Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə116/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   112   113   114   115   116   117   118   119   ...   174
Nizamidə  azərbaycançüıq

yaşamış  türkdilli  tayfalardan  birinin  adıdır.  Xəzər  dənizinin 

adı da Xəzərlərlə bağlıdır.

Nizami  Qızıl  Arslanı  tərif  edərkən  Xəzərlərin  onun 

lütfükarlığından bəhrələndiyi təsvir edilir:

Möhtac olanlara qapısı dəniz 

Məyus yola salmaz bir kəsi hərgiz.

Xəzər yoxsulları,  Rum varlıları 

Lütfsüz görməmiş o hökmdarı.

X-Ş,  2004, 44.

Nizami  özünün  milli  mənşəyi  olan  Azərbaycanlı 

mənasında  işlətdiyi  türk  adma  rəğbət  və  ehtiramla  yanaşır. 

Xüsusən,  ana  dilinə,  onun  çox  böyük  sevgisi,  məhəbbəti  və 

ehtiramı diqqəti, xüsusilə daha artıq cəlb edir.

«Leyli  və  Məcnun»  əsərinin  «Kitabın  yazılmasının 

səbəbi»  adlanan  hissədə  deyilir  ki,  bu  mövzunun  işlənməsi 

barədə  şairə  Şirvanşah  Axsitan  tərəfindən  məktub  göndərilir. 

Şair özü bu hadisə barədə belə yazır:

Bir gün nəşəliydim aləm şad kimi 

Dəmlər içindəydim  Keyqubad kimi 

Qaşlarım açıqdı  sanki bir kaman 

Qarşımda dururdu yazdığım divan 

Bu zaman bir elçi gəldi eyvana 

Şahın məktubunu gətirdi mana 

On-on beş sətirdi  şahın bu sözü 

Gözəl xətti ilə yazmışdı  özü.

«Ey söz dünyasına hakim Nizami 

Qulluğa məhrəmsən, tut ilticamı.

İstərəm  Məcnunun böyük eşqinə 

Bir söz xəzinəsi  açasan yenə 

Bakirə Leyli tək ey böyük ustad 

Şeirdə iki-üç bakir söz yarat.

Bu təzə gəlinə çəkəndə zəhmət 

Fars,  ərəb diliylə vur ona ziynət.





Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin