Nizamidə azərbaycançılıq
Şah kəsdi ümidi, o şux dildardan
Arran paytaxtına yollandı ordan.
X-Ş, 2004, 95.
Araz haqqında. Nizami «Xosrov və Şirin»də «Xoşbəxt
padşah Qızıl Arslanın tərifı»nə həsr etdiyi bölmədə Qızıl
Arslanın
düşmənlərinin
Araz
kimi
coşğun
olmasına
baxmayaraq şah qarşısındakı gücsüzlüyünü təsvir edir.
Əslində isə öz vətənində coşqun çaylann, bol suların
olduğunu diqqətə çatdırır. Nizaminin təsviri zahirdir. Ancaq
batində Nizami deyir ki, bu yerin insanları Araz kimi
coşqundur. Xosrovlann, Qızıl Arslanların hakimiyyəti daimi
deyildir. Vətən torpağı vətən övladlarına ərməğandır. Həm də
batindən bu da anlaşılır ki, vətən torpaqları münbitdir. Burada
Araz kimi bol sulu çaylar var. Su həyat rəmzidir. Daimidir.
Yüz Xosrovlar gəlib getsə də bu ölkənin növrağını poza
bilməz.
Onlar bu gün gəlib sabah gedərgidirlər. Vətən
torpağı vətən övladlarınındır. Nizaminin təsviri belədir:
Onun taxtı parlaq günəş adlanır
Ay göydə onunla hey qanadlanır
Zühəl onun qulu olmasa əgər
Nə qədər qocalsa göylərdən enər.
Baş qaldırsa əgər göyə düşmənlər
Y enə bu dərgahda torpağı öpər.
Çöldə aşıb-daşsa Araz nə qədər
Dəryaya çatınca o sakitləşər
X-Ş, 2004, 44.
Kürbasar haqqında. Kürbasar geniş bir ərazidir.
Qədimdə Kürbasar deyilən ərazilərdə meşəliklər, ovlaqlar ol
muşdur. Kürbasar əraziləri öz zamanında hökmdarlann, elit
təqəbənin istirahət yerlərinə çevrilmişdir. Nizaminin qəhrə
manlarının Kürbasarı istirahət yeri kimi seçməsi Azərbaycan
təbiətinin zənginliyini göstərən nümunə kimi diqqətəlayiqdir:
|