qastrit, mədə və 12-barmaq bağırsağın xora xəstəliklərinin müalicəsində birinci sıradan olan hansı ən effektiv kompleks preparatlar istifadə olunur?

A) Omeprazol, klaritromisin, amoksisillin

B) Ranitidin, metronidazol, de-nol

C) Ranitidin, klaritromisin, amoksisillin

D) Omeprazol, ranitidin, amoksisillin

E) Sadalanan heç biri


50.Pantoprazol hansı qrup dərman preparatlarına aiddir?

A) Proton nasosunun blokatoru

B) Adrenoblokatorlar

C) H2-histamin reseptorlarının blokatoru

D) H1-histamin reseptorlarının blokatoru

E) Simpatolitik


51.Famotodin hansı qrup dərman preparatlarına aiddir?

A) H2-histamin reseptorlarını blokada edən

B) Simpatolitik

C) M-xolinoblokator

D) Proton nasosunun blokatoru

E) H1-histamin reseptorlarını blokada edən


52.H.pylori infeksiyasının yox edilməsi üçün istifadə olunan ən effektiv 4 komponentli kompleks aşağıdakılardan hansıdır?

A) Omeprazol, de-nol, tetrasiklin və metronidazol

B) Omeprazol, sukralfat, klaritromisin, ampisillin

C) Ranitidin, omeprazol, de-nol, tetrasiklin

D) Omeprazol, de-nol, ampisillin, furazalidon

E) Sadalanan heç biri


53.Aşağıdakı hansı preparat mədənin turşu sekresiyasını əhəmiyyətli dərəcədə azaldır?

A) Proton nasosun blokatoru

B) H2-histamin reseptorlarının blokatoru

C) H1-histamin reseptorlarının blokatoru

D) Vismutun kolloid subsitratı

E) Sitoprotektorlar


54.Mədə xorası zamanı əsasən aşağıdakı hansı qrup preparatlardan istifadə edilməsi məqsədə uyğun ola bilər?

A) Proton nasosunu blokada edən

B) Fermentlər

C) Adrenoblokatorlar

D) H1-histamin reseptorlarını blokada edən

E) Hepatoprotektor

55.Aşağıdakı sayılan preparatlardan hansı proton nasosunun inhibitorudur?

A) Rabeprazol

B) Ranitidin

C) De-nol

D) Simetidin

E) Fosfalugel


56.Prokinetiklər aşağıdakı patologiyalardan hansında göstərişdir?

A) Qastroezofageal reflyuks xəstəliyi

B) Feoxromositoma

C) Mədə perforasiyası

D) Mədə-bağırsaq qanaxması

E) Mexaniki bağırsaq keçməzliyi


57.Xora xəstəliyi olan xəstələrə hansı qrup preparatlar təyin etdikdə ağrılar güclənir?

A) Mədə sekresiyasını stimulyasiya edən preparatlar

B) Bürüyücülər

C) Proton nasosunun inhibitorları

D) H2-histamin reseptorlarının blokatorları

E) Selektiv xolinolitiklər


58.Hansı dərman preparatları qəbizlik əmələ gətirmir?

A) Laktuloza

B) Hipolipidemik preparatlar

C) Hipotenziv preparatlar

D) Sulfanilamidlər

E) Nitrofuranlar


59.Meqakolon nədir?

A) Bağırsağın uzanması

B) Bağırsağın gödəlməsi

C) Bağırsağın daralması

D) Bağırsağın genəlməsi

E) Bağırsağın deşilməsi


60.Uşaqlarda xronik qastrit diaqnozunun qoyulmasının əsas diaqnostik müayinə metodu hansıdır?

A) Mədə şirəsinin analizi

B) pH-metriya

C) Mədə selikli qişasının götürülmüş bioptatın histoloji müayinəsi

D) Rentgenoloji müayinə

E) Koproqramma


61.Mədə selikli qişasının Helicobacter pylori ilə infeksiyalaşması aşağıdakı sadalananlardan hansı ilə aşkarlana bilər?

A) Mədənin antral hissəsinin selikli qişasından götürülmüş bioptatın histoloji müayinəsi

B) Nəcisin ümumi analizi

C) Mədə şirəsinin müayinəsi

D) Qastroskopiya

E) Qanın ümumi analizi


62.Qələvi fosfatazanın artması qaraciyərdə hansı patoloji dəyişilikləri əks etdirir?

A) Xolestaz

B) Qaraciyərin autoimmun zədələnməsi

C) Qaraciyərdə şişin əmələ gəlməsi

D) Qaraciyər parenximasının virusla zədələnməsi

E) Qaraciyərə toksiki təsir


63.Xronik kəskinləşmiş pankreatititn diaqnostikasında sadalananlardan ən informativ göstərici hansıdır?

A) Qanda və sidikdə amilazanın dərəcəsi

B) Qanda qələvi fosfatazanın səviyyəsi

C) Hiperqlikemiya

D) Leykositoz

E) Qanda transaminazaların dərəcəsi


64.Xronik pankreatitin kəskinləşməsini nə göstərir?

A) Hiperamilazuriya

B) Şəkərli diabet

C) USM-də mədəaltı vəzinin yüksəlmiş exogenliyi

D) Qlükozaya qarşı tolerantlığın pozulması

E) Mədəaltı vəzinin kalsifikasiyası


65.Aşağıdakılardan hansı pankreas sekresiyasının stimulyatoru deyil?

A) Pepsin

B) Sekretin

C) Xolesistokinin

D) Qastrin

E) Somatostatin


66.Hiperasidlik üçün nə xarakter deyil?

A) İshal

B) qastroduodenal zonada ac qarına ağrılar

C) qəbizlik

D) dilin ərplə örtülməsi

E) mədənin qıcqırması


Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin