42
4)Açıq məktublar.
Bu növ məktublar, adətən, mətbuatda dərc edilir. Bunun
məzmunu tənqid və müraciətlə bağlı olur. Açıq məktublar, digərlərindən fərqli
olaraq, həm şəxsi, həm də kollektiv şəkildə yazıla bilir.
Ədəbi dilin epistolyar funksional üslubu aşağıdakı dil əlamətlərinə malikdir:
1)
hadisənin birinci şəxs tərəfindən nəql
edilməsi və buna müvafiq
birinci şəxs əvəzliyinin işlənilməsi;
2)
nəzərdə tutulan adresata müraciət və ikinci şəxs əvəzliyinin tək və ya
cəminin varlığının mövcud olması;
3)
tərkiblər və söz birləşmələri kimi dil vahidlərinin,xüsusən
məktubların əvvəlində və sonunda özünü göstərən (ştamplar) standartların olması;
4) müxtəlif quruluşlu xitabların işlənməsi.
Bu və ya başqa bir məktubun epistolyar üslubun hansı janrına aid olmasını
məktub müəllifinin fərdi yaradıcılıq xüsusiyyətləri müəyyənləşdirir.
Epistolyar mətnlərin (məktubların) tərkibi, əsasən, üç komponentdən ibarət
olur:
a) başlıq hissə;
b) əsas hissə;
c) sonluq.
Başlıq hissədə, əksər hallarda, adresata müraciət edilir və bundan sonra ötəri
olaraq hal-əhval soruşulur. Məktubda adresata müraciət
epistolyar monoloqun
dialoqlaşdırılması əlamətidir.
Əsas hissə ortada verilir. Burada adresata hər hansı bir informasiya məlum
edilir, yaxud adresata düşündürən məsələlər barədə mühakimə yürüdülür, yaxud
da hər hansı hadisə nəql olunur.
Məktubun sonluğu yekunlaşdırıcı xüsusi, xarakterik ifadə və cümlələrlə
tamamlanır.
Ümumiyyətlə, bu və ya başqa bir üslubun yaranma
tarixi müəyyən zamanla
43
- əsrlə bağlıdırsa, onun formalaşması və inkişafı xalqın əsrlər boyu əldə etdiyi
nailiyyətlərin nəticəsidir.
Dostları ilə paylaş: