Nizamidə azərbaycançılıq
Ola bilsin, bunlar da Nizaminin əsəri ilə bağlı təqdim
edilən bir variantdır. Ancaq məsələ budur ki, burada türk
(Azərbaycan) dilinə olan ənənəvi iranlı (fars) münasibəti
gizlində deyildir. Farslar ta İran-Turan siyasi hadisələrindən
başlamış türklərə qarşı, eyni zamanda, türk nəsil budağına
qarşı soyuq münasibətdə olmuşlar. Axsitan da bu tarixi milli-
psixoloji varisliyin nümayəndəsi kimi Azərbaycan dilinə öz
kin və nifrətini, alçaldıcı münasibətini açıqca bildirmişdir.
Ancaq Axsitan nə qədər özündən razı halda özünün İran
şahlarının nəslindən olduğunu bəyan etsə də nəslində
qatışıqlıq var idi. Mənbələrdə Axsitanm anasının iranlı (fars)
yox, gürcü olduğu göstərilir: «Öz mənşəyinə görə ata
tərəfdən ərəb
Məzyədilər
sülaləsinə
daxil
olan
III
Mənuçöhrün oğlu Axsitan bu sülalənin 19-cu hökmdarı idi.
Ana tərəfdən gürcülərə bağlanan, daha doğrusu, Tamaradan
doğulan Axsitan
Atabəylər
dövlətini
sarsıtmaq
üçün
Gürcülərlə əlaqəyə girirdi. Azərbaycan şəhərlərini xarabalığa
çevirmişlər».1
Şair Axsitanm dil məsələsindəki kəskin ittihamından
aydın məsələdir ki, hiddətlənir və öz narazılığını oradaca
bildirir:
Qulluq halqasına düşdü qulağım
Qan vurdu beynimə, əsdi dodağım
Nə cürətim vardı əmrdən qaçam
Nə də gözüm vardı xəzinə açam.
Ömrüm viran oldu, solub-saraldım
Bu əmrin önündə cavabsız qaldım.
Sirrimi deməyə bir məhrəm hanı?
Ona söyləyəydim bu məcaranı.
L-M, 2004, 34-35.
Buradan göründüyü kimi, Nizami onun ana dilinin
təhqir edildiyinə görə mütəəssir olur. Ancaq çarə yoxdur.
Qılıncın qarşısına bir anda qələmlə çıxmaq olmur. Nizaminin
Azərbaycan tarixi. II cild, «Elm», Bakı, 2007, s. 332.
|