MüASİr azərbaycan əDƏBİ DİLİNİN Üslublar sistemi VƏ MƏcazlar


FUNKSIONAL ÜSLUBLARIN ƏLAQƏ VƏ MÜNASİBƏTİ



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə16/27
tarix07.01.2023
ölçüsü0,63 Mb.
#78671
1   ...   12   13   14   15   16   17   18   19   ...   27
muasir-azerbaycan-edebi-dilinin-uslublar-sistemi-ve-mecazlar.aynure-memmedzade

FUNKSIONAL ÜSLUBLARIN ƏLAQƏ VƏ MÜNASİBƏTİ
  
Üslubların qarşılıqlı əlaqəsi leksik, morfoloji və sintaktik səviyyələrdə özünü 
göstərir. Ədəbi dilin funksional üslublarının sərhəddinin müəyyənləşdirilməsi
onların qarşılıqlı əlaqə və münasibətlərinin aydınlaşdırılması bu sahə üçün çox 
vacib məqamlardandır.
Dünya dillərindəki funksional üslubların heç birinin sərhədi qəti şəkildə 
müəyyən olunmayıb. XX əsrin məşhur üslub tədqiqatçıları belə bir fikirlə 
razılaşmışlar ki, ədəbi dillərin funksional üslubu arasındakı birdəfəlik sərhədi 
müəyyən etmək qeyri-mümkündür. Çünki bu və ya digər üsluba məxsus cəhətlər 
başqa üslublarda da ola bilir. Buna görə də ədəbi dillərdə üslublararası sərhəd şərti 
olaraq göstərilir.
Dildə heç bir hadisə başqasından təcrid olunmuş şəkildə yaşaya bilmir. Dili 
təşkil edən bütün hadisələr bir-biri ilə bağlıdır, biri digərinə yaxındır. Üslublar da 
belə keyfiyyətə malikdir. Ədəbi dilin ayrı-ayrı üslubları müxtəlif dərəcədə 
birbirinə yaxındır. Məsələn, elmi üslub bədii üsluba nisbətən daha çox publisistik 
üsluba yaxındır. Üslubi yaxınlıq hər növ üslubi əlaqənin əsasını təşkil edir.
Üslublararası əlaqə funksional üslublarda müxtəlif dərəcədə özünü göstərir.
Məsələn, ədəbi danışıq üslubu bütün üslublarla əlaqədə olub, üslubi əlaqələrin 
mərkəzində durur.


44 
Ədəbi dilin funksional üslublarının vəziyyəti və onların inkişafı qarşılıqlı 
təsir amili ilə bağlıdır. Üslubi münasibətlər bu yaxınlıq və əlaqələr əsasında ədəbi 
dilin üslubları cəmləşir ki, bütöv üslublar sistemi əmələ gəlir.
Üslubların leksik səviyyədə əlaqəsində mühüm rol oynayan leksik vahidlər 
terminlər və məcazlar sistemidir.
Elmi üslubun leksikasının, demək olar ki, 90 faizini terminlər təşkil edir. 
Terminlər nəinki elmi üslubu digər üslublardan, həm də onun ayrı-ayrı sahələrini 
bir-birindən fərqləndirir. Məsələn, məlumdur ki, “ədəd”, “rəqəm” - riyaziyyata, 
“sintaksis”, “fonetika” – dilçiliyə, “qələvi”, “turşu” – kimyaya aid terminlərdir.
Terminlərin bədii üslubda işlənməsi tarixən də özünü göstərmişdir. Hələ 
C.Məmmədquluzadənin “Taxıl həkimi” hekayəsində tibbə, zoologiyaya aid xeyli 
termin (məməli heyvanlar, quşlar, qurdlar, böcəklər, tənəffüs cihazları, hiss 
cihazları, qurdun qabığı, qurdun ağzı və s. ) işlənmişdi. Lakin bizi maraqlandıran 
müasir dövrdə terminlərin digər üslublarda necə işlənməsidir. Bədii əsərə 
terminlər bir neçə məqsədlə gətirilir:
1)Təsvir olunan şəraiti, obyekti hərtərəfli vermək məqsədilə:
Cərrahiyə masasının üstünə aparın. Zəhranı çağırın. Yaralının bədənindəki 
güllə və çarpanaqları çıxarmaq lazımdır. – Şəfqət bacıları baş həkimin əmrini 
yerinə yetirdilər. Cərrahiyyə əməliyyatına lazım olan hər şeyi hazırladıqdan sonra 
Zəhranı çağırdılar. Gördüyümüz kimi, bu mətndə tibbi terminlər (şəfqət bacısı, 
cərrahiyyə masası, baş həkim, cərrahiyyə əməliyyatı) işlənmişdir ki, bunlar bədii 
əsərə müəyyən zərurət üzündən daxil edilmişdir.
2) 
Komik effekt yaratmaq məqsədilə: Ə.Cavadov yazır ki, “mübtəda” 
termini qrammatik termin kimi müəyyən kateqoriya ilə bağlıdır, onun adıdır.
Lakin bu terminin başa düşülməməsi, onun izahının başqa yolla aparılması gülüş 
yaradır. Əlbəttə, burada situasiyanın da rolu böyükdür. Belə bir üsuldan 
A.Seyfəddinin “Həsən müəllim” satirik hekayəsində istifadə edilmişdir.
Qrammatikanı bilməyən müəllim bu yolla ifşa edilmişdir”.


45 
3) 
Terminlər surəti xarakterizə etmək üçün bədii əsərə gətirilir. 
Məsələn, yazıçı V.Babanlı “Vicdan susanda” romanının qəhrəmanı professor 
Günəşlini xarakterizə etmək üçün onun nitqlərinə külli miqdarda termin daxil 
edir.
Epistolyar üslubda da terminlərə təsadüf olunur. Terminlər epistolyar 
üslubda iki məqsədlə işlənir: 1. Müəllif məktubda elmi məsələlərin şərhini məqsəd 
kimi qoyanda. Bu zaman digər növ məktublara (şəxsi, intim-məişət, işgüzar) 
nisbətən terminlər daha çox istifadə olunur. 2. Müəllif məktubda təsvir olunan 
hadisələrlə əlaqədar terminlərdən istifadə edir. Bu terminlər heç bir elmi məlumat 
vermək məqsədi daşımadan, məktubun ümumi məzmununda əks olunur. Özü də 
bu zaman, əsasən, peşə terminləri, hərbi terminlər (cəbhə məktublarında), 
ədəbiyyatşünaslığa aid terminlər (ədəbi məktublarda) öz əksini tapır.
Metaforlaşma bədii üsluba məxsus xüsusiyyətdir. Lakin elmi əsərlərdə də 
metaforalara rast gəlmək olur. Bu da, əlbəttə, bədii üslubun elmi üsluba təsiridir.
Elmi əsərlərdə istifadə olunan metaforaları iki qrupa ayırmaq olar:
1.Bəzən müəllif əsəri daha təsirli etmək məqsədilə metaforadan istifadə edir.
Bu metaforaların bəziləri artıq dilimizdə sabitləşmiş söz birləşmələri şəklində 
olur. Məsələn: O, xalqlar və ədəbiyyatlar arasında mənəvi körpüyə çevrilən bədii 
tərcüməyə xüsusi meyl göstərmişdir.
2. Digər qrup metaforaları isə müəllif özü yaradır. Məsələn, “Atomdan 
plazmaya” kitabının müəllifi Akif Eyvazov emosionallıq və obrazlılıq məqsədi ilə 
atomları “materiya kərpiclər” adlandırır.
Bədii üslubda obrazlı ifadə vasitəsi kimi müqayisədən geniş şəkildə istifadə 
olunur. Məsələn, “Coşğun çaylar kimi axmağa, şimşək kimi çaxmağa, dağı-daşı 
lərzəyə salmağa qadir bir ürəyin həzin nəğməsi”.
Bu nümunələrdə müqayisələr cümlə daxilində işlənmişdir. Bəzən isə 
müqayisələr cümlələr arasında da olur. Bu zaman onlar əsərin təsir qüvvəsini 
artırmaqla bərabər, müəllifin fikirlərinin açıqlamasına, hərtərəfli verilməsinə də 


46 
imkan yaradır. Məsələn: Hər pillə bir sonluqdur. Bütün pillələr isə bir yerdə 
sonsuzluqdur.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin