Müasir Diskurs Nəzəriyyələri



Yüklə 299,5 Kb.
səhifə10/16
tarix02.01.2022
ölçüsü299,5 Kb.
#43601
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
text and discourse studies1

Toni Bleyr 1998-2007-ci illərdə Böyük Britaniyanın Baş Naziri olmuşdur.

Bu baxımdan R. Uodakın diskursa verdiyi tərif simptomatikdir. Belə ki, R. Uodak da N. Enkvistin (Enkvist, 1989) və U. Tübətin (Teubert, 2010) yuxarıda xatırlanmış tədqiqatlarında qeyd edildiyi kimi diskurs ilə mətn arasında fərqləndirmə aparır, lakin o, bu çox mürəkkəb hadisəyə daha çox koqnitiv prizmadan yanaşır. (Wodak, 2009: 39):



Diskurs bilik və strukturların sxemləri və ümu­mi­ləş­­mələri olduğu halda, mətn diskursun spesifik və uni­kal realizəsidir.

Diskursun formalaşması səbəbləri, formalaşması və nəticə etibarilə uğuru diskurs iştirakçılarının daxili kontekstindən asılıdır. M. Məmmədovla birgə yazdığımız Diskurs təhlilinin koqnitiv perspektivləri monoqrafiyasında daxili kontekst bu cür şərh olunur (Məmmədov, Məmmədov, 2010: 30):



Daxili kontekst insanın dünya haqqında fərdi biliyi ilə bağlı olan bilikdir. Daxili kontekst bilik haqqında bilikdir. Diskursun, ümumiyyətlə, siyasi diskursun isə, konkret olaraq, subyektivliyi daxili kontekstə əsaslanır.

Göründüyü kimi, diskurs iştirakçılarının subyektivliyi, bu subyektivliyə söykənən kommunikativ situasiya və nəhayət, yaş, irq, cins və sosial status kimi sosial strukturlara daxil olan bütün bu amillər biliklə bağlıdır. Və, burada M. Fukonun diskursu biliyin reprezentasiya olunduğu məkan kimi səciyyələndirməsi yada düşür. Qeyd etmək lazımdır ki, son illərdə həmin istiqamətdə tədqiqatlar çoxalmışdır. Məsələn, L. de Sössür diskursu “şərh prosesinin nəticələri olan və danışanın müxtəlif niyyətlərinə uyğun reprezentasiyaların qaydalı dəsti və ya yığımı” adlandırır (de Saussure, 2007:191). T. van Deyk diqqəti daha çox iştirakçıların diskurs haqqında mental reprezentasiyaların roluna cəlb edir (van Dijk, 2009). Mətni qəbul edən bu mental reprezentasiyaları onun öz biliyi ilə mətndən əldə etdiyi yeni biliklə birləşməsinin nəticəsi olaraq inkişaf etdirir və bu halda mətn onu qəbul edən şəxs üçün daha asanlıqla başa düşülən olur.

Beləliklə, diskurs tədqiqatlarında bilik və onun reprezentasiyası məsələləri diqqət mərkəzinə çevrilir. Təbiidir ki, bilik insanlara, ilk növbədə, dil vasitəsilə çatdırılır (Boldyrev, 2007 və digər əsərlər) və dilin qrammatik, leksik və üslub ifadə zənginliyi diskursda həmin reprezentasiyaları çox rəngarəng edir.

III


Diskursda biliyin reprezentasiyası yolları
3.1 Diskursda biliyin linqvistik reprezentasiyaları

Diskurs insanın koqnitiv mexanizminin ümumi aspektlərini izah edən ideal bir platformadır və, faktiki olaraq, biliyin strukturları olan konseptlərlə müxtəlif səviyyəli və müxtəlif təbiətli linqvistik reprezentasiyalar arasında əlaqələrin yaranmasını təmin edir. Qeyd etmək lazımdır ki, mədəni özgürlük və cəmiyyətin davranış psixologiyası konkret mədəniyyətlərə xas spesifik konseptlər (lokal bilik) formalaşdırır. Həmçinin, dildən istifadə edənlər mədəni özgürlüklərinə və mənsub olduqları cəmiyyətin davranış psixologiyasına baxmayaraq, analoji düşüncə tərzinə malikdirlər və nəticədə universal konseptlər (qlobal bilik) formalaşır.

Qeyd etmək lazımdır ki, hər bir universal konseptin müəyyənləşdirici parametrləri də mövcuddur. Məsələn, məkan konseptində yaxınlıquzaqlıq, zaman konseptində indisonra, şəxs konseptində birinci şəxs mən, ikinci şəxs sən və üçüncü şəxs o, cins konseptində qadınkişi kimi müəyyənləşdirici parametrləri qeyd etmək olar.

Humanitar və sosial elmlərdə universal konseptlərin həmişə diqqət mərkəzində olması bu konseptlərin və onları müəyyənləşdirən parametrlərin fərdi və sosial həyatı tənzimləyən əsas amillər olduğu ilə bağlıdır. Aydındır ki, belə bir tənzimlənmə, digər alətlərlə yanaşı, dil vasitəsilə də reallaşır.

Konseptlər və onları müəyyənləşdirən parametrlərin linqvistik ifadəsi, ilk baxışdan, çox aydın olsa da, burada dilçilərin (xüsusilə də, koqnitiv dilçiliklə məşğul olan) diqqətini cəlb edən maraqlı cəhətlər var (konseptual metaforalarla bağlı məsələlərə növbəti fəsildə toxunulacaq). Maraqlı cəhətlər həm də onunla izah oluna bilər ki, universal konseptlər və onları müəyyənləşdirən parametrlər arasında çox sıx qarşılıqlı asılılıq var. Təbiidir ki, koqnitiv dilçiliklə məşğul olan tədqiqatçıları, ilk növbədə, şəxs və digər koqnitiv kateqoriyalar maraqlandırır. Məsələn, məkan baxımından uzaqlıq və yaxınlıq obyektiv parametrlər olsa da, bu parametrləri sosial həyatda, nəticə etibarilə, şəxs müəyyənləşdirir. R. Longakr məkanı müəyyənləşdirən parametrlərə (yaxınlıq və uzaqlıq) işarə edən deyktik elementlərlə (işarə və şəxs əvəzlikləri, zaman və məkan zərfləri və s.) subyektivlik arasında əlaqəni tədqiq edərkən, məhz bu amilə diqqəti yönəldir (Longackre, 2002). Subyektivlik məhz şəxs və onun iradəsinə uyğun məkan və zaman parametrlərinin müəyyənləşdirilməsi ilə şərtlənir. F. Lentsin redaktəsi ilə 2003-cü ildə nəşr olunmuş Məkan, zaman və şəxsin deyktik konseptuallaşması adlı kitabda məkan zərfləri, zaman zərfləri, şəxs əvəzlikləri, mənsubiyyət əvəzlikləri və digər deyktik elementlər məhz onların məkanı, zamanı, şəxsi konseptuallaşdırmaq qabiliyyəti baxımından nəzərdən keçirilir (Lenz, 2003). K. Hart həmçinin deyktik elementlər və modal fellər kimi linqvistik vasitələrin müxtəlif tip və janrlara aid diskursda konseptuallaşdırmaq qabiliyyətini önə çəkir (Hart, 2011). Məsələn, qeyd olunur ki, şəxs və mənsubiyyət əvəzlikləri diskursda mətni göndərən və onu qəbul edən şəxsləri həm fərdi, həm də sosial baxımdan, belə demək mümkündürsə, yerləşdirməyə yardım edir (Hart, 2011:83). O, həmçinin, modal fellərin də mətni göndərən şəxsin subyektiv görüşlərini verballaşdıraraq, müxtəlif diskursiv strategiyaların reallaşdırılmasında rolunu araşdırır.

Beləliklə, mətni göndərən şəxs diskursda universal konseptləri və onların müəyyənləşdirici parametrlərini reprezentasiya etmək üçün linqvistik (isimlər, felin zaman formaları, məkan və zaman zərfləri, işarə, şəxs və mənsubiyyət əvəzlikləri, artikllər, şəkilçilər və s.) və ritorik (metafor, metonimiya və s.) vasitələrdən istifadə edir. Bu linqvistik və ritorik vasitələri əslində konseptuallaşma alətləri kimi nəzərdən keçirmək olar. Konseptuallaşma prosesinin, ilk növbədə, müxtəlif dillərə və mədəniyyətlərə mənsub diskurslarda reallaşması maraq doğurur. Lakin, eyni zamanda həm də diskursun aid olduğu tip və janrın da əhəmiyyəti böyükdür. Bununla bağlı Azərbaycan, rus, ingilis və fransız dillərinə aid mətnlərini təhlilə cəlb etmişik. Bu təhlil zamanı ənənəvi kontekstual metodla yanaşı, həm də insanın koqnitiv qabiliyyətinə əsaslanın perseptual metoddan da istifadə etmişik.

Qeyd etmək lazımdır ki, birinci hissənin birinci fəslində müzakirə etdiyimiz diskurs mətninin formalaşmasını təmin edən koheziya vasitələri diskursda konseptlərin reprezentasiyasını reallaşdıran vasitələrlə qarşılıqlı asılılıq vəziyyətindədirlər. Bu mənada zaman və məkan zərflərinin rolu maraq doğurur. Belə bir misala baxaq:


Yüklə 299,5 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin