Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə114/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   110   111   112   113   114   115   116   117   ...   174
Nizamidə  azərbaycançılıq

Təraz.  (Taraz,  Tiraz).  Qədim Türküstanda  Orta  Asiyada 

öz  gözəlləri  ilə  məşhur  olan  bir  şəhərin  adıdır:  Nizami  də 

Tərazı gözəlləri  ilə tanınan bir məkan kimi təqdim edir:

Şah alsaydı  satın bir saçı sünbül 

Aldadardı qarı töküb yağlı dil 

0:-Rumun xanımı,  Təraz gözəli 

Deyə, təriflədi hər incə beli.

YG, 2004,  157.



Xötən.  (Xütən,  Xotan).  İndiki  şimal-qərbi  Çində  (Tür­

küstanda)  şəhər  adıdır.  Şərq  ədəbiyyatında  gözəl  qadınları, 

əla  ipəyi  və  qiymətli  müşkü  ilə  məşhur olmuşdur.  Nizami  də 

bu yeri gözəllər məskəni kimi  təsvir edir:



Xötən ölkəsində maral ürküdən 

Pələngə,  ceyranı göstərib gedən 

Gözəllər qənd saçıb gəldi meydana 

Salsınlar işini onun sahmana.

YG, 2004, 251.

Xəllüx.  Qədim  Türküstanda  gözəlləri  və  qiymətli  müş­

kü ilə məşhur bir şəhər olmuşdur. Nizamidə də bu şəhərin adı 

gözəlliklər diyarı kimi  yad edilir:

Təbimin bakirə gəlini  ancaq 

Bu dünya üzünə gəlsin üzü ağ.

Onu oxuyanda ürək şadlansın 

Müşk səpdiyi  yer Xəllux adlansın.

X-Ş, 2004, 23

Nazını  çəkərəm, naz çəkmək peşəm 

Sən Xəllux əhlisən, mənsə həbəşli 

Qarşında ey qonaq, ey sevgili  yar 

Belə süfrələrin nə qiyməti var?

YG, 2004,  151.

111




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin