Müasir Diskurs Nəzəriyyələri



Yüklə 299,5 Kb.
səhifə14/16
tarix02.01.2022
ölçüsü299,5 Kb.
#43601
1   ...   8   9   10   11   12   13   14   15   16
text and discourse studies1

(24)A Rolex will never change the world. We leave that to the people who wear them (Newsweek, January 18, 2010).

Analoji fikri soyuq müharibə metaforası haqqında da söyləmək olar. İngilis dilində belə bir bədii mətnə baxaq:



(25)In those days, dwelling on the inquities of the Soviet system was routine for Western politicians and editorials in most newspapers. In the context of student life and politics, it was just a little distasteful. If the CIA was against communism, there must be something to be said for it. Sections of the Labour Party still held a candle for the aging, square yawed Kremlin brutes and their grisly project, still sang the Internationale at the annual conference, still dispatched students on goodwill exchanges. In the Cold War years of binary thinking it would not do to find yourself agreeing about the Soviet Union with an American president waging war in Vietnam (I. MacEwan, Sweet Tooth, 15)

Bu mətndə ideologiya konseptinin verballaşmasını nümayiş etdirən bir sıra ritorik vasitələr Western politicians and editorials, the aging, square-jawed Kremlin brutes olsa da, diqqət mərkəzində Cold War –dur. Bu metaforik ifadənin Amerika siyasi diskursunda yaranmasına baxmayaraq, onun digər diskurs tip və janrlarında (yuxarıdakı bədii mətndə olduğu kimi), eləcə də kalka şəklində soyuq müharibə, холодная война, La Guerre froide digər dillərə aid diskursların müxtəlif tip və janrlarında işlənməsi həmin ifadənin kifayət qədər sosio-mədəni qəliblənməsinə nümunədir. Bu ifadə artıq istinad etdiyi orijinal obrazdan çox uzaqlaşaraq, hətta ailə münasibətlərində də istifadə olunur (Mammadov, 2010).

Analoji fikirləri şirinlik universal konsepti və onun ritorik reprezentasiyaları haqqında da bildirmək olar. Bu konseptin şirin yuxular kimi metaforik reprezentasiyalarının ayrı-ayrı dillərə və mədəniyyətlərə aid diskurslarda kalka şəklində işlənməsi tez-tez müşahidə olunur. Eyni zamanda, şirinlik konseptinin bu diskurslarda mədəni konseptlər (şirin çay, bal ayı və s.) şəklində reprezentasiyası da baş verir və bu, şirinlik konseptinin, ümumilikdə, pozitiv mahiyyətindən irəli gəlir. Məsələn, tarixən Azərbaycan diskursunda evliliyə razılıq kimi pozitiv mahiyyətli şirin çay metaforik ifadəsi işlənir. Bu ifadənin Azərbaycan diskursunda dərin kök salması nəticəsində onun hətta implisit reprezentasiyası müşahidə olunur. Belə bir bədii mətnə baxaq:

(26)Şamxal gələndən sonra pərtləşən Qoca kişi nəhayət dilləndi

-A bala, kasıblığın üzü qara olsun, indi səni nəyə qonaq edək

-Heç nə lazım deyil, Qoca dayı, elə Güləsər bir stəkan çay versə pis olmaz.

-Çayımız var, amma...

Kişi dayandı. Sualedici nəzərlərlə arvadına, sonra da qızına baxdı. Güləsər atasının və anasının vəziyyətini başa düşdü, özü də hiss etmədən dilavərliyə başladı

-Qəndimiz yoxdur.

-Niyə yoxdur, ay bala, ancaq farmaşdadı. Bu saat gətirərəm.

Züleyxa arvad yerindən qalxmaq istədi. Şamxal Çərkəzin qaşqabağından məsələni anladı və onları çıxılmaz vəziyyətdən qurtarmaq üçün gülümsündü.

-Əziyyət çəkməyin, Züleyxa xala, sizin çayınız qəndsiz də şirin olar.

Güləsər süzdüyü çayı Şamxalın qabağına qoydu və nə üçünsə başını qaldırıb onun üzünə baxdı. Qızın dodaqlarındakı təbəssüm donub qaldı (İ. Şıxlı, Dəli Kür, 71)

Göründüyü kimi, şirin çay mədəni konseptinin reprezentasiyası üçün heç də həmişə bu metaforik ifadədən eksplisit şəkildə istifadə vacib deyil. Bu məqsədlə sizin çayınız qəndsiz də şirin olar ifadəsi və bundan sonrakı linqvistik kontekst Güləsər süzdüyü çayı Şamxalın qabağına qoydu və nə üçünsə başını qaldırıb onun üzünə baxdı. Qızın dodaqlarındakı təbəssüm donub qaldı kifayət edir.

Beləliklə, şirinlik konseptinin pozitiv təsiri insanların cəmiyyətdə davranış tərzinə də sirayət edir. Belə ki, bu konseptin şirin çay kimi metaforik reprezentasiyası zamanı yuxarıda təhlil etdiyimiz ritorik ifadələrlə Красные и Белые, change the world, Cold War müqayisədə ilkin obraz yox olmur, əksinə formal olaraq çox canlıdır. Məhz bu amil də reprezentasiyanın implisit şəkildə baş tutmasına imkan yaradır. Amma yenə də məsələnin əsl mahiyyəti (evliliyə razılıq) baxımından həmin ilkin obraz mühümlüyünü itirir və arxa plana keçir.

Beləliklə, universal konseptlərin diskursda reprezentasiyası prosesində bu konseptlər tədricən sosio-mədəni mahiyyət kəsb etməyə başlayır və mədəni konseptlər meydana çıxır. Məsələn, красныебелые metonimik ifadələri ilə bağlı yuxarıdakı fikrimiz eyni ilə dünyanı dəyişək, soyuq müharibə, şirin çay metaforik qəliblərinə da aid edilə bilər. Hətta mədəni konseptin reprezentasiyası asanlıqla implisit şəkildə də reallaşa bilər.

Digər tərəfdən, bəzi mədəni konseptlər də qloballaşan dünyada (bunu qloballaşma diskursu da adlandırmaq olar) universal mahiyyət əldə edir. D. Kasasantoya görə bu proses nəticəsində konseptual reprezentasiyalar formalaşır (Casasanto, 2009: 129). Mədəniyyətlə bağlı konseptləri reprezentasiya edən metaforik və metonimik ifadələr konkret mədəniyyətə mənsub diskursda realilər kimi qəbul olunur və həmin mədəniyyətin ayrılmaz hissəsinə çevrilir. Məsələn, доверяй но проверяй qədim rus deyimi hesab olunur və keçən əsrin 80-ci illərində mərhum ABŞ prezidenti R. Reyqan tərəfindən soyuq müharibə konteksində Sovet İttifaqının rəhbərliyi ilə danışıqlar zamanı kalka şəklində trust but verify istifadə edilmişdir. Bu ifadənin məhz amerikalılar tərəfindən istifadəsini və onun asanlıqla Amerika diskursunda kalka şəklində qəliblənməsini (məsələn, Azərbaycan dilində bu belə işlək deyil inan lakin yoxla) təsadüfi hesab etmirik.


Yüklə 299,5 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin