Müasir neft-qaz texnoloji yığım sisteminə qoyunlan qoyulan müasir tələblər


Deemulqatorlar, onların seçilməsi və səmərəliliyinin təyini



Yüklə 16,21 Kb.
səhifə4/8
tarix17.01.2022
ölçüsü16,21 Kb.
#51335
1   2   3   4   5   6   7   8
Dəniz midterm

Deemulqatorlar, onların seçilməsi və səmərəliliyinin təyini. Emulsiyanı parçalamaq üçün deemulqatorlardan istifadə olunur. Onlar təbii emulqatorlara nisbətən daha fəal səthi aktivliyə malik olduqları üçün təbii emulqatorları sıxışdırır və damcıların səthində özləri daha zəif, tez parçalanan bir örtük əmələ gətirirlər. Bununla da damcıların bir-biri ilə birləşməsi asanlaşır. Deemulqatorlar, 1. neft-su sərhəddinə daxil olmaq, 2. su damlalarını bir-biri ilə birləşdirmək, 3. mexaniki qarışıqların səthini yaxşı islatmaq xassələrinə malik olmalıdırlar. Deemulqatorlar ionogen və neionogen tipli səthi fəal maddələrdən ibarətdirlər. İonogenlərin suda kation və anionlarına dissosiasiya olunurlar. Neionogen tipli emulqatorların məhlulları isə ion əmələ gətirmirlər. Əsasən neinogen tipli emulqatorlar tətbiq olunur. Çünki ionegen tiplilərin sərfinin kiloqramlarla olmasına baxmayaraq, onların sərfi qramlarla olur. Neinogen tiplilərə proqamin, separol, reapon və s.-ni misal göstərmək olar. Konkret emulsiya üçün deemulqatorun seçilməsi laboratoriya tədqiqatları və mədən sınaqlarına əsaslanır. Deemulqatorların səmərəliliyini "butulkada test" metodu ilə qiymətləndirirlər. Bu metodda nömrələnmiş və dərəcələnmiş şəffaf, təmiz və quru butulkalardan, tədqiq olunan emulsiya və emulqatorların müəyyən miqdadlarından istifadə edilir, Vaqner qarışdırıcısından, kontakt termometr və elektromaqnit relesindən istifadə olunur. Bu metodla səmərəliliyin qiymətləndirilməsi hər bir butulkadakı emulsiyanın çökdürülməsi zamanı ayrılan suyun miqdarının təyininə əsaslanır.


Yüklə 16,21 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin