Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə100/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   96   97   98   99   100   101   102   103   ...   174
Mübariz  Yusifov

Banu öpüb yeri qalxdı ayağa 

Xosrovla başladı  o danışmağa 

Dedi: «Gəl bizimlə Bərdəyə gedək 

Qışı qalaq orada,  gəzək, keyf edək 

Bizim bu  Bərdənin yeri arandır 

Suyu çox,  otu çox, bir gülüstandır».

X-Ş,  2004,  100-101.

Nizami  Bərdəni  təkcə  təbiəti  gözəl  olan,  həm  də 

strateji  bir mövqedə yerləşən ərazi kimi  təqdim etmir,  həm də 

buranın  bir  mədəniyyət  mərkəzi  olduğunu,  bu  yerdə  alim 

şəxslərin  yetişdiyini,  elm-irfan  mərkəzi  olduğunu  da  qələmə 

alır:

Məlum hekayədir «Xosrov və  Şirin»



Dastan yoxdur əsla bu qədər şirin 

Ruhu oxşasa da bu gözəl dastan 

Pərdədə qalmışdı bu gəlin çoxdan 

Tanıyan yoxdur bu gözəl alması 

Bərdədə var idi bir əlyazması 

O ölkənin qədim tarixlərindən 

Bu dastanı  tamam öyrənmişəm mən 

O yerdə yaşayan qoca adamlar 

Təşviq etdi  işə, mən verdim qərar 

Ağıl bu dastanı  bəyənsin gərək 

Sözləri şirindir, məzmunu gerçək 

Xosrovdan,  Şirindən qalan yadigar 

Gizlində deyildir,  durur aşikar.

X-Ş,  2007, 49.

Nizami  Muğan,  Arran,  Araz,  Kürbasar,  Şəki  kimi  doğma 

el-oba  adlarına  da  böyük  məhəbbətlə,  ehtiramla,  qayğı  ilə 

yanaşır.  Vətən  torpağının hər bir güşəsinin  ona əziz olduğunu 

əsrlərdən -əsrlərə, nəsillərdən-nəsillərə çatdırır.



Muğan  haqqında.  Muğan  qədim  dövrlərdə  Azərbayca­

nın  abad  və  əzəmətli  şəhərlərindən  biri  olmuşdur.  İndi  o  şə­

hər,  artıq,  yoxdur. 

Amansız  müharibələrmi,  fəlakətli

98


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin