Müalicə-profilaktika fakültəsinin V kurs tələbələri üçün imtahan testləri Uşaqlarda tənəffüs sisteminin xəstəlikləri



Yüklə 0,9 Mb.
səhifə5/5
tarix26.11.2016
ölçüsü0,9 Mb.
#226
1   2   3   4   5

Uşaqlarda infeksion xəstəlikləri.

  1. Aşağıda sadalanan infeksiyalardan hansı uşaq hava-damcı infeksiyalarına aid

deyil.

  1. İnfeksion mononukleoz

  2. Göy öskürək

  3. Qızılca

  4. Məxmərək

  5. Difteriya




  1. Aşağıda sadalanan əlamətlərdən hansı qızılcanın kataral dövrünə xass deyil.

  1. Dəri səpkiləri

  2. Yüksək hərarət

  3. Soyuqlama əlamətləri

  4. Filatov-Koplik-Belski ləkəsi

  5. Əsnəyin hiperemiyası




  1. Qızılcalı xəstə hansı dövrdə ətrafdakılar üçün daha təhlükəlidir.

  1. İnkubasion dövrün sonu, kataral dövr və səpki dövrünün ilk 4 günü

  2. İnkubasion dövr

  3. Kataral dövr

  4. Səpki dövrünün ilk 6 günü

  5. Xəstəliyin sonuncu gününə qədər




  1. Aşağıda sadalanan infeksiyaların hansına yoluxma yenidoğulmuş dövründə mümkündür.

  1. Göy öskürək

  2. Qızılca

  3. Məxmərək

  4. Skarlatina

  5. Su çiçəyi




  1. Qızılcanın inkubasion dövrünün davamlığını göstərin.

A) 8 gündən 17 günə qədər

B) Bir neçə saatdan 3-4 günə qədər

C) 3 gündən 7 günə qədər

D) 6 gündən 25 günə qədər

E) 8 gündən 28 günə qədər


  1. Hansı hallarda qızılcanın inkubasion dövrü 21 günə qədər uzana bilər.

A) qan köçürüldükdən və qamma-qlobulin yeridildikdən sonra

B) xəstəliyi öncədən keçirtmiş uşaqlarda

C) peyvənd olunmuş uşaqlarda

D) xəstələrlə qısa təmasda

E) immunitetin zəifləməsində


  1. Qızılca zamanı səpginin ilk elementləri bədənin hansı hissəsində üzə çıxır.

A) qulağın arxa hissəsində və burun ətrafı

B) başın tüklü nahiyəsində və üzdə

C) boyunda və bədənin yuxarı hissəsində

D) sinədə və qarında

E) büküşlərdə


  1. Aşağıda sadalananlardan hansı qızılcanın olmasını göstərir.

A) makulo-papulyoz səpgi

B) xırda nöqtəli səpgi

C) birkameralı səpgi

D) ekzematoz səpgi

E) vezikulyoz səpki


  1. Qızılca əleyhinə vaksinasiya hansı yaşda aparılır.

A) 12 ay

B) 3 ay


C) 5 ay

D) 18 ay


E) 2 yaş


  1. Uşaqlar keçirilmiş kəskin infeksiyalardan sonra, profilaktik peyvəndlərdən hansı müddətə azad olunurlar.

A) azı 1 ay

B) 2-3 həftə

C) 3-6 həftə

D) 1-3 ay

E) 3-6 ay


  1. Məxmərəyin inkubasion dövrünün davamlığı nə qədərdir.

A) 11-24 gün

B) 7-15 gün

C) 10-17 gün

D) 12-20 gün

E) 8-18 gün


  1. Aşağıda sadalananlardan hansı məxmərək üçün daha səciyyəvidir

A) arxa ənsə limfa düyünlərinin böyüməsi

B) kəskin angina

C) urtikar xasiyyətli səpki

D)qoltuq altı limfa düyünlərinin böyüməsi

E) yuxarı tənəffüs yollarının katarı


  1. Məxmərəkli xəstə ətrafdakılar üçün nə zaman yoluxucudur.

A) ikubasiya dövrü+ səpki dövrü+ 4gün

B) kataral dövrü+ 3gün

C) səpki elementlərinin bitməsinə qədər

D) xəstəliyin 5-7gününə qədər

E) xəstəliyin 15-30 gününə qədər


  1. Məxmərəyə yoluxma hansı yaş dövründə daha təhlükəlidir.

A) hamiləliyin ilk 3 ayı

B) hamiləliyin ikinci yarısı

C) neonatal dövr

D) südəmər dövr

E) pubertat dövr


  1. Aşağıda sadalanan hansı əlamətlə qızılcanı məxmərəkdən diffensasiya etmək olar.

A) Filatov-Koplik ləkəsi

B) yüksək hərarət

C) yumşaq damağın enanteması

D) kəskin angina

E) konyunktivit


  1. Aşağıda sadalanan hansı əlamət məxmərəyə xasdır.

A) səpgilərin ətrafların bükücü səthində yerləşməsi

B) bütün bədəndə sıx və bükücü qırmızı səpginin olması

C) üzdə daha aydın nəzərə çarpması

D) bədəndə polimorf səpgi

E) səpginin mərhələli inkişafı


  1. Məxmərək əleyhinə peyvənd hansı infeksiyalar əleyhinə peyvəndlərlə birgə (kombinə) aparılır.

A) qızılca + parotit əleyhinə peyvəndlə

B) qızılca əleyhinə peyvəndlə

C) qızılca + AGDT əleyhinə peyvəndlə

D) BCJ + poliomielit əleyhinə peyvəndlə

E) BCJ + AGDT


  1. Aşağıda sadalananlardan hansı skarlatinanın törədicisidir.

A) streptokokklar

B) paramiksoviruslar

C) stafilokokklar

D) korinebakterialar

E) pnevmikoklar


  1. Skarlatinaya yoluxma ən çox hansı yaş dövründə rast gəlinir.

A) 2-10 yaş

B) 1-3 yaş

C) 3-5 yaş

D) 8-11 yaş

E) 10-15 yaş


  1. Skarlatina zamanı yoluxucuq koefisiyenti necə fayız təşkil edir .

A) 40%

B) 30-35 %

C) 40-50%

D) 60%


E) 75-100%


  1. Aşağıda sadalananlardan hansı skarlatinanın ilkin obyektiv əlamətidir.

A) kəskin angina (alovlu əsnək)

B) yüksək hərarət

C) moruğabənzər dil

D) dəri səpgiləri

E) lay-lay qabıqlama


  1. Aşağıda sadalananlardan hansı skarlatinaya xasdır.

A) xırda nöqtəli rozeolalar

B) Makulo-papulyoz sepgi

C) Urtikaz səpgi

D) səpkilər

E) ekzematoz səpgi


  1. Qanın klinik analizində aşağıda sadalananlardan hansı skarlatinaya xasdır.

A) leykositoz, neytrofilyoz

B) limfositoz, leykopeniya

C) eozinofiliya

D) anizositoz

E) limfopeniya


  1. Aşağıda sadalananlardan hansı skarlatinanın müalicəsində əsas yer tutur.

A) antibakterial terapiya

B) desensibilizasion terapiya

C) dezintoksikasion terapiya

D) ümumi möhkəmləndirici terapiya

E) İmmun sisteminin stimulyasiyası


  1. Aşağıda sadalananlardan hansı su çiçəyinin törədicisidir.

A) strongiloplazma Aragas

B) RNT-su olan miksoviruslar

C) herpes Zoster

D) stafilokoklar

E) hemofil çöpləri


  1. Aşağıda sadalananlardan hansı su çiçəyinə xasdır .

A) vezikulyar səpgi

B) xırda nöqtəli səpgi

C) papulalar

D) hemorragik səpgi

E) çoxkameralı səpgi


  1. Səpki elementlərinin hansı yerləşməsi su çiçəyi üçün xass deyil.

A) ovucda və ayağın altında

B) başın tüklü nayihəsində

C) bədəndə və ətraflarda

D) sağrı nayihəsində

E) boyunda və üzdə


  1. Su çiçəyi olan xəstə hansı müddətdə ətrafdakılar üçün yoluxucudur.

A) səpkinin son elementinin əmələ gəlməsinin 5-ci gününə qədər

B) səpginin 3-cü gününə qədər

C) səpginin 3-5 gününə qədər

D) səpginin səthində qabıq əmələ gələnə qədər

E) səpginin son elementinin yoxa çıxmasına qədər


  1. Hansı yaş dövründə parotitə maksimal həssaslıq rast gəlinir.

A) 5-10 yaş

B) südəmər dövr

C) 1 yaş

D) 2-4 yaş

E) 12-15yaş


  1. Parotitli xəstə ətrafdakılar üçün nə zaman yoluxucudur.

A) klinik əlamətlərin üzə çıxmasından 1-2 gün öncədən xəstəliyin 9-cu gününə qədər

B) kataral dövr

C) xəstəliyin başlanğıcından ilk 3 gün

D) xəstəliyin başlanğıcından 9-cu gününə

E) sağalmadan sonra 3-5 günə qədər


  1. Parotitin ortalama, inkubasion dövrü nə qədər davam edir.

A) 18-20 gün

B) 7-11 gün

C) 8-15 gün

D) 7-17 gün

E) 11-13 gün



  1. Aşağıda sadalananlardan hansı parotitin ağırlaşmasıdır.

A) yumurtaların atrofiyası

B) meningit

C) pankreatit

D) meningoensepalit

E) orxit


  1. Xəstəliyin hansı dövründə parotit virusunu qanda müəyyən etmək olar.

A) inkubasiyanın sonu və xəstəliyin ilk 3-4 günü

B) inkubasion dövr

C) inkubasiyanın sonu və kataral dövr

D) ağız suyu vəzlərinin maksimum böyüdüyü dövrdə

E) xəstəliyin bütün dövrlərində


  1. Hansı yaş dövründə parotit əleyhinə spesifik profilaktika aparılır.

A) 12 ay-6 yaş

B) 2-4 ay

C) 6-12 ay

D) 18 ay

E) 5 yaş


  1. Parotitdə karantin hansı müddətə qoyulur.

A) 21 gün

B) 7-11 gün

C) 11-15 gün

D) 17 gün

E) 24 gün


  1. Aşağıda sadalananlardan hansı göy öskürəyin törədicisidir.

A) hemofil çöpləri

B) miksoviruslar

C) Leffler çöpləri

D) pnevmokokklar

E) mikoplazmalar


  1. Göy öskürəkdə yoluxma dərəcəsi xəstəliyin hansı dövründə maksimuma çatır.

A) kataral dövr və tutmaşəkili öskürəyin 1-ci həftəsində

B) kataral dövr

C) kataral dövr və tutmaşəkili öskürəyin 2-ci həftəsində

D) kataral dövr və tutmaşəkili öskürəyin 3-cü həftəsində

E) kataral dövr və tutmaşəkili öskürəyin 4-cü həftəsində


  1. Göy öskürəyin yoluxuculuğu nə qədər davam edir.

A) xəstəliyin başlanğıcından 30-cu gününə qədər

B) xəstəliyin başlanğıcından 10-cu gününə qədər

C) xəstəliyin başlanğıcından 15-ci gününə qədər

D) xəstəliyin başlanğıcından 20-ci gününə qədər

E) xəstəliyin başlanğıcından 25-ci gününə qədər



  1. Göy öskürək zamanı kataral dövrün davamlığını göstərin.

A) 3-14 gün

B) 3-7 gün

C) 2-3 gün

D) 2-4 həftə

E) 3-6 həftə


  1. Göy öskürək zamanı spastik dövrün davamlığını göstərin.

A) 2-8 həftə

B) 7-14 gün

C) 2- 3həftə

D) 2-6 həftə

E) 4-8 həftə


  1. Göy öskürək zamanı sağalma dövrünün davamlılığını göstərin.

A) 2-6 həftə

B) 2-11 gün

C) 7- 17 gün

D) 2-4həftə

E) 2-8 həftə


  1. Göy öskürəkdə olan repriz nə deməkdir.

A) küylü nəfəs alma aktı

B) öskürəyin təkrarlanması

C) nəfəs vermə aktı

D) spastik öskürəyin konsentrasiyası

E) öskürək tutması zamanının davamlılığı


  1. Aşağıda sadalananlardan hansı göy öskürəyə xasdır.

A) Güclü öskürək

B) yüksək hərarət

C) leykositoz

D) gecələr güclənən öskürək

E) antibakterial terapiyanın tez effekti


  1. Göy öskürək əleyhinə spesifik profilaktika hansı yaş dövründə aparılır.

A) 2-3-4 aylarda

B) yenidoğulmuş dövr

C) 2 ay

D) 3-6 ay



E) 2-4-6 aylarda


  1. Azərbaycan Respublikasında istifadə olunan pentovak vaksinasının tərkibini göstərin.

A) AGDT+ H.İnfluenze +Hepatit B

B) AGDT + Poliomielit +QPM

C) AGDT + Poliomielit + Hepatit B

D) AGDT + H.İnfluenze + QPM

E) AGDT + H.İnfluenze + Poliomielit


  1. Aşağıda sadalananlardan hansı difteriyanın törədicisidir.

A) Leffler çöpləri

B) pnevmokoklar

C) streptokoklar

D) Borde-Janqu çöpləri

E) mikobakteriyalar


  1. Difteriyanın kontagiozluq indeksi hansı rəqəmlərlə müəyyən edilir.

A) 15-20%

B) 5-10 %

C) 25-30%

D) 2-8%


E) 30-60%


  1. Difteriyada inkubasion dövrünün davamlığını göstərin

A) 2-7 gün

B) bir neçə saatdan 3 günə qədər

C) bir neçə saatdan 7 günə qədər

D) 1-8 gün

E) 7-14 gün


  1. Difteriyanın hansı formasına çox rast gəlinir.

A) əsnəyin difteriyası

B) burunun difteriyası

C) dərinin difteriyası

D) qırtlağın difteriyası

E) gözün difteriyası


  1. Əsnəyin difteriyasının rast gəlmə faizini göstərin.

A) 95-98 %

B) 20-30 %

C) 35-45 %

D) 60-75 %

E) 75-88 %


  1. Aşağıda sadalananlardan hansı difteriyanın toksiki və qeyri-toksiki formalarının differensasiyası üçün əsas fərqləndirici əlamətdir.

A) periferik limfa düyünlərinin böyüməsi

B) yüksək hərarət

C) ərpin yayılma həcmi

D) ərpin qırtlağa yayılması

E) asfiksiyanın mövcudluğu


  1. Hansı xəstəlikdə həqiqi inağ əmələ gəlir.

A) qırtlağın difteriyası

B) KRX


C) virus mənşəli traxeolaringit

D) qızılca

E) əsnəyin difteriyası


  1. Difteriyanın diaqnostikasında bakterioloji müayinə, faiz etibarı ilə, nə dərəcədə informativdir.

A) 95-99%

B) 30-50%

C) 55-70%

D) 75-85%

E)25-60%


  1. Aşağıda sadalananlardan hansı difteriyanın müalicəsində əsas preparatdır.

A) difteriya əleyhinə antitoksik zərdab

B) antibiotiklər

C) difteriya əleyhinə anatoksin

D) kortikosteroidlər

E) oksigen terapiyası


  1. Difteriya əleyhinə antitoksik zərdabın dozas hansı meyarlara görə müəyyən olunur.

A) xəstəliyin forması və müddəti

B) xəstənin yaşı

C) ağırlaşma dərəcəsi

D) yanaşı xəstəliklərin olması

E) epidemioloji status


  1. Difteriya əleyhinə vaksinasiya hansı yaş dövründə aparılır.

A) 2-3-4 aylarda

B) yenidoğulma dövründə

C) 1-3 ay

D) 12 ay

E) 18 ay


  1. Difteriya əleyhinə ilkin revaksinasiya hansı yaş dövründə aparılır.

A) 18 ay

B) 3-6 ay

C) 12ay

D) 3 yaş



E) 6 yaş


  1. Difteriyaya şübhə olduqda karantin hansı müddətə qoyulur.

A) 7gün

B) 3gün

C) 3-7 gün

D) 7-10 gün

E) 9-21 gün
59.Aşağıdakılardan hansı tranzitor daşıyıcılıqdır:

A) sağlam;

B) xronik;

C) kəskin rekonvalestent;

D) ömürlük;

E) bütün sadalananlar.


60. Hansı meyarlara görə yoluxucu xəstəliklər xüsusi təhlükəli infeksiyalara aid edilir:

A) etioloji, epidemioloji;

B) epidemioloji, klinik;

C) immunoloji,klinik;

D) klinik, diaqnostik;

E) bütün sadalananlar.


61.Yoluxucu xəstəliyi hansı meyarlar səciyyələndirir:

A) patoqenetik, müalicəvi, diaqnostik, profilaktik;

B) etioloji, epidemioloji, klinik, immunoloji;

C) infeksion, kompleks, individual, müasir;

D) diaqnostik, profilaktik;

E) individual, müasir.


62.Patogenlik mikroorqanizmin aşağıdakı potensial xüsusiyyətidir:

A) infeksion proses;

B) epidemik proses;

C) iltihabi proses;

D) onkoloji proses;

E) bütün sadalananlar.


63.İnfeksiyanın qapısı:

A) törədicinin daxil olma məkanıdır;

B) törədicinin ifraz olma məkanıdır;

C) törədicinin lokalizasiya məkanıdır;

D) törədicinin uzun müddət yerləşməsidir;

E) bütün sadalananlar.

64.Subklinik formada olan infeksiya:

A) silinmiş infeksiyadır;

B) xüsusi təhlükəli infeksiyadır;

C) erkən infeksiyadır;

D) tipik infeksiyadır;

E) inaparant infeksiyadır.


65.İnaparant formalı infeksiya aşağıdakı hansı xüsusiyyətlərə malikdir:

A) klinik təzahürləri olmayan, immun cavabla;

B) klinik təzahürlərlə, immun cavabsız;

C) tranzitor daşıyıcı;

D) zəif inkişaf edən;

E) laborator dəyişiklər, klinik təzahürsüz.


66.Yoluxucu xəstəliyin tipik əlamətləri bunlardır:

A) manifest infeksiya;

B) silinmiş infeksiya;

C) inaparant infeksiya;

D) persistə edən infeksiya;

E) bütün sadalananlar.


67. Xəstəliyin virus etiologiyasına dəlalət edir:

A) limfositoz;

B) eozinofiliya;

C) neytrofillez;

D) limfopeniya;

E) leykositoz.


68. Xəstəliyin bacterial etiologiyasına dəlalət edir:

A) leykositoz;

B) eozinofiliya;

C) trombositoz;

D) limfositos;

E) aqranulositoz.


69.Yoluxucu xəstəliklərin terapiyasının hansı əsas hədəfə yönəldiyini qeyd edin:

A) törədiciyə təsir;

B) bütün sadalananlar;

C) toksinlərin neytralaşdırılması;

D) makroorqanizmə təsir;

E) detoksikasiya.


70.Sadalanan üsullardan hansı yoluxucu xəstəliklərin qeyri spesifik müalicəsinə aiddir:

A) hormonal terapiya;

B) dezintoksikasion terapiya;

C) qanəvəzedicilərin edilməsi;

D) hemodializ, plazmaferez;

E) bütün sadalananlar.


71.Qöstərilən hansı bakterioloji preparatlar profilaktik peyvəndləşmədə istifadə edilir:

A) bütün sadalananlar;

B) anatoksinlər;

C) ölü vaksinlər;

D) kimyəvi vaksinlər;

E) diri vaksinlər

72.Qızılca xəstəliyində patogenetik əlamət:

A) Belski-Filatov-Koplik ləkəsi

B) Konyuktivit

C) Sklerit

D) Ləkəli-populyoz səpgi

E) Fotofobiya


73.Qızılca xəstəliyinin əsas yayılma yolu:

A) Hava-damcı

B) Fekal –oral

C) Qan


D) Sidik-ifrazat

E) Konyuktivit ifrazatı


74.Qızılcada səpki dövrü:

A) 3-4 gün

B) 4-8 gün

C) 10-15 gün

D) 1-2 gün

E) 20-30 gün


75.Qızılca əleyhinə təkrar peyvənd (revaksinasiya) aparılır:

A) 6 yaşında

B) 2 yaşında

C) 7 yaşında

D) 5 yaşında

E) 4 yaşında


76.Anadangəlmə məxmərəkdə virus doğulanandan sonra ifraz olunur:

A) 1.5-2 il müddətində

B) 1-3 ay

C) 15-20 gün

D) 7-8 gün

E) 3-5 gün


77.Anadangəlmə məxmərəkdə təsadüf olunmur :

A) Meningit

B) Katarakta

C) Ürək qüsuru

D) Karlıq

E) Mikrosefaliya

78.Anadangəlmə məxmərəkdə uşağın 1-2 yaşında təsadüf olunur:

A) Şəkərli diabet , tireodit

B) Pnevmoniya

C) Ensefalit

D) Enterokolit

E) Plevrit


79.Məxmərəyin daha çox təsadüf olunan daimi əlaməti:

A) Poliadenit

B) Pnevmoniya

C) Polinevrit

D) Poliradikulonevrit

E) Qlomerulonefrit


80.Məxmərək xəstəliyinin diaqnostikasında virusoloji metodda material adətən götürülmür:

A) Onurğa beyni mayesindən

B) Burun-udlaq yuyuntusundan

C) Qandan

D) Nəcisdən

E) Sidikdən


81.Böyük yaşlı uşaqlarda və böyüklərdə məxmərəkdə təsadüf olunur:

A) Sinovitlər

B) Pnevmoniya

C) Hepatit

D) Qastroduodenit

E) Pielonefrit


82.Məxmərəyin profilaktıkası üçün peyvənd aparılır:

A) 1-6 yaşlarda

B) 3-6 ayında

C) 2-4 yaşında

D) 3-5 yaşlarında

E) 7-12 yaşlarında


83.Uşaqlarda yüksək temperaturu çoxlu miqdarda içərisi şəffaf maye ilə dolu olan vezikulyoz səpgilər var. Su çiçəyi diaqnozu qoyulub. Hansı formadır?

A) Tipik

B) Rudimentar

C) Hemorragik

D) Qangrenoz

E) Visseral


84.Su çiçəyində bakterial fəsadlardan nadir hallarda təsadüf olunan hansıdır ?

A) Osteomielit

B) Fleqmona

C) Absses

D) İmpetigo

E) Bulloz streptodermiya


85.Su çiçəyi ətraf üçün əsasən yoluxucu deyil:

A) Axırıncı səpgilərdən 3-4 gün sonra

B) 1-2 gün sonra

C) 5-6 saat sonra

D) 10-12 saat sonra

E) 7-8saat sonra


86.Su çiçəyində ölüm hadisəsi nadir hallarda təsadüf olunur:

A) Tipik formada

B) Qanqrenoz

C) Hemorragik

D) Visseral

E) Anadanfgəlmə su çiçəyində


87.Skarlatina törədicisi :

A) A qrupundan olan B hemolitik streptokok

B) Qızılı stafilokokk

C) Göy-yaşıl irin çöpləri

D) Klebsiella

E) Candidalar


88.Skarlatinanın əsas keçmə yolu:

A) Hava-damcı

B) Kontakt

C) Su yolu ilə

D) Transmissiv

E) Cinsi
89.Xəstənin xarakterik görünüşü: gözlər parıldayır, üz parlaq nisbətən ödemli, moruğa bənzər dil, yanaqlar qızarmış, solğun burun-dodaq üçbucağı (Filatov üçbucağı): ağ dermoqrafizm; xırda nöqtəvari səpgilər. Diaqnoz:

A) Skarlatina

B) Məxmərək

C) Su çiçəyi

D) Qızılca

E) Psevdotuberkulyoz
90.Bu əlamətlər hansı xəstəlik üçün xarakterikdir: alovlu əsnək, moruğabənzər dil, angina, ağ dermoqrafizm, solğun burun-dodaq üçbucağı?

A) Skarlatina

B) Psevdotuberkulyoz

C) Məxmərək

D) Su çiçəyi

E) Qızılca


91.Difteriya infeksiyası ən çox hansı yolla keçir?

A) Hava-damcı

B) III şəxsdən

C) Müxtəlif əşyalardan

D) Qida məhsullarından

E) Dəridən


92. Difteriyada krupoz iltihabi proses hansı orqanlarda olur?

A) Qırtlaq, nəfəs borusu

B) Ağız-udlaq

C) Dəridə

D) Cinsiyyət üzvlərində

E) Ağciyərdə


93.Difteriyada gizli dövr:

A) 2-10 gün

B) 2-3 saat

C) 20-21 gün

D) 1-2 ay

E) 1-7 saat


94.Skarlatinaya peyvənd aparılır:

A) Aparılmır

B) 1 yaş 6 ay

C) 1-6 yaşlarında

D) 3 alığında

E) 9 aylığında


95.Uşaqda difteriya inağı diaqnozu qoyulmuşdur-yüksək temperatur, halsızlıq, iştahanın azalması, quru öskürək, kobud hürücü öskürək səs xırıldayır, karlaşıb. Difteriya inağının hansı mərhələsidir?

A) Disfonik mərhələ

B) Keçid mərhələ

C) Asfiksiya mərhələ

D) Gizli dövr

E) Prodromal dövr


96.Uşağa qırtlaq difteriyası diaqnozu qoyulub-tənəffüs az küylüdür, sanki sakitləşib, vəziyyəti çox ağırdır: apatiya, yuxululuq, dəri örtüyü solğun boz rəngdə sianoz, akrosianoz, ətraflar soyuq, bəbəbklər genişlənib, puls sapvari, arterial təzyiq düşüb. Hansı mərhələdir?

A) Asfiksiya

B) Disfonik

C) Keçid


D) İnkubasiya dövrü

E) Başlanğıc dövr


97.Bunlardan hansı difteriyanın nadir formalarına aid deyil?

A) Əsnək


B) Burun

C) Qulaq

D) Göz

E) Dəri
98.Bunlardan hansı difteriyanın ən az rast gəlinən forması olur?

A) Cinsiyyət orqanlarının

B) Əsnək difteriyası lokalizə olunmuşlar

C) Qıtlaq forması

D) Əsnək difteriyası yayılması forma

E) Əsnək difteriyası hipertoksiki forma
99.Əsnək difteriyasının ən ağır formaları:

A) Hipertoksiki və hemorragik

B) Subtoksiki forma

C) Toksiki forma –III dərəcə

D) Əsnək difteriyası yayılmış forma

E) Toksiki forma-II dərəcə


100.Difteriyanın müalicəsində ən önəmli preparat :

A) Difteriya əleyhinə zərdab

B) Antibiotik

C) Kardiotrop preparatlar

D) Spazmolitiklər

E) Hormonoterapiya


101.Göy öskürək ən çox yoluxucudur:

A) Prodromal və tutma dövrünün başlanğıcı

B) Gizli dövr

C) Geri inkişaf dövrü

D) Spazmafik dövrün axırı

E) Sağalma


102.Göy öskürək zamanı bronx-ağciyər sistemində təsadüf olunmur:

A) Plevrit

B) Göy öskürək ağciyəri

C) Bronxit və bronxiolit

D) Pnevmoniya

E) Atelektaz


103.Göy öskürək diaqnostikasında əsas metod :

A)Yuxarı tənəffüs yollarının seliyindən götürülmüş materialın bakterioloji müayinəsi

B) Seroloji müayinə

C) Rentgenoloji müayinə

D) Qanın ümumi müayinəsi

E) Qanın biokimyəvi müayinəsi


104.Bunlardan hansı parotit infeksiyasının fəsadıdır?

A)Kəllə-beyin sinirlərinin zədələnməsi

B) Pankreatit

C) Submaxillit

D) Seroz meningit

E) Orxit
105.Parotit infeksiyasının nadir rast gəlinən forması:

A) Tireoidit

B) Orxit

C) Pankreatit

D) Submaxillit

E) Ooforit
106.Parotit nə vaxtdan ətraf üçün yoluxucu deyil və virus ifraz olunmur?

A) 9-cu günündə

B) 12-24 saat sonra

C) 8-10 saat

D) 3-4 gün

E) 5-6 günündən


107.Parotit əleyhinə peyvənd nə vaxt aparılır?

A) 1-6 yaşında

B) 6 aylığında

C) 3 aylığında

D) 3 yaşında

E) 5 yaşında


108.Azərbaycan milli peyvənd təqvimində su çiçəyi əleyhinə peyvənd nə vaxt aparılır ?

A) Aparılmır

B) 1 yaşında

C) 3-6 yaşında

D) 3-6 aylığında

E) 2 aylığında


109.Azərbaycan Respublikasının milli peyvənd təqvimində difteriya əleyhinə peyvənd uşaq həyatının hansı ayında başlanır?

A) 2 aylığında

B) 6 aylığında

C) 4 aylığında

D) 9 aylığında

E)1 yaşında


110.Parotit infeksiyasında çox nadir halda hansı vəzi zədələnir?

A) Göz yaşı

B) Mədəaltı

C) Çənəaltı

D) Dilaltı

E) Qulaq dibi ağız suyu vəzi


111.Azərbaycan respublikasının peyvənd təqvimində uşaqlarda difteriya əleyhinə axırıncı peyvənd nə vaxt aparılır?

A) 6 yaşında

B) 5 yaşında

C) 9 yaşında



D)18 aylığında

E) 3 yaşında
Yüklə 0,9 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin