Neftin deemulsasiyası üçün texnoloji reqlament. SOCAR-ın qurudakı neft və qazçıxarma müəssisələrində istehsal olunan neftlərin deemulsasiyası AzNSETLİ İnstitutu, dənizdəki müəsisələrindən istehsal olunan neftin deemulsasiyası isə Dənizneftqazlayihə İnstitutu tərəfindən işlənmiş texnoloji reqlamentə əsasən aparılır. Texnoloji reqlamentdə neft yataqlarının qısa xarakteristikası, istismar üsulları, çıxarılan neft və lay sularının xarakteristikaları, neftin hazırlanma qurğusunun avadanlıqları və onların vəzifələri və s. haqqında konkret məlumat verilir. Reqlamentdə neftin hazırlanmasının texnoloji sxemi, istifadə olunan qurğu və avadanlıqların, eləcə də neftin emulsasiyasının xarakteristikaları, neftin tərkibindəki su, xlorid duzları və mexaniki qarışıqların miqadılarının təyini və s. məsələlər də şərh edilir. Neftin tərkibindəki su, xlorid duzları və mexaniki qarışıqların miqadarlarının müvafiq standartlara uyğun təyin edilməsinə xüsusilə nəzarət edilməlidir. Texnoloji reqlamentdə nəzarətin nəticələrini akt halında sənətləşdirirlər. Texnoloji reqlamentin tələblərinin yerinə yetirilməsində məsuliyyəti neft istehsalı idarəsi və neftin hazırlanması və vurulması sexi məsuliyyət daşıyır. Reqlamenti istehsalat birliyinin baş mühəndisi hazırlayır. Reqlamentdə hər hansı bir dəyişiklik etmək üçün istehsalat birliyinə dəyişikliyin mətni və texniki-iqtisadi əsaslandırılmaları rəsmi şəkildə təqdim olunmalıdır.