Neft emulsiyasının əmələ gəlməsi və onun davamlılığının təyin edilməsi.Emulsiya dedikdə, bir-birində həll olmayan iki maye fazadan birinin, digərində kiçik damcılar şəklində asılı halda qalması nəzərdə tutulur. Neft emulsiyası, neftlə lay sularının qarışması nəticəsində əmələ gəlir. Lakin neftin tərkibində asfalten, parafin, gil, lil kimi təbii emulqatorlar olmalıdır. Onlar su damcılarının səthində qoruyucu örtük əmələ gətirir və damcıların bir-biri ilə birləşməsinin qarşısını alırlar. Su neftdə damcılar halında paylandıqda, buna əks emulsiya, əksinə neft damcılar halında suda paylandıqda, buna düz emulsiya deyilir. Neft emulsiyası dayanıqsız olur, yəni tez-tez parçalanaraq təbəqələşir. Su damlaları bir-biri ilə birləşib iriləşməsinə koalessensiya deyilir. Əgər su damlaları ayrı-ayrı iki və daha çox damla toplusu əmələ gətirərsə, buna flokulyasiya deyilir. Emulsiyanın dayanıqlılığını staloqmometr cihazı ilə təyin edirlər.