Orta səviyyədə. İctimai həyatın mədəni, intellektual və iqtisadi sahələri dinin təsirindən azad olunaraq müstəqillik qazanmışdır;
Mikro səviyyə. Dünyəviləşmə fərdi səviyyədə baş vermişdir. Din vətəndaşların şəxsi işinə, yəni hər kəsin fərdi seçim məsələsinə çevrilmişdir.
Bəşəriyyətin inkişaf tarixinə nəzər yetirdikdə sekulyarlaşma nəzəriyyəsini dəstəkləyən bir çox dəlillərin olduğunu görürük. Belə ki, Avropada XVI-XVII əsrlərdə yaşanan elmi inqilab, XVTT-XVTTT əsrlərdə maarifçilik hərəkatının geniş vüsət alması ilə orta əsrlərdə Qərb dünyasında hakim mövqedə dayanan və insanların şüuruna güclü təsir göstərən Roma Katolik Kilsəsinin dayaqları sarsıldı. Bütün bunlar isə nəticə etibarilə dinin ictimai həyatdan sıxışdırılaraq çıxardılmasına, Qərb dünyasında sekulyar ideyaların qələbə qazanmasına səbəb oldu. XVT-XVTT əsrlərdə katolik kilsəsində islahatların aparılmasını tələb edən Reformasiya hərəkatı da dünyəviləşmə proseslərini sürətləndirdi. Qərb aləmindən dünyanın digər bölgələrinə sirayət edən dünyəvi dəyərlər az qala yer üzünün bütün regionlarında zəfər çaldı. Təsadüfi deyildir ki, müasir dövrdə dünyadakı ölkələrin mütləq əksəriyyəti dünyəvi dövlət quruluşuna malikdir.
Bununla yanaşı, “Pew Research Center” (Pyu Tədqiqat Mərkəzi)
MULTİKULTURALİZMƏ GİRİŞ
kimi nüfuzlu sosioloji araşdırma mərkəzlərinin apardığı sorğular və təhlillər də onu göstərir ki, Qərb ölkələrində özünü ateist və ya aqnostik kimi xarakterizə edənlərin sayında artım baş verir. Həmçinin Avropada ibadətə gələnlərin sayında kəskin azalma müşahidə olunduğu üçün kilsələrin bir çoxu bağlanır.
Sekulyarlaşma nəzəriyyəsinin tərəfdarlarına görə, sadalanan faktlar onu deməyə əsas verir ki, din və müasirlik arasında dərin uçurum mövcuddur, bəşəriyyətin elmi-texnoloji cəhətdən tərəqqisi isə dinin bir sosial institut kimi tarix səhnəsindən birdəfəlik silinməsinə, yaxud ən azı cəmiyyətdəki rolunun zəifləməsinə gətirib çıxardacaqdır. Dinin transformasiyası nəzəriyyəsi
XX əsrin sonlarında irəli sürülən bu nəzəriyyənin tərəfdarları bildirirlər ki, cəmiyyətin dünyəviləşməsi nəticəsində dinin tamamilə yox olacağını düşünmək yanlışdır. Onların fikrincə, sekulyarlaşma və müasirləşmə proseslərinin təsiri altında ənənəvi dini qurumların cəmiyyətdəki mövqeyi əhəmiyyətli dərəcədə zəifləsə də, dinin özü və ya dini təfəkkür tərzi yox olmayacaq. Yəni, müasir dövrdə din keçmişdəki kimi cəmiyyətin inkişafına təsir etmir, lakin cəmiyyətin dünyəviləşməsi və tərəqqisi səbəbilə öz şəklini dəyişir, yeni məzmun və forma qazanır. Bu konsepsiyanı müdafiə edənlərdən biri müasir kanadalı filosof Çarlz Teylor sayılır.
Dinin transformasiyası nəzəriyyəsinə əsasən, sosial rifah səviyyəsinin yüksək olduğu, fərdi mənafeyin kollektiv maraqlardan üstün tutulduğu modern cəmiyyətlərdə mənəvi boşluq və həyatın mənasızlığı problemi mövcuddur. Dünyəvi və modern ideyalar bu boşluğu doldurmaq iqtidarında deyildir. Həyatın mənası axtarışında olan müasir insan bu suallara cavab tapmaq üçün şəxsi dini təcrübəsinə önəm verir. O, ənənəvi dini inancları özünəməxsus tərzdə şərh edərək onları fərqli şəkildə anlayır, yaxud həyatın mənasını mövcud ənənəvi dini qurumlardan kənarda axtarır. Nəticədə fərqli dini inancların sintezindən ibarət olan və daha çox fərdin daxili aləminə yönəldilmiş alternativ, yeni dini təcrübə və etiqadlar meydana gəlir. Bu nəzəriyyəni müdafiə edən alimlər mülahizələrini əsaslandırmaq üçün Qərb dünyasında meydana gələn çoxsaylı yeni dini cərəyanları misal göstərir, eləcə də müxtəlif dini-mistik təlimlərə, İslam, Buddizm və Hinduizm kimi dinlərə marağın artdığını qeyd edirlər.
MÜASİR DÖVRDƏ DİN Dinin fərdi müstəvidə əhəmiyyətini qoruması nəzəriyyəsi
Bu nəzəriyyəyə görə, dini təşkilatların cəmiyyətdə güc və əhəmiyyətini itirməsi fərdlərin özlərinin də dindən uzaqlaşması anlamına gəlmir. Qərb ölkələrində müasirləşmə və dünyəviləşmə proseslərinin təsiri altında kilsəyə üzv olanların, habelə dini ayinlərdə iştirak edənlərin sayında kəskin azalma müşahidə olunsa da, bir çox avropalılar Tanrıya və ölümdən sonrakı həyatın varlığına inanırlar. Buna nümunə kimi İslandiyanı göstərmək olar. İslandiyanın əhalisinin yalnız çox az qismi müntəzəm olaraq kilsələrə gedir. Lakin keçirilən sosioloji sorğular onu göstərir ki, islandiyalıların 88 faizi axirətə, 40 faizi reinkarnasiyaya inanır. Habelə islandiyalıların 82 faizi gündəlik həyatlarında Tanrıdan yardım diləyir. İslandiyanın nümunəsində görmək mümkündür ki, kilsələrə getməyən və dini ayinləri yerinə yetirməyən bir çox avropalı üçün dini dünyagörüşü tərzi hələ də özünü dərk etmək və həyatın mənasını izah etmək baxımından əhəmiyyətini qoruyur. Müasir ingilis sosioloqu Qreys Devi bu fenomeni “mənsubiyyətsiz iman” (“believing without belonging”), yəni hər hansı dini təşkilata aid olmadan inanc bəsləmək kimi səciyyələndirmişdir. Beləliklə, avropalıların ibadətlərə biganə yanaşması onların dinsiz olması anlamına gəlmir.