Müasir neft-qaz texnoloji yığım sisteminə qoyunlan qoyulan müasir tələblər


Neftin hazırlanması üsulları və onların təhlili



Yüklə 16,21 Kb.
səhifə6/8
tarix17.01.2022
ölçüsü16,21 Kb.
#51335
1   2   3   4   5   6   7   8
Dəniz midterm

Neftin hazırlanması üsulları və onların təhlili. Neftin hazırlanmasının müxtəkif üsulları var. Məsələn, neftin təzyiq altında hazırlanması üsulu (1942). Bu üsulun texnoloji sxeminə emulsiya və reagenin qarışdırıcısı, qızdırıcılar, neftdən ayrılmış suyun ilkin boşaldılması üçün aparat, neftdən ayrılmış qazı və onun yüngül fraksiyalarını istifadə etmək üçün yığma sistemi kimi bir sıra qurğu və avadanlıqlar daxildir. Bundan başqa neftin borudaxili deemulsasiyası üsulu da yaradılmışdır (1964). Bu üsul sayəsində neftin hazırlanması üçün tələb olunan bəzi qurğuların tikilməsinə gərək qalmamışdır. Bu üsulda maye turbulent rejimdə hərəkət etdərsə, su damlaları birləşib iriləşir, laminara yaxın rejimdə hərəkət edərsə, su damlaları koalessensiya edir. Bu üsulda təbii döyüntülərin hesabına kəmərdə neft və su təbəqələrə ayrılır. Bir digər üsul isə neft emulsiyasının sentrafuqlanması üsuludur. Lakin bu üsul avadanlığının mürəkkəb olması və məhsuldarlığının az olması səbəbindən inkişaf etməmişdir. Neftin ən müasir hazırlanması üsullarına termokimyəvi üsullar daxildir. Bu üsullar arasında ən geniş yayılanı neftin termokimyəvi üsulla atmosfer təzyiqində hazırlanması üsuludur. Onu da qeyd etmək lazımdır ki, bu üsulun bir mənfi cəhəti var. O da bu üsuldan istifadə edən zaman neftin buxarlanması nəticəsində itkilərin çox olmasıdır. Bu iqtisadi cəhətdən ziyan vurmaqla yanaşı, eyni zamanda yanğın təhlükəsi riskini də artırır.


Yüklə 16,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin