Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə106/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   102   103   104   105   106   107   108   109   ...   174
Nizamidə  azərbaycançılıq

daddıqca  Nizaminin  doğmalığı  artır  və  artdıqca  da  bu  doğma 

hərarət  bizi  Nizamiyə  daha  da  yaxınlaşdırır.  Füzuli  də  belə 

edirdi.  Onun əsərlərində ərəb-fars  ifadə  və  tərkibləri  ələbəttə 

ki,'4  məzmunun  hamı  üçün  anlaşıqlı  olmasında  çətinlik 

yaradırdı.  Ona  görə  də  Füzuli  deyirdi  ki,  zahir  zahirdir,  tam 

anlaşıqı  olmaya  da  bilər,  batin  (məğz)  isə  mənim  canımın 

(Azərbaycanlı canının) şirəsindən ibarətdir:

Çiraq göydiriçək naleyi-əfqanımdan

Fitləsin qılıram məğzi-üstüxanımdan.

F, I, 262,  L

(Mən  özümün  nalə  və  əfqanımdan  çıraq  yandıranda  bu 

çırağın  piltəsini  sümüyümün  içindəki  ilikdən  edirəm).  Yəni 

mənim  dediklərim  daxildən  gəlir,  milli 

Azərbaycanlı 

ruhundan gəlir.  Nizamidə də  hər şey milli  ruhdan gəlir.  Bunu 

yaxşı  dərk  edən  İran  alimləri  özləri  etiraf  etməyə  məcbur 

olmuşlar ki,  Nizami  onlardan  deyil.  Nizaminin  əsərlərini  səs­

ləndirən dilə onlann aidiyyatı var,  içindəkilərə yox.  Məmməd 

C əfər Cəfərov bu məsələyə münasibəti  Y.N.Mamn təəssüratı 

əsasında belə şərh verir:  «Əslində,  İran alimlərinin çoxu Niza­

mini  heç  də  fars  şairi  hesab  etmirdilər.  Bu  xüsusda 

Y.N.M amn  İrana  etdiyi  bir  səfərdən  sonra  Leninqrad 

şərqşünasları  qarşısında  etdiyi  məruzəsində  və  1925-1926-cı 

illərdə  «İran  səfərindən  alınan  ədəbi  təəssürat»  adı  ilə  nəşr 

olunan  məqaləsində  verdiyi  məlumat  çox  səciyyəvidir. 

Y.N.Marr  bu  məqaləsində  bildirir  ki,  Tehranda  fars  alimləri 

Nizamini böyük  şair hesab etmirlər,  onlann fikrincə, Nizamini 

sevənlər  ancaq  Cənubi  Azərbaycanlılar,  bəxtiyarilərdir.  Fars 

alimlərinin  fikrincə,  «Nizami  İran  şairi  deyildir.  O,  Azərbay­

can  mühitində  yaşamış  və  işləmişdir.  Onun  şeirləri  İranlılar 

üçün  anlaşılmazdır.  O,  Qafqazlılar  üçün  ola  bilsin,  dahidir, 

iranlılar  üçün  isə  dahi  deyildir».1  Burada  həqiqət  budur  ki,

1 Məmməd Cəfər. Nizaminin  fikir dünyası. Bakı, «Yazıçı»  1982, s.  168-169; 

Ю.Н.Марр. Статьи  и сообщения, Л.,  1939, с. 255-268.




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin